Arxiv

Posts Tagged ‘post’

Günümüzün qəhrəmanı olmuş hadisə

Fevral 25, 2009 6 şərh

Bərk qar yağırdı. Əsgərlər  yemək yeyə-yeyə yeməkxanadan bayıra baxırdılar. “Görəsən bu qarlı havada da bizi işə aparacaqlar?” deyə düşünürdülər. Yay-qış demədən bizim sərhəd  bölgəsindəki əskərlər tez-tez səngər qazmağa, blindaj (post əsgərlərinin  yaşadığı yer) tikməyə aparırdılar.

“Nə oldu hazır deyil əsgərlər?” rəisin səsi gəldi. Komandir içəri girib əsgərlərə tələsməyi tapşırdı. Yenə də iş. Qar da onları işdən saxlaya bilmədi. Hər  kəs  tələsik yeməyə  başladı. Əsgər Abbasov qaşığı tullayıb ordunu orduya  daş qoyanı  güllələməyə başladı.  Abbasov el arasında  necə deyərlər prikol oğlan idi. Həmişə əsgər yoldaşları ilə zarafat eləyir, onları  güldürürdü.

Yeməyi bitirib əsgərlər iş paltarlarını  geyinməyə başladılar. Budur maşın da  gəldi. Hər kəs maşına  doluşdu. Soyuqdan hamı bir-birinə qısılmışdı. Maşın tərpəndi. Ətraflı…

Kateqoriyalar: Düşüncə, Maraqlı, Xəbər Etiketlər: , , ,

XOCƏVƏNDƏ SƏFƏR -CƏBHƏ BÖLGƏSİNDƏ VƏZİYYƏT yet

Yanvar 31, 2009 4 şərh

Jurnalist və deputatların Xocəvəndə səfəri

Yolda. .

Saat 5-dən oyandım ki, gecikməyim. Əl-üzümü yuyub başladım hazırlaşmağa. Məlum oldu ki, səfərə çıxmağa hazır deyiləm. Nə münasib çandatm var nə yol üçün lazım  olan ləvazimatlar.  Gərək əvvəlcədən hər şeyi hazırlayardım. Mənim də belə xasiyyətim var, hər şey ən axırda yadıma  düşür. Tələm-tələsik bir  sumka hazırladım. Tələsik  yollandım Nizami metro stansiyasina. Oradan yola cıxmalı idik. Ora Gələndə məndən başqa  heç kəs yox idi, yəni bizimlə səfərə gedənlərdən heç kim yox idi. Dedim bəlkə mən səf eşitmişəm, başqa  yerdə gözləyəsi idilər?? Məni nınamayın, bilmirəm nə üçün ama mən belə şeylərdə  cox  diqqətsizəm çox asanlıqlasv5000011 unuda  bilirəm.  Düşündüm bir az da  gözləyim. Yox, yanıkmamışdım.  Cox keçmədi ki,  digər jurnalistlər də  gəldi,  8-9 nəfərlik bir topa yarandı.  Saat yeddi tamamda artıq  deputatlarda  gəlmişdi. İki jurnalist yoldaşımızdan basqa hamı hazır idi. Onlardan Zerkalanın işçisi Fərid gələsi olmadı. Lent.az-ın əməkdaşı Elxan Salahov  isə Içərişəhərdə bizə qoşulası oldu.  Yola chixdiq.

Xocəvəntdəki  ön cəbhəmizin vəziyyətini, əsgərlərin  əhval ruhiyyəsini  öyrənmək, orada  yaşayan xalqın güzaranı ilə tanış olmaq məqsədi ilə təşkil olunmuş səfərdə  parlament jurnalistiləri ilə yanaşı deputatlardan Aydın Həsənov, Həvva Məmmədov  və Baba Vəzirov var idi.  Səfərin təşkilatçıları da elə deputatlar olub. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , , , ,