Arxiv
Mən plan verməliyev ! ! !
Son vaxtlar avtobuslarda sürücülərdən eşitməyə adət elədiyim söz “Mən plan verməliyəm. Mənim işimə qarışmayın” olub. Avtobus ağzına kimi doludur. Sürücü yenə də, harda gəldi saxlayır(baxmayaraq ki, aynaya “DAYANACAQDAN KƏNARDA SAXLAMAQ OLMAZ” yazılıb), müştəriləri bir-birinin belinə mindirir. Kimin başı kimin qoltuğundan, burunlar qarşıdakının peysərinə söykənir. Ətraflı…
BU BİZİK
Heç kəs məni kəmərimdən belə bərk qucaqlamamışdı… Bizim marşurtlar lap adamı təngə gətirir. Elə ki, oraya girirsən insanlar sanki min illik həsrətini çəkirlərmiş.Qucaqlaşma normal haldır, baxır harda, necə kiminlə… Bir də baxır adamına. Tanımadığın biri ilə qucaqlaşmaq bizim milli əxlaqımıza yaddır. Amma ayağını qoyursan bizim marşurtlara tanımadığın adamlarla istəsən də istəməsəndə qucaqlaşmalı olursan. İlk addımdan “mehribanlaşmaq” devizi altında qucaqlaşmağa doğru kiçik hərəkətlər başlayır. Adam özünü lap qəribə hiss edir. Bir neçə dəqiqədən sonra anlayırsan ki, artıq nə telefonundan, nə də pul qabından əsər- əlamət yoxdur. Bu vaxt sürücünün mehribanlaşın səsinə hələ “super salondan” cavab da gəlir: Mehribanlaşa- mehribanlaşa qonşu olduq birazdan qohum olacağıq. Ətraflı…
SAXLA DÜŞEN VAR
Yaşadığımız cəmiyyətdə insanların hərəkət istiqaməti olduqca geniş və əhatəlidir. Müasir texnologiyanın isə bizlərə verdiyi tövhələr göz önündədir. Kimisi işə taksiylə, kimisi avtobusla, kimisi də metroyla getməyə üstünlük verir. Azərbaycanın nəqliyyat infrastrukturu pis deyil, ancaq heç yaxşı da deyil. Səsləndirdiyimiz iddianı əsaslandırmağa çalışaq.
Bu günlərdə Nəqliyyat Nazirliyi ölkəmizə yeni iritutumlu avtobuslar gətirdi. Bununla da əhalinin gediş gəlişində problemlər özünü biruzə verməyə başladı. Əgər kiçik tutumlu avtobuslar hər iki dəqiqədənbir hərəkət edirdisə, iritutumlu avtobuslar 4-5 dəqiqədənbir hərəkət edir. Bu şərait isə insanların narazıçılıqlarına səbəb olur. Belə olan təqdirdə isə əslində sərnişinlərin rahatlığını artırmaq üçün nəzərdə tutulan avtobuslarda köhnə qayda qanunlar hələ də hökm sürməkdədir. Bura dayanacaqdan kənarda saxlamaq, qədərindən çox sərnişin toplamaq, stop düyməsi olduğu halda ona əhəmiyyət verməmək ve lazımı ünvandan xeyli kənarda saxlamaq adətləri daxildir. Ətraflı…
Mədəniyyətin olsun agsaqqala yer ver, centlmen ol xanima yer ver !
Milli dəyərlərimizdən biri de böyüklərə və qadınlara yer verməkdir. Bəh-bəh necə də gözəl mədəniyyət. Bu oğlanlar əzabkeş kimi gəliblər dünyaya. İşlə, qazan, avtobusda, metroda da oturma. Birisi yaşlıdır, o birisi də qadın. Amma yenə də söyülən oğlanlardır. Oğlanlarımız yaman ədəbsizləşib, ağzının danışığını bilmir deyirlər. Qızlar da tanış olmağa xarici axtarır. Axtaracaqda bəs. Azərbaycanlı oğlan dünyaya toz-torpaqda işləmək üçün gəlib. Xanımlar isə kişinin qazandığını yemək və bir xarici sevgili tapmaq üçün yaranıb ? Ətraflı…
ŞƏRHLƏR