Arxiv

Posts Tagged ‘Man’

Dəyişən Başlar-səkkizinci hissə

Tomas Man

Hind əfsanəsi

VIII hissə

Gözəl Sita bundan sonra bir şey demədən yerindən sıçradı və paltarının imkan verdiyi qədər sürətlə ananın evinə tərəf qaçdı. Yığıncaq salonuyla kəmərli salona keçərək müqəddəs qucağa çatdı və tanriçanın qorxunc təsviri qarşısında təyin olunan tapşırığı böyük səylə yerinə yetirməyə başladı. Başlarla bədənlər arasındakı cazibə qüvvəsi, Devinin dediyi qədər güclü deyildi. Doğrusu bu güc hiss olunan dərəcədə idi, amma qanın şappıldayaraq yenidən damarlara dönməyinə əngəl ola biləcək qədər güclü deyildi. Şübhəsiz bu müddət ərzində Sitanın bir xoş sonluq bağırtısı ilə, həm də üç dəfə ilahi adı çağıraraq qılıncla onu müqəddəsləşdirməsi, lazımı təsiri göstərmişdi. Kəsilən başları yenidən yapışmış başlar və kəsik yerləri belə bəlli olmayan iki gənc indi önündə durur, ona və öz bədənlərinə baxırdılar, daha doğrusu bunu eləmək üçün bir-birilərinin bədəninə baxmaq məcburiyyətində idilər. Çünki bədən quruluşları bunu tələb edirdilər. Ətraflı…

Kateqoriyalar: Kitab, Mədəniyyət Etiketlər: , , ,

Tomas Man

Thomas Man

Tanınmış yazıçı Tomas Man 1875-ci il iyunun 6-da Lübek şəhərində anadan olub. O, bir müddət Münhendə yaşadıqdan sonra Almaniyanı tərk edib İsveçrəyə köçür. Üç il burada yaşadıqdan sonra isə 1936-cı ildən Amerikada məskunlaşır. İkinci Dünya Müharibəsindən sonra Almaniyaya qayıdan Man vətənində soyuq qarşılanır. Tomas Man litseydə oxuduğu zaman sənət, ədəbiyyat və fəlsəfəyə aid jurnal çap etdirir. Ətraflı…

Kateqoriyalar: Kitab, Mədəniyyət Etiketlər: , , ,