Arxiv
Media Hüququ Institutunun bəyanatı
Bu gün “Azadlıq” qəzetinin yazarı Mirzə Sakit Azərbaycan Milli Məclisinin martın 17-də qəbul etdiyi amnistiya aktına əsasən azadlığa buraxılıb. Sərt satirik şerləri ilə tanınan Mirzə Sakit ictimai rəyə görə qondarma ittihamlarla həbs olunmuşdu. Ətraflı…
«Yeni Nəsil» Azərbaycan Jurnalistlər Birliyinin
Aprel ayının 7-də Yasamal Rayon Məhkəməsinin hakimi Tahir Ismayılov “Təzadlar” qəzetinin baş redaktоru Asif Mərzilinin bir il müddətinə azadlıqdan məhrum edilməsi, həmin qəzetin əməkdaşı Zümrüd Məmmədovanın isə altı ay müddətinə islah işlərinə məhkum olunması barədə qərar çıхarıb. Hər iki jurnalist Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevə böhtan atmaqda, оnun şərəf və ləyaqətini alçaltmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri) təqsirli bilinib.
ŞƏRHLƏR