Arxiv
Hind kinosi ve hakimiyyetin ssenarisi ! 2 ay həbs
Bir hind kinosu yadıma düşdü. Çoxunuz bəlkə uşaq vaxtı baxmısınız. Varlı bir hind kişisi fağır hind qadınını zorlayır. Məhkəmə olur. Məhkəmədə kişi çıxış edərək hadisəni təsvir edir. Olanları əksinə danışmağa başlayır. Kinoda kişinin sözləri canlandırılır. Hind kişisi deyir:
” Mən istəmirdim. Onun mənə çoxdan gözü düşmüşdü. Mənim isə ondan xoşum gəlmirdi. Həmin gün o, mənə ilişməyə başladı. Mən isə dedim: “Xahiş edirəm eləmə, lazım deyil. Yox, eləmə, istəmirəm”. O isə mənə fikir vermirdi, məni zorladı.” Ətraflı…
Həbslər davam edir
Azadlıq radiosunun verdiyi məlumata görə Gül bayramına etiraz edənlərin polis tərəfindən həbsləri davam edir:
Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində 50-dən çox gənc var. Gənclər Sahil bağında «Gül bayramı»na etiraz edirmişlər. Bu haqda «Azadlıq» radiosuna Müsavat Partiyasının Gənclər Təşkilatından Cavid Hacıybəyil məlumat verib. Hacıbəyli deyib ki, onlar «Terrora yox!», «Matəm elan olunsun!» və «Gül bayramı»na yox!» şüarları səsləndiriblər.
Etiraz edənlər arasında Dövlət Neft Akademiyasının tələbələri və başqa siyasi təşkilatların üzvləri də olub.
C.Hacıbəyli hazırda bölmənin həyətində olduqlarını və gənclərin bir-bir izahatlarının alındığını bildirib.
C.Hacıbəylinin sözlərinə görə, Müsavat üzvü Aygün Quliyeva başından xəsarət alıb.
- Ali Novruzov
- Rəşad Şirinov
- Emin Milli
Emin Milli, Rəşad Shirinov, Əli Novruzov, eləcə də ABŞ Milli Demokratiya İnstitutunun nümayəndəsi Aryen de Volf və Liberal Gənclərin Beynəlxalq Federasiyasını Baş Katibi Bart Woord və 30-dan çox gənc Musiqi Akademiyasının qarşısında etirazlarını bildirmək və ya Gül bayramını müşahidə etmək üçün toplaşmışdılar. Etirazçılar heç bir şüar səsləndirmir, qışqırmır və ya fit çalmırdılar. Əllərində qərənfil, qara lentlər bağlayıb parka baxır, öz aralarında söhbət edirdilər.
Saat təxminən 13:30 olduqda gənclər əllərindəki gülləri ADNA -nın qarşısına qoyub dağılışmaq istəyirdilər. Onlar universitet tərəfə hərəkət edərkən, Mərkəzi Bankın yaxınlığında mülki geyimli şəxs onları dayandırıb gözləmələrini tələb etdi. Gənclər sakitçiliklə gözlədilər. Tezliklə polis maşınları gəlib onları maşına mindirməyə başladılar.
Onların arasında Emin Milli, Rəşad Şirinov, Əli Novruzov, Nigar Fətəli, Aryen de Volf və 15-dən çox digər gənc də var idi. Onlar 22-ci polis bolməsinə aparılıb və onlardan izahat alınır. İzahat yazıldıqdan sonra buraxılacaqları gözlənilir.
Hüquq-mühafizə orqanları Yalçın Rzazadənin şikayətini araşdırmaq istəmir
Yalçın Rzazadə: «Əbülfəs Qarayev Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə məktub yazaraq həmin kitabxanadan imtina edib. Dövlət Komitəsi isə kitabxananı Cahangir Əsgərova verməyib. Sadəcə, Cahangir Əsgərov həmin kitabxananı zəbt edib, təmir elətdirir» Xalq artisti Yalçın Rzazadə Müstəqil İnformasiya Agentliyinə (mia.az) müsahibə verib.
– Yalçın müəllim, bir müddət əvvəl həyat yoldaşınız, Ə.Məmmədxanlı adına Kitabxananın müdiri Roza Rzazadənin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin adamları tərəfindən döyüldüyünü, özünüz isə ölümlə hədələndiyinizi bildirmişdiniz. Hətta bununla əlaqədar hüquq-mühafizə orqanlarına şikayət də etmişdiniz. Məsələ nə yerdədir? Ətraflı…
Cibimizdən çıxan qəpiklər və ya qədrini bilmədiyimiz sərvət
Bir çoxumuzun tanıdığı Aynur Elgünəşin başına bu yaxınlarda, metroda bir hadisə gəlmişdi. Metro kartına pul yükləyərkən, bir nəfər 20 qəpik uzadıb onu da keçirtməyini xahiş edib. Aynur kartı alıb çekə baxanda görür ki, 15 qəpik əskik gəlir. Bu hadisəni mənimlə bölüşdü və işdən qayıdarkən bu məsələni araşdırmaq fikrinə düşdük. Metronun Elmlər Akademiyası, Məşədi Əzizbəyov, Neftçilər və Xalqlar dostluğu stansiyalarını təcrübədən keçirtdik. Neftçilər metrostansiyasından başqa bütün kassalarda pul əskik qaytarıldı. Ətraflı…
Rererendumda qanunsuzluqlar -2
Press-reliz
“Azad və Ədalətli Seçkilər Uğrunda” Əlaqəçi Məşvərət Şurasının Quba bürosundan verilən məlumata görə, əhali arasında aktivlik müşahidə olunmur. Səsvermədə iştirak edənlərin əksəriyyəti nəyə səs verdiklərini dəqiq bilmirlər. Ətraflı…
Referendumda qanunsuzluq
Press-reliz
93 saylı Bərdə şəhər Seçki Dairəsinin poliklinikada yerləşən məntəqəsinin nümayəndələri 105 saylı peşə məktəbində məskunlaşan məcburi köçkünləri seçkiyə aparmaq məqsədilə avtobusla həmin əraziyə gəliblər. Məcburi köçkünlər siyahıda adlarının olmadığını əsas gətirərək, seçkiyə getmək istəməyiblər. Məntəqə üzvləri bunun önəmli olmadığını, seçkilərdə iştirakın vacib olduğunu desələr də, məcburi köçkünlər qeydiyyatda olmadıqları məntəqədə səs verməkdən imtina ediblər. Ətraflı…
ŞƏRHLƏR