Arxiv

Posts Tagged ‘baki’

Şəhər böyüklükdə kənd

Fevral 13, 2009 6 şərh

Bakı. 2 miliondan çox  əhalisi olan bir  şəhər. Əslində şəhər böyüklükdə  kənd !  Niyə kənd ?  deyə   soruşa bilərsiz.  Bəlkə də heç soruşmazdınız. Bakıdakı vəziyyəti hamı görür. Yeni binalar tikilir,  köhnə binalar təmir olunur. Ən bahalı maşınlar alınır. Hətda  prototip maşınlar  belə sifariş verilir. Neft sağolsun. Neftdən gələn pul sağ olsun ! O  pulu yeyən məmur sağ olsun. O məmurun qohumları sağ olsun. Yaxşı neft  bu inkişafı verir bəs mədəniyyət  ? ?  İndi ağıllı baş istəyirəm ki oturub fikirləşsin. Fikirləşsin görək  daha nə istehsal edə bilərik ki, onun gəliri ciblərimizə yox beynimizə ruhumuza dolsun, mədəniyyətimizi inkişaf etdirsin. Ətraflı…

Kateqoriyalar: Düşüncə, Sosial Etiketlər: , ,

Bibiheybət məscidi

Fevral 11, 2009 1 şərh

Bibiheybət məscidi
dsc03380Bakıdan 4-5 km aralıda, düz Xəzər dənizinin sahilində insanların pənah apardığı, müqəddəs sayıb ziyarət etdiyi Bibiheybət məscidi yerləşir. Burada VII İmamımız Həzrəti Museyi-Kazımın (ə) qızı Həzrəti Həkimə xanımın, imamın iki oğlan və bir qız nəvəsinin məzarı yerləşir. Bu tarixi dini-memarlıq abidəsi XIII əsrdə Şirvanşah II Fərruxzad ibn Axsitan tərəfindən inşa etdirilib. Məscidin divarında tarixi faktlar yazılan kitabə yerləşir. Bu kitabədə qeyd edilib ki, 1281-1282-ci illərdə tikilən məscidin memarı Mahmud ibn Səyiddir. Məşhur tarixçilər Bakıxanov, Beryozin, Dorn və Xanukov da bu kitabə haqqında yazıblar. VII İmam Museyi-Kazımın (ə) qızlarından Həzrəti Həkimə xanım Bibiheybetdə, Həzrəti Məsumə xanım İranın Qum şəhərində, Həzrəti Rəhimə xanım Bakının Nardaran, Həzrəti Leyla xanım isə Bilgəh kəndində dəfn edilib. VII İmam Museyi-Kazım (ə) zəmanəsinin imamı olsa da çox kasıb olub. Hətta onun evində bir ədəd köhnə, yamaqlı çarşab olduğu üçün namaz vaxtı qızlar növbə gözləmək məcburiyyətində qalıblar. 1257-ci ildə dünyasını dəyişən Həzrəti Həkimə xanım heç vaxt ailə həyatı qurmayıb, bütün ömrünü qardaşı uşaqlarına həsr edib. Ətraflı…

Qar niyə yağır ?

Dekabr 30, 2008 Bir şərh yazın

 

    Yenə qar  yağdı. Səhər  lap tezdən heç kəs oyanmamış qarın yağışını seyr elədim. Hər yanı qar örtmüşdü. Bütün eyibləri, küçədəki zibilləri, tozu,torpağı palçığı örtmüşdü. Həttda sanki binaların eyiblərini rəngbə-rəng  qəncərələrini də örtmüşdü. Yəqin qar elə bunun üçün yağır. Fəsillər yaranandan bunun üçündür, təbiətin eyibini örtmək üçün. Yazda da, yayda  da, hətda payızda da təbiət rəngbə rəng olur. Payız qurtaracağı, yayın əvvəli ağaclar  soyunur, lütləşir, bitkilər  ölür, təbiət  ölür. Ölür ki, yeni dən dirilsin. Ölüm kimə lazımdı? Ölüm heç təbiətəə də lazım deyil. Buna görə də yəgin qar yağır. Yağır  ki, bu lüt təbiəti,  ölümünü  örtsün.  

  Bakıya da hər il daha çox  qar yağır. Yağır  ki, eyibləri lütləşmiş, təniəti ölmüş Bakını örtsün, gözəlləşdirsin. Bir  necə gün qabaq da yağmışdı. Yağdı amma eyibimizi örtməyə gücü çatmadı. Yenə qayıtdı. Görəsən bu qarın bizim, bakının eyiblərini örtməyə gücü çatacaq  ? Və yaxud bu qar neyisə dəyişməyə kömək olacaq ?

Kateqoriyalar: Düşüncə, Maraqlı Etiketlər: , ,