Arxiv

Posts Tagged ‘basabas’

Mən plan verməliyev ! ! !

Oktyabr 11, 2009 Bir şərh yazın

Son vaxtlar avtobuslarda sürücülərdən eşitməyə adət elədiyim söz “Mən plan verməliyəm. Mənim işimə qarışmayın” olub. Avtobus ağzına kimi doludur. Sürücü yenə də, harda gəldi saxlayır(baxmayaraq ki, aynaya “DAYANACAQDAN KƏNARDA SAXLAMAQ OLMAZ”  yazılıb), müştəriləri bir-birinin belinə mindirir. Kimin başı kimin qoltuğundan, burunlar qarşıdakının peysərinə söykənir. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , ,

BU BİZİK

İyul 29, 2009 2 şərh

Heç kəs məni kəmərimdən belə bərk qucaqlamamışdı… Bizim marşurtlar lap adamı təngə gətirir. Elə ki, oraya girirsən insanlar sanki min illik həsrətini çəkirlərmiş.Qucaqlaşma normal haldır, baxır harda, necə kiminlə… Bir də baxır adamına. Tanımadığın biri ilə qucaqlaşmaq bizim milli əxlaqımıza yaddır. Amma ayağını qoyursan bizim marşurtlara tanımadığın adamlarla istəsən də istəməsəndə qucaqlaşmalı olursan. İlk addımdan “mehribanlaşmaq” devizi altında qucaqlaşmağa doğru kiçik hərəkətlər başlayır. Adam özünü lap qəribə hiss edir. Bir neçə dəqiqədən sonra anlayırsan ki, artıq nə telefonundan, nə də pul qabından əsər- əlamət yoxdur. Bu vaxt sürücünün mehribanlaşın səsinə hələ “super salondan” cavab da gəlir: Mehribanlaşa- mehribanlaşa qonşu olduq birazdan qohum olacağıq. Ətraflı…

Kateqoriyalar: Düşüncə, Sosial Etiketlər: ,