Arxiv
Paulo Koelo – Əlkimyagər
Braziliyalı yazıçı Paulo Koelo 1947-ci ildə mühəndis ailəsində anadan olub. Uzun müddət ailəsi onun yazıçı olmağına qarşı çıxıb. Ailəsinin təzyiqi ilə o, Rio-de-Janeyro Universitetinin hüquq fakültəsinə daxil olur, amma tezliklə təhsili atır və jurnalistika ilə məşğul olmağa başlayır. Yazıçı bir müddət teatr aktyoru kimi də fəaliyyət göstərib. Onun kitablarının ən çox satıldığı ölkələr Fransa, Braziliya, Polşa, İsveçrə, Argentina, Yunanıstan, Xorvatiya və Rusiyadır. Paulo Koelo WordPress və Myspace bloglarında da müxtəlif yazılarla çıxış edir. Yazıçının ilk kitabı “Cəhənnəm arxivləri” olub. Paulo Koelonun ən çox sevilən və oxunan əsərlərindən biri “Əlkimyagər”di. Kitab 1988-ci ildə çap edilib. “Əlkimyagər” XX əsrdə yazılmış ən vacib kitablardan biridir. Ətraflı…
Əsərlərini yazı makinasında çəkən rəssam
İngilis rəssam Keira Rathbone rəsm çəkəndə nə fırça, nə də qələmdən istifadə edir. O, rəsm əsərlərini köhnə bir yazı makinası ilə çəkir. Rathbone uzaqdan baxanda karandaşla çəkilmiş şəkillərə oxşayan əsərlərinin hər birinə ən azı 90 saat sərf etməli olur.
“Daily Mail” qəzetinin xəbərinə görə, 25 yaşlı gənc rəssam işinin sirrini belə izah edir: “Sağ əlimlə makinada yaziram, sol əlimlə isə kağızı sağa-sola çevirirəm. Hissələri tündləşdirmək üçün yazı makinasını eyni bölgə üzərində gətirib-aparıram. İstifadə etdiyim yazı makinası 1960-cı illərdən qalıb”. Ətraflı…
ŞƏRHLƏR