Arxiv

Posts Tagged ‘ad’

POKA QORİT SVEÇA

İyul 16, 2009 9 şərh

Yaşasa 42 yaşı tamam olacaqdı. Ancaq qismet olmadı. 38 yaşında Azerbaycan metbuatını boynu bükük qoyub, bizleri terk etdi. Çox heyf!
Onun yeri indi de görünür. O, Azerbaycan metbuatında bir çox yenilikler imza atdı, çəkinmədən, qorxmadan, teqiblərə sine gererek her zaman öz sözünü dedi. Söhbetin “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovdan getdiyini anladınız yeqin.
1967- ci ilde Bakıda anadan olan Elmar müsteqil Azerbaycan metbuatında özünemexsus bir iz qoydu, mekteb yaratdı. Nə çetinlikler, zülmler hesabına yaratdı “Monitor”u. O, “Monitor”u Azerbaycan cemiyyetinin aynası etdi. Azerbaycan hakimiyyetini, bir sözle Azerbaycan cemiyyətini olduğu kimi görüb gösterdi, tehlil etdi. Müsteqil metbuat orqanının nece yazıb yaratmasını gösterdi. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , , ,

Adımızı dəyişək ??

Mart 15, 2009 3 şərh

Dünən “Weeklylife”  ingilis dilli qəzetə baxırdım. Bir yazının müəllifi diqqətimi çəkdi. “Elnoor Asadson”. İlk dəfədən anlamadım. Elə bildim  ki, kimdisə xaricidir. Yox sən demə, Elnur  Əsədoğlu imiş.  İngilisləşmiş ad. Dedim bəlkə mən də adımı ingilisləşdirim. Amma  nə üçün ingilisin, fransızın, çexin adı öz dilində olsun, bizimki ingilisləşsin. Həm dil qaydalarına görə ad  öz dilində necədirsə, başqa dillərdə də o cür olmalıdır. Biz  Tomsona  Tom oğlu demirik ki??

Nə bilim, bəlkə mən səhv eləyirəm. Milliyətçilik duyğuları ilə hərəkət edirəm. Bəlkə elə dilimizi ingilisləşdirsək yaxşıdır?

Kateqoriyalar: Xəbər Etiketlər: ,