Arxiv

Posts Tagged ‘korrupsiya.’

Dayım niyə söyür?

Noyabr 8, 2009 3 şərh

Dayım Rusiyadan gəlib. Dedim gedim görüm. Getdim, Protokol qanunlarına əməl elədik. Öpüşüb görüşdük. Donuz gripi qorxusu olmadan. Oralardan hal-əhval tutdum. Necə gəldiyini soruşdum. Bura qədər hər şey yaxşı idi. Elə ki, bu barədə soruşdum, kişinin elə bil dərisini soydular. Açdı ağzını, yumdu gözünü. Aşağıdan yuxarı söyməyə başladı höküməti. Deyirəm niyə belə qəzəblisən?

Deyir, niyə qəzəbli olmayım? Nə gömrükdə, nə də gömrüyü keçəndən ürəkaçan münasibət  görməmişəm.  Nə qədər orda idim, Azərbaycanı TV-dən izləyirdim, həsəd aparırdım. Çalışırdım ki, vaxt eləyim gəlim vətənə. Gəlməz olaydım. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , ,