Arxiv
Jurnalist kimdir ?
Kimdir jurnalist?
Qərblilərə görə, “keşikçi köpək”dir jurnalist. Yəni, vətəndaş hər zaman onu öz yanında, ətrafında görür. Jurnalistin əsas funksiyası iqtidarı nəzarətdə saxlamaq, vətəndaşla dövlət arasında körpü qurmaq, bir sözlə, 4-cü hakimiyyətdir.
Elə buna görə də bəzən haqqını müdafiə etdiyi insanlardan belə şapalaq yeyir, haqsızlığa uğrayır, şəxsi həyatı olmur, sındırılır, əzilir, bütün bunlara rəğmən ayaqda durur…
Kimdir jurnalist?
Öz peşəsində uğur qazana bilməyib şansını bu sahədə sınayanlarmı, yoxsa dövlət qurumlarını hədələyib rüşvət alanlarmı? Jurnalistika fakültəsini bitirənlərmi, yoxsa jurnalistikadan dərs deyib, ortaya nümunə kimi heç nə qoya bilməyənlərmi? Hə, kimdir jurnalist? Azərbaycan reallığında bu sualların cavabı o qədər mücərrəd görünür ki…
Yazdıqlarına görə şantaj edilən, döyülən… Sonuncu dəfə Azərbaycanda bu cür göründü jurnalist. Əgər hələ də yaşayırsa, kim bilir, daha nələr gözləyir onu…
Kimdir jurnalist?
Əksər halda haqqında “çox sırtıq olurlar, deyirsən istəmirəm, çəkirlər”- deyilir. Vəzifəlilər yuxarıdan aşağı baxır, amma cəmiyyətə təsir gücü olduğu üçün ələ almağa çalışır. Mükafatı haqqında eşitdiyi “gözəl fikirləri olur, maraqlı məsləhətlər verirlər”, “yaxşı qələmi var, əla təhlil edir”, “verilişi çox yaxşı ələ alır” kimi fikirlər olur.
Kimin üçünsə paparazi, köşə yazarı, blogger, şərhçi, diktor, aparıcı…dır jurnalist, kimin üçünsə də əlinə hər qələm alan…
Yüz şillədən sərt olur “keçən dəfə sənin bir həmkarın da gəlmişdi, dəftərinin arasına payını qoyub göndərdim”, – deyib üzünə kinayə ilə gülümsəyənlərin sözü. Boğaza düyün kimi tıxanır müsahibə almaq istədiyi adamın “hər şeyi anladım, indi sən mənə de görüm, sən müxalifət jurnalistisən, yoxsa iqtidar” sualı.
Onlarla məqalə müəllifi olsun, yazdıqları bütün ölkəni silkələsin, cibində vəsiqəsi yoxdursa, çoxu üçün heç kimdir jurnalist…
Bu gün əskəriyyəti hakimiyyətin dəyirmanında üyüdülür, sobasında qızardılır, satılır, alınır. Amma ələkdə qalanı da az deyil. Onlar cəmiyyəti göstərir, cəmiyyətə göstərir. Deməli, cəmiyyətin güzgüsüdür jurnalist…
ABŞ-ın Global Integrity anti-korrupsiya təşkilatı Azərbaycan üzrə 2009-cu il hesabatını açıqladı
Hesabat Azərbaycanı 100 ballıq şkala üzrə 64 balla- korrupsiya ilə mübarizə, şəffaflıq və idarəetmə sahəsində “zəif” qiymətləndirdi
Fevralın 23-də Amerika Birləşmiş Ştatlarının “Global İntegrity” təşkilatı 36 ölkə, o cümlədən Azərbaycanda anti-korrupsiya və yaxşı idarəçilik üzrə 2009-cu il hesabatını yaydı. Hesabat altı kateqoriya üzrə- vətəndaş cəmiyyəti, ictimai məlumat və media, seçkilər, hakimiyyətin hesabatlılığı, dövlət qulluğu, nəzarət və nizamlama, anti-korrupsiya və hüququn aliliyi sahələrini əhatə edən 300-dən çox sualı cavablandırır. Təşkilatın rəyinə görə, Azərbaycan 100 ballıq şkala üzrə 64 balla yekunda “zəif” qiymətinə layiq görülüb. Ətraflı…
Reket jurnalistləri düşünməkdənsə Peşəkar jurnalistləri düşünək
Azərbaijan Media Mərkəzində debat clubunun növbəti debatında iştirak etdim. Dekabrın 25-i baş tutan debatda BDU-nun jurnalistika fakültəsinin tələbələri Diffamasiya haqqında qanunu müzakirə edirdi. Tural Qurbanov yeni qanun layihəsinin qəbul olunmasını istəmir və bu qanunun ziyan gətirəcəyini sübut eləməyə çalışdı. Əks tərəfdə isə Əvəz Zeynalov Diffamasiya haqqında qanunun Azerbaijan mediası üçün vacib olduğuna inandırmağa çalışırdı. Ətraflı…
Qərib Azərə cavab
Disput.az saytında Azərbaycanın ən yeyib içən, ən çox səyahət edən kişisi Qərib Azər Adnan və Emin haqqda fikirlərini bildirib. Eşşək videosunu təhlil edib. Videoda xalqın təhqir oldunduğunu, onun eşşək adlandırıldığını deyir. Burada blogerləri müxalif mövqedən və ya tənqidi yazılar yazan jurnalistlərlə müqayisə edir. Belə bir nəticəyə gəlir ki, Emin və Adnan onlar qədər təhlükəli deyil. Daha sonra Emininin işləməməsini, çoxlu xarici uçuşlar etməsini, qrantlar alması ilə nəyəsə işarə edir. Ətraflı…
Demoktariyaya həbs, köləliyə dəstək
Emin və Adnanın məhkəməsi bitdi. Məhkəmə Eminə 2 il 6 ay, Adnana isə 2 il həbs cəzası kəsdi. Məhkəmənin lap əvvəlindən komediyadan başqa bir şey olmadığı, prosesin necə bitəcəyi məlum idi. Bütün sübutlar bu işin qurama olduğunu göstərirdi. Polislərin belə yalan şahidlik etdiyi açıq görünürdü. Amma bizim məhkəmə ölkəmizə xas qərar çıxardı. Sübut elədi ki, bizdə demokratiyaya həbs, kölələrə isə dəstək var. Ətraflı…
Dayım niyə söyür?
