Arxiv

Posts Tagged ‘alveri’

DİN Baş İctimai Təhlükəsiz İdarəsi Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin müraciəti əsasında azyaşlı uşaqların dilənçiliyə cəlb edilməsinə qarşı tədirlər həyata keçirir

May 13, 2009 1 şərh

Son zamanlar Bakı küçələrində kütləvi şəkildə vüsət almış azyaşlı uşaqların və özünü şikəstliyə vurmuş dilənçiliklə məşğul olan şəxslərin sərbəst fəaliyyət göstərməsi narahatlıq doğurur. Rahat yolla, heç bir əziyyət çəkmədən küçələrdə və marşrutlarda  dilənənlərin sayı artır və onlara heç bir nəzarət həyata keçirilmir. Xüsusən əsas “fəaliyyət” yerləri Azərbaycan Dövlət Dram Teatrının və Bakı Metropoliteninin “Nizami” stansiyasının qarşısında olan  bu dilənçilər marşurtlara daxil olaraq  pul dilənməklə yanaşı ogurluğa da əl atırlar. Birbaşa ictimai təhlükəsizliyə mane olan və xoşagəlməz situasiyadan narahat olan “Demokratik Təsisatlar və İnsan Hüquqları” İctimai Birliyi Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubova müraciət edib. Nazirin göstərişi əsasında  DİN Baş İctimai Təhlükəsizlik İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsi reydlər həyata  keçirir. Bizə verilən rəsmi məlumata görə  hal-hazırda bu əməliyyat nəticəsində 157 nəfər aşkar olunub inzibati məsuliyyətə cəlb olunmuşdur. Nazirlikdən verilən məlumata görə hal hazırda bu kimi tədbirlər davam etdirilir. 

Kateqoriyalar: Xəbər Etiketlər: ,