Arxiv

Posts Tagged ‘Kitab’

Luigi Pirandello – Ağzı çiçəkli adam (1923)

İŞTİRAKÇILAR:
Ağzı Çiçəkli Adam
Səssiz Müştəri
Əlavə: Sona doğru, göstərilmiş yerlərdə, başında sallaq tüklü köhnə şapqa olan, qara geyinmiş bir qadın kölgəsi, küncdə iki dəfə görünəcək.
Səhnənin dərinliyində bir prospektin ağacları görünür, yarpaqların arasından elektrik lampalarının işıqları sızır. İki tərəfdə, prospektlə birləşən bir küçənin sonuncu evləri. Soldakı evlərin altında yoxsul bir, gecələri də işləyən kafesi,kafenin qarşısında səkinin üstünə atılmış stol və stullar var idi. Sağdakı evlərin qarşısında yanan bir lampa. Geniş yolun tininə düşən soldakı son evin qarşısında da, yenə yanan bir fanar. Gecə yarısını biraz keçib. Uzaqdan, aradabir, mandolinin titrəyən səsi eşidilir.
Pərdə açılanda, Ağzı Çiçəkli Adam stolların birində oturub, yan stolda bir qamışla nanə sirobu içən Səssiz Müştərini uzun-uzadı, səssizcə incələyir.

AĞZI ÇIÇƏKLI ADAM

– A, sizə demək istəyirdim. Deməli, səssiz bir adamsınız siz… Qatara  gecikmisiniz? Ətraflı…

Luigi Pirandello – Siciliya portağalları

SİCİLYA PORTAĞALLARI

(1910)

İştirakçılar:
Micuccio Bonavino – bandoda çalğıcı
Marta Marnis – ana
Sina Marnis – müğənni
Ferdinando – nökər
Dorina – xidmətçi
Çağrışlılar (qonaqlar)
Digər nökərlər

Şimali İtaliya şəhərlərindən birində. Bugün. Səhnədə keçid otağı görünür. Əşya azdı: Kiçik bir stol, bir neçə stul. Səhnənin (aktyora görə) sol küncü bir pərdəylə örtülüb. Sağda və solda yan çıxışlar. Dərinlikdə, böyük şüşəli qapının açıldığı qaranlıq bir otaq  və bu otağı parlaq işıqlı bir salona birləşdirən bir qapı. Qapının şüşələrindən  bu salonda çox zəngin bir süfrə qurulduğu görülür. Gecə, otaq qaranlıq. Pərdənin arxasında bir nəfər xoruldayır. Pərdə açıldıqdan bir az sonra, sağdakı qapıdan, əlində fanarla Ferdinando girir. Köynəkdədi, amma bir frak geyindimi süfrədə xidmət edə bilər. Arxasında da, kəndli olduğu ilk baxışda anlaşılan Micuccio Bonavino. Kürəyində, yaxasını qulaqlarına qədər qaldırdığı paltosu, ayağında dizinə qədər olan çəkməsi. Bir əlində köhnə bir torba, o birinidə köhnə bir çamadan və yorğunluqdan güclə daşıdığı bir çalğı qutusu var idi. Otaq işıqlananda pərdənin arxasından gələn xorultu kəsilir və Dorinanın səsi gəlir. Ətraflı…

Dəyişən başlar – dördüncü hissə

IV hissə

Hind əfsanəsi

Tomas Man

Bundan sonra yola çıxaraq hər  biri öz işinin dalınca  getmək üçün ayrıldılar və bir müddət ayrı yollarla getdilər. Yelkənlilərin keçdiyi Camna çayına çatdıqları və üfüqdə Krukşeta şəhərinin kölgələri görünməyə başlayan zaman Şridamanın talaşa və düyü döymək üçün qab alacağı adamın şəhərin izdihamlı küçələrindən birindəki evini tapmaq üçün öküz arabaları ilə dolu olan geniş şosedən getməli idi. Ətraflı…

