Arxiv

Posts Tagged ‘hadisə’

Türkiyə sərhədləri açacaq?

Sentyabr 6, 2009 8 şərh

 

HadiseSami YusufBir zamanlar bir xəbər hamımızı sarsıtmışdı – Türkiyə Ermənistanla sərhədi açacaq. Bir müddət bu xəbər gündəmdə olsa da, Azərbaycan tərəfinin sərt reaksiyası Türkiyəni bir az ayıltdı. Axırda Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan çıxış etti ki, yox Ermənistan Qarabağı Azərbaycana qaytarmasa sərhədlərin açılması haqqında söhbət belə gedə bilməz. Hə, düşündük ki, qardaş, dost ölkə həqiqətən dostluğunu göstərdi. Amma deyəsən Türkiyə hökuməti verdiyi sözü gündən-günə unutmağa başladı. Bizi məyus edən bu xəbər yenə gündəmə gəldi və hətta daha da ağır şəkildə protokol belə imzalandı. Yəni doğurdanmı Türkiyə Azərbaycanı unudub Ermənistanla sərhədi açacaq? Tək bir o qalıb ki, Türkiyənin milli məclisi protokolu qəbul etsin. Bəs qəbul olunsa onda necə? Hər halda həm də məlumat verilir ki, bu bir siyasi oyundur və Türkiyə sərhədləri açmayacaq. Buna inanıb, inanmayacağımızı bilmək mümkün deyil, bunu zaman göstərəcək. Ətraflı…

Ölüm və siyasət ! ! !

May 1, 2009 1 şərh

Bir çox gənc kimi mən də bu gün vətəndaş  və insani borcumu yerinə yetirmək üçün 28 maya yollanmışdım. Günün birinci yarısı alınmadığı üçün ikinci yarısı getdim. Tək deyildim.  Ele bu bloga yazan Günay, Elçin, Nahid də mənimlə idilər. Bizdən başqa DALĞA, OL , Gənc Müsavatçılar və başqa qrup gənclər də var idi.  Yığışanlar qara lent bağlamış, əllərində qərənfil qətlə yetirilmiş tələbələri anmaq  məqsədi ilə Akademiyaya tərəf getdik.  Çevik polislərimiz hadisənin qarşısını ala bilməsə də  gənclərin qarşısını ala bildi. Onlar bizi akadamiyanın qarşısına getməyə qoymadılar.
Sonda gülləri və şamları Akademiyanın birinci binasına qoymaq qərarına gəldik.  Daha sonra Azərbaycan Respublikasının Himnini oxuduq. Sonra isə dağılışmağa başladıq.  Sonra kimlərsə qışqırmağa başladılar – Terrora yox  və sairə.
Terrora yox demək lazımdır.  Amma mən gördüyüm qədərilə kimlərsə bu tədbirdən öz məqsədi üçün istifafə etmək istəyirdi. İnsanlar  oraya ölənləri yad eləməyə, hadisəyə etiraz etməyə gəlmişdilər. Onların nifrətini, kədərini öz  siyasi məqsədinə görə yönləndirmək alçaqlıqdır, ölülərin ruhuna hörmətsizlikdir.
Mən Ramin Hacılıya təşəkkür etmək istərdim.  Aksiyanın istiqamətinin dəyişməməsi üçün insaları səhv etməməyə çağırır, onları  yönləndirməyə çalışanların isə qarşısını aldı.
Bir də onu demək istərdim ki, aksiyanın keçirilməsi 0 səviyyədə idi. İnsanlar heç nəyi nəzərə almamışdılar.  Hər halda  bu cür aksiyalar hərtərəfli düşünülməlidir.
Amma  nəticə olaraq  mən məmnunam ki, gəncliyimiz  öz münasibətini  bildirməyə çəkinmədilər.  Müəyyən mənada birləşdilər  !

Kateqoriyalar: Xəbər Etiketlər: , , , , ,