Arxiv

Posts Tagged ‘kimsəsiz’

Kimsəsiz uşaqların sığınacaq yeri

Mart 24, 2009 26 şərh

İstədik, ya istəmədik, xoşumuza gəldi ya gəlmədi fərqi yoxdu, demək olar ki, dünyanın hər bir ölkəsində uşaq evləri var. Dünyanın hər bir ölkəsində övladsız olan, həyatı boyunva övlad sevgisi ilə alışıb-yanan valideynlər də var. Bir tərəfdə də Allahın bu gözəl nemətinə xor baxıb, aparıb öz körpəsini uşaqlar evinə atan vicdansız ata-ana da. Hərçənd ki, bəzi uşaqlar kimsəsizlər evinə hər hansı qəza nəticəsində valideynlərini itirdiyi üçün düşüblər, amma bu o qədər də deyil.

Əvvəllər uşaq evinə getmək nədi, yanından belə keçə bilmirdim. Fikirləşirdim ki, ora getsəm pis olaram, yəni ağlamaq tutar uşaqların da qəlbinə dəyər. Ona görə qorxub getmirdim. Amma sonra bütün cəsaritimi toplayıb Nizami rayonunda yerləşən 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evinə getdim. Tək getmədim rəfiqəmlə birlikdə. Ətraflı…