Arxiv

Posts Tagged ‘hörmətsizlik’

Şou-biznes ölənlərimizdən üstündür???

May 3, 2009 3 şərh

Mayın 3-dü. O məlum dəhşətli terrordan cəmi 3-4 gün keçir. Bəs biz nə edirik? Ölənlərimizi, yaralılarımızı unuduruq, belə görürəm ki, hə. Bu qədər insanın ölümü deyəsən bizi ayıltmayıb, yoxsa təsir edib o qədər qəddarıq ki, bizim üçün adi hadisəyə çevrilib? Cəmi 3-4 gün bundan əvvəl ölən yaşıdlarımız da bizim kimi yaşayır, nəfəs alır, dərsə gedir, gələcəkləri haqda düşünürdü. Bir axmağın gülləsinə tuş gəlib həyatlarının ən gözəl çağlarında bu dünyadan köçmək onların istəyi deyildi. Nə də bu terrorun qurbanı olmaq onların öz günahları deyildi. Bəs biz nə etdik? Bir gün hamı ondan danışdı, hamı gah ağladı, gah da hadisə yerinə qaçıb yaxınlarından bir xəbər öyrənməyə çalışdı. Kimi yaxınının, doğmasının sağ qalmağına şükür edir, kimi də gedib doğma insanın ölüm xəbərini eşidib sarsılır. Bəs sonra. Səhərisi gün gənclər aksiya keçirir, terrora yox deyir. Bir tərəfdən də xəstəxanalarda neçə-neçə cavan insan ölüm-qalım mübarizəsi aparır. Sonra nə olur, heç nə hər gün eyni xəbərlər – bir anormal Fərda haqqında məlumat verilir. Heç kim düşünmək istəmir ki, bəlkə o tək olmayıb, başqa günahkarlar da axtarılsın. Ətraflı…