Arxiv
Müdafiə nazirliyindən müsbət addım !
Müdafiə Nazirliyi rüşvətxorluğa qarşı müsbət addım atıb. Bu ildən çağırışçıları hərbi hissələrə Hərbi Komissarlıq yox Müdafiə Nazirliyi bölüşdürəcək. Bu qərardan sonra saldırma məsələsində rüşvətin 20-30%-ə qədər enəcəyini təxmin etmək olar.
Bununla yanaşı görüləsi iş çoxdur. Mətbuatda çıxan məlumatlardan və şəxsi təcrübəmdən onu deyə bilərəm ki, hərbidə saldırmaq məsələsi ilə ən sıx məşğul olan komissarlıq idi. Hərbi hissəyə düşən çağırışçının işi bitmiş hesab olunmur. Hərbi hissənin özündə də rahat yerlərə saldırmaq məsələsi var. Nazirliyin yeni qərarından sonra komissarlığın saldırmaq imkanları daraldı. (İndi nazirlikdə yaxın tanışları, qohumları olan insanlar saldırma əməliyyatına girişəcəklər). İndi nazirlik gərək Hərbi Hissələrdə saldırma əməliyyatının qarşısını almaq haqqında baş sındırsın. (Oranın da kadr məsələsinə nazirlik baxsın?)
ŞƏRHLƏR