Arxiv
Posts Tagged ‘dəyişiklik.’
KİV haqqında Qanuna təklif edilən dəyişikliklər təhlükəlidir.
İyun 18, 2009
Bir şərh yazın
Media Hüququ İnstitutu Kütləvi İnformasiya Vasitələri qanununa edilmiş əlavələrin mətbu nəşrlərin azadlığı və müstəqilliyi üçün ciddi təhlükə yaradacağından narahatdır. Bu əlavələr qüvvəyə minərsə mətbu nəşrlər bir neçə halda mütənasiblikdən çox uzaq olan qorxunc sanksiyalarla üzləşə biləcəklər. Ətraflı…
Kateqoriyalar: Xəbər
dəyişiklik., əlavələr, KİV
REFERENDUMDA TƏKLİF OLUNAN MADDƏLƏR
Fevral 10, 2009
Bir şərh yazın
1. |
12-ci maddənin I-ci hissəsinə “azadlıqlarının” sözündən sonra, “Azərbaycan respublikasının vətədaşlarına layiqli həyat səviyyəsinin” sözləri əlavə edilsin. |
2. |
15-ci maddənin I-ci hissəsinə “əsasında” sözündən sonra, “sosial yönümlü” sözləri əlavə edilsin. |
3. |
17-ci maddə “Ailə, uşaqlar və dövlət” adlandırılsın, maddəyə aşağıdakı məzmunda III-cü, IV-cü, V-ci və VI-cı hissələr əlavə edilsin:” III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qyağısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.IV. Uşaqları onların həyatına, saglamlığın və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməz.VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. “ |
4. |
18-ci maddənin II hissəsində “dinlərin” sözündən sonra “(dini cərəyanların)” sözləri əlavə edilsin. |
5. |
19-cu maddənin II hissəsində “Milli” sözü “Mərkəzi” sözü ilə əvəz edilsin.95-ci maddənin 15-ci bəndində “Milli” sözü “Mərkəzi” szöü ilə əvəz edilsin.109-cu maddəinn I hissəsinin 10-cu bəndində “Milli” sözü “Mərkəzi” sözü iləz əvəz edilsin, bəndə aşağıdakı sözlər eləavə edilsin:”Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin təyin edir.”. |
ardı . . .
Kateqoriyalar: Xəbər
bulleten, dəyişiklik., konstitusiya, referendum, yeni qaydalar
ŞƏRHLƏR