Arxiv
Posts Tagged ‘karandaş’
Əsərlərini yazı makinasında çəkən rəssam
Yanvar 24, 2009
2 şərh
İngilis rəssam Keira Rathbone rəsm çəkəndə nə fırça, nə də qələmdən istifadə edir. O, rəsm əsərlərini köhnə bir yazı makinası ilə çəkir. Rathbone uzaqdan baxanda karandaşla çəkilmiş şəkillərə oxşayan əsərlərinin hər birinə ən azı 90 saat sərf etməli olur.
“Daily Mail” qəzetinin xəbərinə görə, 25 yaşlı gənc rəssam işinin sirrini belə izah edir: “Sağ əlimlə makinada yaziram, sol əlimlə isə kağızı sağa-sola çevirirəm. Hissələri tündləşdirmək üçün yazı makinasını eyni bölgə üzərində gətirib-aparıram. İstifadə etdiyim yazı makinası 1960-cı illərdən qalıb”. Ətraflı…
Kateqoriyalar: Maraqlı
eser, karandaş, Keira Rathbone, resm, yazi makinası
ŞƏRHLƏR