Arxiv

Posts Tagged ‘karrupsiya’

Müdafiə nazirliyindən müsbət addım !

Aprel 1, 2009 Bir şərh yazın

Müdafiə Nazirliyi rüşvətxorluğa qarşı müsbət addım atıb. Bu ildən çağırışçıları hərbi hissələrə Hərbi Komissarlıq yox Müdafiə Nazirliyi bölüşdürəcək. Bu qərardan sonra saldırma məsələsində rüşvətin 20-30%-ə qədər enəcəyini təxmin etmək olar.
Bununla yanaşı görüləsi iş çoxdur. Mətbuatda  çıxan məlumatlardan və şəxsi təcrübəmdən onu deyə bilərəm ki, hərbidə saldırmaq məsələsi ilə ən sıx məşğul  olan komissarlıq idi. Hərbi hissəyə düşən çağırışçının işi bitmiş hesab olunmur. Hərbi hissənin özündə də rahat yerlərə saldırmaq məsələsi var. Nazirliyin yeni qərarından sonra komissarlığın saldırmaq imkanları daraldı. (İndi nazirlikdə yaxın tanışları, qohumları olan insanlar saldırma əməliyyatına girişəcəklər). İndi nazirlik gərək Hərbi Hissələrdə saldırma əməliyyatının qarşısını almaq haqqında  baş sındırsın. (Oranın da kadr məsələsinə nazirlik baxsın?)

Sumqayıt Dövlət Universitetində görünməmiş özbaşınalıq

Mart 3, 2009 128 şərh

Sumqayıt Dövlət Universitetində görünməmiş özbaşınalıq

“Yetər” şadlıq evi, 100 min dollara “Toyota”, ikinci kursa birbaşa qəbul…

Sumqayıt Dövlət Universiteti ülkəmizin ən iri ali təhsil müəssisələrindən biri-dir. 1961-ci ildən fəaliyyət güstərən Azərbaycan Sənaye Institutunun bazasında yaradılmış bu ali təhsil ocağında 6 minə yaxın tələbə müxtəlif ixtisaslar üzrə təhsil alır. Hələ 2000-ci ildə burada baş verən üzbaşınalıqlar, rüşvətxorluq, maliyyə yeyin-tiləri, Təhsil Nazirliyini qəti tədbirlərə əl atmağa məcbur etdi. Rektor dəyişdirildi, hətta bir qrup müəllim, əlaqədar digər səlahiyyətlilər müxtəlif sahələrdə qanunsuz-luqlara görə təqsirləndirilərək barələrində cinayət işləri açıldı, bir çoxları isə həbs edildi. Ətraflı…