“Düyməcik” kitablar

Dünyada bir muzey var ki, bu muzeydən ancaq və ancaq Azərbaycandadır. Özü də Bakının göz bəbəyi olan İçərişəhərdə, XV əsrin ən məşhur abidəsi olan Şirvanşahlar sarayının yaxınlığında. Adı isə belədir – Miniatür Kitablar Muzeyi. Muzeyin rəhbəri, yaradıcısı Salahovlar ailəsinin nümayəndəsi Zərifə Salahovadır. Bu muzey Zərifə xanımın şəxsi kolleksiyasında olan kitablar əsasında yaranıb. 2002-ci il aprelin 23-də Beynəlxalq Kitablar və Müəllif Hüquqları günündə YUNESKO-nun qərarı ilə muzeyin açılışı olub. Muzey açılana qədər muzeyin rəhbəri iki min nüsxədən ibarət kolleksiyasını Milli Kitabxanada nümayiş etdirirdi. Muzey üçün yer İtaliya səfirliyinin yanındadır. Muzeyin tikintisi vaxtı İtaliya səfirliyi əməlli-başlı gərginlik keçiriblər. Elə biliblər ki, burada restoran açılacaq:) Ətraflı…

Kateqoriyalar: Kitab, Maraqlı, Xəbər Etiketlər: , ,

Əlisa Nicat – QIZIL FƏLSƏFƏ

Dekabr 10, 2008 13 şərh

ƏlisaNicat

 d181d0bad0b0d0bdd0b8d180d0bed0b2d0b0d0bdd0b8d0b50014Qızılfəlsəfə

     

   Yazıçı və filosof Əlisa Nicatın   2003-cü ildə çap etdirdiyi “Qızıl Fəlsəfə” adlı  bu kitabı dünya  müdriklərinin 100  aforizm və onların şərhi,  fəlsəfi düşüncələri, pritçalar və Azərbaycanın musiqi nümunələrindən 7-si  haqqında yazılarından ibarətdir. Maraqlı kiatbdı. Filosof  aforizmlərin şərh edərək şərhi zamanı  insanların, əsasən isə Azərbaycan  xalqının(Həm güney həm qüzey) psixologiyasının açır.  Sosial,  siyasi  və iqtisadi sahələri əhatə edən bu aforuzmlər  Nitşe, Kant, Kafka, Vegner  və digər filosof və ədiblərin fikirlərindən bəhrələnilərək anlaşıqlı və aydın dillə izah olunur.

  Kitabdan hissələr:

   7. İNSANIN MAŞINDAN  ÜXTÜNLÜYÜ ODUR Kİ, ÖZÜ ÖZÜNÜ SATA BİLİR-(LETS)

“… Bəli, insan özü-özünü sata bilir. Yəni dırnaqdan başa kimi özünü başqasına ixtiyarına verir.  Lets isə, çox güman ki, insanın öz ruhunu şeytana satmasını nəzərdə tuturdu.  Və  bu hadisə indiki zamanda lap kütləvi şəkil alıb. Bu gün milyonlarla adam mənsəb xatirinə, sərvət xatirinə, insane qiyafəsində olan iblislərin, yəni tiranların və diktatorların köləsi və məddahı  olub. Nə qədər şair, ədib, artist, müğənni öz ürəyini, allahını, dilini və varlığını belə despotların ixtiyarına verir. Onlar bununla  əzilən, tapdanan, təhqir  olunan millətlərini, xalqlarını satırlar….”

    Kitab bu cür və bundan da maraqlı  insanı düşünməyə vadar  eləyən fikirlərlə dolu olsa da, xoşuma gəlməyən  cəhətlər də var idi.

10. VƏHŞİLİK ÇOX VAXT ELEQANT GEYİMLƏR ALTINDA MÜRGÜLƏYİR – (QASTON BUASYE)

“ Sadə adamlar, bazar  “milçək”ləri, necə deyərlər, aydındır. Bu əyri- burunlu, uzun çənəli, yaxud heyvan kimi girdə üzlü adamların dərisi altındakı məxluqların necəliyini təyin etmək o qədər də çətin deyil.  Ümumiyyətlə, kütlə adamı, sadə rayon əhli hər yerdə eyni cürdür. Həyata hazır, mübahisə və mübarizə hazır, yalan deməkdə usta, aldatmaqda mahir olan sadə xalq nümayəndələri bütün xalqlara məxsus tiplərdir….

