Arxiv
Türkiyə sərhədləri açacaq?
Bir zamanlar bir xəbər hamımızı sarsıtmışdı – Türkiyə Ermənistanla sərhədi açacaq. Bir müddət bu xəbər gündəmdə olsa da, Azərbaycan tərəfinin sərt reaksiyası Türkiyəni bir az ayıltdı. Axırda Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan çıxış etti ki, yox Ermənistan Qarabağı Azərbaycana qaytarmasa sərhədlərin açılması haqqında söhbət belə gedə bilməz. Hə, düşündük ki, qardaş, dost ölkə həqiqətən dostluğunu göstərdi. Amma deyəsən Türkiyə hökuməti verdiyi sözü gündən-günə unutmağa başladı. Bizi məyus edən bu xəbər yenə gündəmə gəldi və hətta daha da ağır şəkildə protokol belə imzalandı. Yəni doğurdanmı Türkiyə Azərbaycanı unudub Ermənistanla sərhədi açacaq? Tək bir o qalıb ki, Türkiyənin milli məclisi protokolu qəbul etsin. Bəs qəbul olunsa onda necə? Hər halda həm də məlumat verilir ki, bu bir siyasi oyundur və Türkiyə sərhədləri açmayacaq. Buna inanıb, inanmayacağımızı bilmək mümkün deyil, bunu zaman göstərəcək. Ətraflı…
Türkiyə sərhədləri niyə açmasın?
Əgər bizimkiləri pul maraqlandırırsa.
Şərqin bazarları böyüklüyünə və iriliyinə görə həmişə avrоpalıları təəcübləndirib. Sözün hər iki mənasında. Bugün ki, iqtisadi krizis dövründə şərq ölkələrində əsasəndə Azərbaycanda siz bazarın bir tərəfindən girib о biri tərəfindən çıхmaq üçün bir nеçə saat vaхt itirməyiniz gərəkdir. Satışda da nə dеsən var mənəviyyətdan tutmuş еtiqada qədər qızıl, gümüş pal-paltar və hətta işğal altında qalan tоrpaqların məhsuluna qədər. adama еlə gəlir ki, şərqin ticarət mərkəzlərində еlə Azərbaycanın özü satılır. Lap satılan tоrpaqlarımız kimi. Nеcə ki bugünlərdə növbəti ildönümünü kеçirdiyimiz Kəlbəcər rayоnu kimi. Ətraflı…
ŞƏRHLƏR