Dayım Rusiyadan gəlib. Dedim gedim görüm. Getdim, Protokol qanunlarına əməl elədik. Öpüşüb görüşdük. Donuz gripi qorxusu olmadan. Oralardan hal-əhval tutdum. Necə gəldiyini soruşdum. Bura qədər hər şey yaxşı idi. Elə ki, bu barədə soruşdum, kişinin elə bil dərisini soydular. Açdı ağzını, yumdu gözünü. Aşağıdan yuxarı söyməyə başladı höküməti. Deyirəm niyə belə qəzəblisən?
Deyir, niyə qəzəbli olmayım? Nə gömrükdə, nə də gömrüyü keçəndən ürəkaçan münasibət görməmişəm. Nə qədər orda idim, Azərbaycanı TV-dən izləyirdim, həsəd aparırdım. Çalışırdım ki, vaxt eləyim gəlim vətənə. Gəlməz olaydım. Ətraflı…
Balta kəsərini itirib yoxsa bu balta o, balta deyil ?
Ümumiyyətlə televizora baxmıram. Hakimiyyətin ikinci fiqurunun məqaləsindən sonra izləməyə başladım. Bayağı verişlərin azalacağına ümüdli idim. Axı əmr ağadan gəlmişdi. Xoş sözlər eşitdim. Güya, bir neçə bayağı verlişləri bağlayıblar. Amma eşitdim, görmədim. Yenə eyni verlişlər, eyni aparıcılar, eyni müğənnilər. Ətraflı…
Saxta bayraqdarlara
Protokollar imzalandı. Türkiyə-Ermenistan maçında bayraq hadisəsi. Azərbaycanda kontr bayraq hadisəsi. Bu barədə çox yazdılar.
Nə baş verir ? Qardaş ölkə, bir millət iki dövlət deyənlər niyə birdən belə aqressiv oldular ? Qafqazlı qanı qaynadı ? Bəli bu bizə xas olan xüsusiyyətdir. Biz rahatlıqda hörmət etdiyimiz insanları, uşaqlıqdan birgə olduğumuz dostlarımız;, bizə daim yaxşılıq edən xeyirxah insanları, birgə ömür sürdüyümüz həyat yoldaşımızı axmaq bir səbəbdən silib ata bilirik. Ətraflı…
Türkiyə bayraqlarının yığışdırılmasına etiraz
Bu gün (21 oktyabr) biz, yəni AzNAN (Azərbaycan-Niderland Jurnalistika Məktəbi Məzunları Şəbəkəsi) üzvləri Şəhidlər Xiyabanını ziyarət etdik. Təxminən 10 nəfər üzvümüz Şəhidlər Xiyabanında Türk hərbiçilərinin şərəfinə ucaldılan abidənin önünə qərənfillər düzdük.
Bizdən öncə, saat 12.00-da müxalifətçi gənclər də aksiya keçirdi. Amma bu zaman polislə onlar arasında toqquşma oldu. Ona görə polislərin bizə də mane olacağını düşündük. Amma polislər sadəcə olaraq bizdən soruşdu ki, çəkiliş olacaq, ya yox. Heç bir çəkilişin olmadığını görüb bizə mane olmadılar.
Şəhidlər Xiyabanında şəhid olan türk hərbiçilərinin şərəfinə ucaldılan abidəni ziyarət etməkdə məqsədimiz abidədinin yanından Türkiyə bayraqlarının yığışdırılmasına etirazdır.
Ümumiyyətlə son zamanlar Türkiyə ilə Azərbaycan arasında soyuq yellər əsməyə başlayıb. İndi də başlanıb bayraq davasına.
Azərbaycan Türkiyə həmişə dost, qardaş ölkə olub. Arada münasibətlərin soyuması isə düşmənlərin sevincindən başqa bir şey deyil. Düşmənlərimizi sevindirməyək!!!
ŞƏRHLƏR