Arxiv

Posts Tagged ‘Adnan Hacızadə’

Yal itləri fəaliyyətdə !

İyul 8, 2009 10 şərh

Çox təəssüf, amma deyəsən yal itləri də fəaliyyətı başladı. Bu gün Adnan Hacızadə və Emin Milli restoranların birində oturarkən, iki nəfər onlara yaxınlaşıb nə üçün “dövlətin tənqidi söhbətini edirsiniz” deyə irad tutmağa başlayıblar. Dəmirlərlə yaxşıca məşq etməyə öyrəşmiş bu iki gənc Adnan və Emini cəzalandırmağa başlayıb. Hər ikisini ağır vəziyyətə salıb qaçıblar.

Hal-hazırda hadisəni törədənlər və zərərçəkənlər Səbayel Rayon Polis İdarəsindədirlər.  Zərərçəkmişlərin vəkillərini, hətta polis bölməsinə gələn Hikmət Hacızadəni də (Adnanın valideyni) içəri buraxmayıblar.  Zərərçəkmişləri də bayıra buraxmırlar.

Görünür ki, drujina dövrü başlayır. Yal itləri fəaliyyətdədir.