Arxiv
Çörək bol olarsa, basılmaz vətən
Yolum nadir hallarda bu metroya düşürdü. Və bu metronun yanından keçəndə, metronun çıxışında balaca bir taxtanın üstünə çörək qoyub satan yaşlı bir adam diqqətimi çəkirdi. Fikirləşirdim ki, görəsən bu baba bunun insan üçün nə dərəcədə zərərli olduğunu bilirmi? Bilirdisə bəs niyə belə edirdi, yəqin ki, imkansızlıqdan. İsti, soyuq, yağış, qar – bunların heç birinin ona aidiyyatı yox idi.
73 yaşı Əyyub babanın satdığı çörəklər həm əhalinin, həm də özünün orqanizmini təhlükə qarşısında qoyurdu. Çörəklər küçədə nə qədər toz-torpaq varsa, hamısını “canına” yığırdı. Halbuki elə onunla üzbəüz ərzaq dükanında da çörək satılırdı. Bir neçə dəfə müşahidə etdim ki, demək olar dükandan çörək alanları tək-tük hallarda görmək olardı. Amma babanın bazarı, göz dəyməsin, deyəsən, yaxşı idi. Ətraflı…
Mədəniyyətin olsun agsaqqala yer ver, centlmen ol xanima yer ver !
Milli dəyərlərimizdən biri de böyüklərə və qadınlara yer verməkdir. Bəh-bəh necə də gözəl mədəniyyət. Bu oğlanlar əzabkeş kimi gəliblər dünyaya. İşlə, qazan, avtobusda, metroda da oturma. Birisi yaşlıdır, o birisi də qadın. Amma yenə də söyülən oğlanlardır. Oğlanlarımız yaman ədəbsizləşib, ağzının danışığını bilmir deyirlər. Qızlar da tanış olmağa xarici axtarır. Axtaracaqda bəs. Azərbaycanlı oğlan dünyaya toz-torpaqda işləmək üçün gəlib. Xanımlar isə kişinin qazandığını yemək və bir xarici sevgili tapmaq üçün yaranıb ? Ətraflı…
Cibimizdən çıxan qəpiklər və ya qədrini bilmədiyimiz sərvət
Bir çoxumuzun tanıdığı Aynur Elgünəşin başına bu yaxınlarda, metroda bir hadisə gəlmişdi. Metro kartına pul yükləyərkən, bir nəfər 20 qəpik uzadıb onu da keçirtməyini xahiş edib. Aynur kartı alıb çekə baxanda görür ki, 15 qəpik əskik gəlir. Bu hadisəni mənimlə bölüşdü və işdən qayıdarkən bu məsələni araşdırmaq fikrinə düşdük. Metronun Elmlər Akademiyası, Məşədi Əzizbəyov, Neftçilər və Xalqlar dostluğu stansiyalarını təcrübədən keçirtdik. Neftçilər metrostansiyasından başqa bütün kassalarda pul əskik qaytarıldı. Ətraflı…
Nə üçün qorxduq
Dünən axşam metro ilə gedirdim. Sahat təxminən 7-nin yarısı olardı. Qatar əzizbəyov metrosunda dayandı. Əks tərəfdə orta yaşlı bir kişinin yıxıldığını gördüm. Ətrafında 8-9 nəfər müxtəlif yaşlı insan var idi. İkisi qadın idi. Kişi yıxıldı. Hamı yerdə uzanan bu kişiyə baxırdı. Heç kəs də ona yaxınlaşıb kömək eləməyə cəhd etmirdi. Niyə ləngiyirdilər ? Kişi qatar relsərinə yıxıla bilərdi. Ətrafdakılar bir xeyli bu kişiyə baxa baxa diyanmışdılar. Nədən qorxmuşdular? ? Əyyaş olduğunu düşündülər ? Yoluxucu olduğunundan ? öldüyündən? Sonra polis gələr sorğu sual edər deyə ? Nəyimə lazimdi fikiləşirdilər deyə? Nəhayət elə yıxılanla təxmini eyni yaşda olan bir kişi yerdə uzanana yaxınlaşıb onu qaldırdı. Onu qaldırıb Qatara və sərnişinlərə nəzarət edən qadının oturduğu yerdə əyləşdirdi. Kişi özünə gəlməmişdir. Əyyaşa da oxşamırdır. Ya özündən getmişdi ya da infarkd olmuşdu. Niyə belə qorxaqlıq elədik? Axı bəzən vaxt hər şeyi həll edir. Tez kömək etsən həyat qurtarmış olarsan . Biz isə durub baxırdıq. Ne üçün qorxmuşduq ?
ŞƏRHLƏR