Arxiv

Posts Tagged ‘faciə’

Ölüm və siyasət ! ! !

May 1, 2009 1 şərh

Bir çox gənc kimi mən də bu gün vətəndaş  və insani borcumu yerinə yetirmək üçün 28 maya yollanmışdım. Günün birinci yarısı alınmadığı üçün ikinci yarısı getdim. Tək deyildim.  Ele bu bloga yazan Günay, Elçin, Nahid də mənimlə idilər. Bizdən başqa DALĞA, OL , Gənc Müsavatçılar və başqa qrup gənclər də var idi.  Yığışanlar qara lent bağlamış, əllərində qərənfil qətlə yetirilmiş tələbələri anmaq  məqsədi ilə Akademiyaya tərəf getdik.  Çevik polislərimiz hadisənin qarşısını ala bilməsə də  gənclərin qarşısını ala bildi. Onlar bizi akadamiyanın qarşısına getməyə qoymadılar.
Sonda gülləri və şamları Akademiyanın birinci binasına qoymaq qərarına gəldik.  Daha sonra Azərbaycan Respublikasının Himnini oxuduq. Sonra isə dağılışmağa başladıq.  Sonra kimlərsə qışqırmağa başladılar – Terrora yox  və sairə.
Terrora yox demək lazımdır.  Amma mən gördüyüm qədərilə kimlərsə bu tədbirdən öz məqsədi üçün istifafə etmək istəyirdi. İnsanlar  oraya ölənləri yad eləməyə, hadisəyə etiraz etməyə gəlmişdilər. Onların nifrətini, kədərini öz  siyasi məqsədinə görə yönləndirmək alçaqlıqdır, ölülərin ruhuna hörmətsizlikdir.
Mən Ramin Hacılıya təşəkkür etmək istərdim.  Aksiyanın istiqamətinin dəyişməməsi üçün insaları səhv etməməyə çağırır, onları  yönləndirməyə çalışanların isə qarşısını aldı.
Bir də onu demək istərdim ki, aksiyanın keçirilməsi 0 səviyyədə idi. İnsanlar heç nəyi nəzərə almamışdılar.  Hər halda  bu cür aksiyalar hərtərəfli düşünülməlidir.
Amma  nəticə olaraq  mən məmnunam ki, gəncliyimiz  öz münasibətini  bildirməyə çəkinmədilər.  Müəyyən mənada birləşdilər  !

Kateqoriyalar: Xəbər Etiketlər: , , , , ,

Gülən və ağlayan iki maskalı teatr

Mart 27, 2009 8 şərh

theatre2Teatr – müxtəlif teatr tamaşalarının insanlar qarşısında oynandığı yerə deyilir. Yunanca “tamaşa yeri”, “tamaşa etmək” mənasını verən “teatron” və ya “theomai” sözündən götürülüb. Teatr – həyatda olub-keçən və ya ola biləcək, xəyali hadisələrin müəyyən yerlərdə, qabiliyyətli insanlar (aktyor, aktrisa) tərəfindən tamaşaçılar qarşısında canlandırılması sənətidir. Bütün dünyada teatr gülən və ağlayan iki maskayla təmsil edilir. Ətraflı…