 ….Şəhər əhli isə, adətən vəzifəli, sıx geyimli, hətta ziyalı, xüsusilə hümanitar sahə adamı və əgər  müəyyən post və imtiyaz sahibidirsə, onda daha çox sifətinə görə xarakterizə edilmək üçün çətin bir obyektdir. Çox böyük ustalıq və təcrübə lazımdır ki, gözlərdəki ifadəyə, çənəyə, alına, buruna, dodaqlara əsasən bu cür adamın necə tip, hansı yuvanın quşu olduğunu təyin edəsən. . …”

78. KİÇİK ADAMLARIN İÇİNDƏ BÖYÜK ADAMLAR VƏ BÖYÜK ADAMLARIN İÇİNDƏ DƏ BÖYÜK ADAMLAR OLUR-(BERNARD ŞOU)

“…. Hər gün metronun “20 Yanvar” stansiyasından  avtobus minib, işə gəlirik və hər gün də bazaar  gedirik. Ay Allah, necə üzlər var ! Elə üzlər varki, ancaq və ancaq bizim tayfadan tapmaq olar. Heç bir həşərat və ya qırxayaq lupa altında da belə əyri-üyrü, belə məzmunsuz görünə bilməz. Zərrə qədər gəlirin nüansını gözəgörünməz radarları ilə tuturlar. . .”

 Kitabdan verdiyim bu parçalardan da göründüyü kimi filosof diyesen insanlara  xarici görünüşünə və mənsub olduğu təbəqəyə görə qiymət verirməyi xoşlayır. Bununla heç cür barışa  bilmirəm. Heç də deməzdim ki, sadə  insanlar, rayon əhli pulgir, yalancırlar. Axı sadə, kasıb insanların avam-cahil olmaqlarının günahı özlərindən çox  dövlətdədir. Rayon əhli, kasıb kütlə nə vaxt normal təhsil  aldı? Nə vaxt  normal qazanc əldə etdi ki normal yaşasın? Və sən də onu  bu rahatlıqda cahil və avam olduğuna görə qınayasan?? Bəlkə də filosof bunları acığından deyir ama yenə də  düzgün saymıram.

  Kitabda xoşuma gəlməyən cəhədlərdən biri də Filosofun qadınlar haqda  verdiyi şərhlərdi. O, Otto Veyningerin fikirlərinə əsaslanaraq qadınları izah etməyə çalışır. “30.KOBU VƏ HEYVANI HİSLƏRİ İNKİŞAF ETMƏMİŞ KİŞİLƏR QADINLARDA HEÇ BİR TƏSİR BURAXA BİLMİRLƏR- (OTTO VEYNİNGER).”, “37.GÖZƏL ARVAD ÜMUMXALQ MALIDIR, GÖZƏL OLMAYAN DA ƏR ÜÇÜN CƏZADIR- (ANTİSFEN).”  Və bir sıra başqa aforizmlərdə bu cür şərhlər verir:

  “… Veyninger sübut etdi ki, qadınlar fərd deyil, onlarda kişilər kimi bənzərsizlik yoxdur. Hamısı zahirən bir-birnə bənzəməsələr də xarakter və davranışca tamamilə eynidirlər….

  … Veyningerə görə iki qadın görürür, ana və vahişə.  Ana, əlbəttə mahiyyətcə yüksəkdir. Məsələn, ana qadınlar türmədən çıxan kişilərə qətiyyən maraq göstərməzlər. Halbuki, kişilər bu cür məsələləri qətiyyən aşkarlamazlar.

    Ümumiyyətlə, Veyninger göstərir ki, bütün qadınlar bu və ya digər dərəcədə ikinci növə meyllidirlər. . .

…. Beləliklə bəxtinə gözəl düşən kişilər doğru yol seçirlər. yəni arvadlarının onlara xəyanət edəcəklərini ağıllarına belə gətirməməklə özlərini problemin həll olunduğuna əmin edirlər.  Böyük əksəriyyəti bu üsulla qocalır, qafil kimi də dünyanı tərk edirlər….”

 Başdan ayağa absurddur. Aydın məsələdir 23 yaşında  “Xarakter və cins” adlı fəlsəfi əsərini yazan Otto Veyninger  nəyə görə 25 yaşında intihar edib. Yəqin  həyatı yalnız kitabında  göstərdiyi tip qadınlardan ibarət  olub.

   Misal üçün Filosofun Allahın olmaması haqda dediyi fikirləri tutarlı deyil həm də  bəzi yazılarında  məntiqin izah eləyə bilmədiyi məqamlara  gələndə hardasa  filisof da Allahın varlığını qəbul edir.

 

 

Kateqoriyalar: Kitab Etiketlər: , , ,