Arxiv
Adnan ve Emili ittiham edenlerin muracieti
“Hörmətli media işçiləri!
Bizi sizə müraciət etməyə iyulun 8-də başımıza gələn hadisə vadar edib.
Həmin gün biz “Sahil” metrosunun qarşısında görüşüb, Fəvvarələr meydanına getdik. Sonra “Livan” restoranına gəlib, yemək sifariş verdik. Bu zaman zalda qonşu masada 7-8 nəfər əyləşib yemək yeyir, içki içirdi. Bir az sonra həmin adamların uca səslə söyüş söydüklərini eşitdik. Bundan narahat olub onlara iradımızı bildirdik. Lakin onlar bizim iradımıza məhəl qomadılar. Dedik ki, söyüş söyməyin, biz burda istirahət edirik. Onlardan bir-iki nəfəri “Əcəb edirik, siz bizə ağıl öyrətməyin” dedi. Sonra mübahisə qızışdı. Biz dalaşmaq istəməsək də, onlar bizim üstümüzə cumdular. Biz özümüzü müdafiə edirdik. Onlardan iki nəfər bizə xüsusi qəddarlıqla zərbə vururdu. Nəticədə biz çoxsaylı zədə aldıq. İndiyə kimi xəstəxanada müalicə olunuruq. Ətraflı…
Azərbaycan Media Mərkəzində qalmaqal baş verib
29.06.2009. Bu gün Azərbaycan Media Mərkəzində qalmaqal baş verib. Hüquq Siyasəti və Dövlət Quruculuğu Parlament komissiyasının sədri Əli Hüseynov İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu ilə “QHT-ın böhrandan çıxış yolu” mövzusunda debatda üz-üzə gəlməyib. Brifinqdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkli Azay Quluyev sabah parlamentdə müzakirə olunacaq QHT haqqında qanuna yenidən əlavə və dəyişikliklər barədə məlumat verib: Ətraflı…
ŞƏRHLƏR