Arxiv

Posts Tagged ‘Gül bayramı’

Həbslər davam edir

May 10, 2009 2 şərh

Azadlıq radiosunun verdiyi məlumata görə Gül bayramına etiraz edənlərin polis tərəfindən həbsləri davam edir:

Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində 50-dən çox gənc var. Gənclər Sahil bağında «Gül bayramı»na etiraz edirmişlər. Bu haqda «Azadlıq» radiosuna Müsavat Partiyasının Gənclər Təşkilatından Cavid Hacıybəyil məlumat verib. Hacıbəyli deyib ki, onlar «Terrora yox!», «Matəm elan olunsun!» və «Gül bayramı»na yox!» şüarları səsləndiriblər.

Etiraz edənlər arasında Dövlət Neft Akademiyasının tələbələri və başqa siyasi təşkilatların üzvləri də olub.

C.Hacıbəyli hazırda bölmənin həyətində olduqlarını və gənclərin bir-bir izahatlarının alındığını bildirib.

C.Hacıbəylinin sözlərinə görə, Müsavat üzvü Aygün Quliyeva başından xəsarət alıb.

Emin Milli, Rəşad Shirinov, Əli  Novruzov, eləcə də  ABŞ   Milli Demokratiya İnstitutunun nümayəndəsi Aryen de Volf və Liberal Gənclərin Beynəlxalq Federasiyasını  Baş Katibi Bart Woord və  30-dan çox gənc Musiqi Akademiyasının qarşısında etirazlarını bildirmək və ya Gül bayramını müşahidə etmək üçün toplaşmışdılar. Etirazçılar heç bir şüar səsləndirmir, qışqırmır və ya fit çalmırdılar. Əllərində qərənfil, qara lentlər bağlayıb parka baxır, öz aralarında söhbət edirdilər.

Saat təxminən 13:30 olduqda gənclər əllərindəki gülləri ADNA -nın qarşısına qoyub dağılışmaq istəyirdilər. Onlar  universitet tərəfə hərəkət edərkən, Mərkəzi Bankın yaxınlığında mülki geyimli şəxs onları dayandırıb gözləmələrini tələb etdi. Gənclər sakitçiliklə gözlədilər. Tezliklə polis maşınları gəlib  onları maşına mindirməyə başladılar.

Onların arasında Emin Milli, Rəşad Şirinov, Əli  Novruzov, Nigar Fətəli, Aryen de Volf və 15-dən  çox digər gənc də var  idi. Onlar 22-ci polis bolməsinə aparılıb və onlardan izahat alınır. İzahat yazıldıqdan sonra buraxılacaqları gözlənilir.