Arxiv
GÜC DƏYİŞİKLİYİ-BİRİNCİ HİSSƏ
BİRİNCİ HİSSƏ
GÜCÜN YENİ ANLAYIŞI
Güc silahın lüləsindən böyüyür.
—MAO Çe-Dun
Money talks.(pul danışır)
—Naməlum şəxs
Bilik özü-üzlüyündə gücdür.
— Frensis Bekon
1
GÜC DƏYİŞİKLİYİ ERASI
Bu kitab 21-ci əsrin astanasındakı güc dəyişikliyi barədədir. O, zorakılıq, sərvət, bilik və bizim həyatda oynadıqları rolu gözdən keçirir. Həlledici məqamda dünyanın gücə açdığı yollardan xəbər verir.
Düzgün istifadə olunmadığına görə gücün ətrafını saran pis qoxuya baxmayaraq, güc özü-özlüyündə nə yaxşıdır, nə də pis. Bu, hər bir insan münasibətinin qaçılmaz aspektidir və o bizim cinsi münasibətlərimiz – səndən tutmuş çalışdığımız işimizə, sürdüyümüz maşına, izlədiyimiz televizora, ümidlərimizə kimi hər şeyə təsir edir. Ətraflı…
Güc Dəyişikliyi-ŞƏXSİ MÜQƏDDİMƏ
ŞƏXSİ MÜQƏDDİMƏ
Güc Dəyişikliyi. Bizi XXI əsrə aparan təəcübləndirici dəyişikləri anlamaq cəhdlərimiz 25 illik əziyyətin kuliminasiyasıdır. Gələcəyin Şok-u ilə başlanan, Üçüncü dalğa ilə davam edən trilogiyanın sonuncu cildidir.
Bu üç kitabın hər biri ayrılıqda müstəqil iş kimi oxuna bilər. Amma birlikdə onlar ardıcıl intelektual bütövlük yaradır. Əsas mövzu dəyişiklikdir- bütün cəmiyyət qəfildən yeni və gözlənilməz birşeyə çevrilən zaman insanlara nə olur. Güc Dəyişikliyi öncəki analizləri davam etdirərək , yeni hakimiyyət sisteminin köhnə sənaye hakimiyyətini əvəz edərək qalxması üzərində fokuslanır. Ətraflı…
ŞƏRHLƏR