Arxiv

Posts Tagged ‘qətl’

4 İL ƏVVƏL QƏTLƏ YETİRİLƏN, BU GÜN DƏ ÖLDÜRÜLƏN ELMAR HÜSEYNOV

Mart 3, 2009 6 şərh

elmarin qebri

4 il bundan əvvəl Elmar Hüseynov qətlə yetirildi. Müxalifət nümayəndələri qətlin iqtidar tərəfindən törədildiyində israr edirdi və bu gün də israrında qalır. İqtidarımız isə cinayətin üstünü açmaq iqtidarında olduğu deyib, müxalifətin ittihamını üzərindən atacağını demişdi. Geridə qalmış bu 4 il iqtidarın verdiyi sözün çəkisini azaldaraq  müxaliflərin sözlərini sübut edir.
Bəli Elmar 4 il bundan qabaq qətlə yetirildi. Ama əvəzində Elmar yarandı. Bu Elmar azad sözün simvolu oldu. Özünü azad hiss etmək istəyənlərin, sözünü xalqa çatdırmaq istəyənlərin, dövlətin xalqla hesablaşmasını istəyən hər bir kəsin bayrağına çevrildi.

Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,

Elmar Hüseynovun qətlindən 4 il keçir…

Mart 2, 2009 2 şərh

elmar-portret2“Məni çox zaman ixtisasca jurnalist olmamağıma görə qınayırlar. Amma burda nə var ki? Mən ixtisasca jurnalist olmasam da, bu sənəti sevirəm. Sevgidən qorxmaq lazım deyil ki?! Elə peşəkarlar var ki, onda sevgi yoxdur. Həvəskar olub bu sənəti sevmək, peşəkar kimi bu sənəti sevməməkdən üstündür” deyən mərhum jurnalist Elmar Hüseynovun qətlindən 4 il keçir. Bu gün Elmar Hüseynovun anım günü idi. Və bu gündə mərhumun ailə üzvləri, jurnalistlər, siyasətçilər, bəzi səfirliklərin və QHT nümayəndələri onun məzarını ziyarət ediblər.

Ətraflı…