Arxiv

Archive for the ‘Sosial’ Category

Şou-biznes ölənlərimizdən üstündür???

May 3, 2009 3 şərh

Mayın 3-dü. O məlum dəhşətli terrordan cəmi 3-4 gün keçir. Bəs biz nə edirik? Ölənlərimizi, yaralılarımızı unuduruq, belə görürəm ki, hə. Bu qədər insanın ölümü deyəsən bizi ayıltmayıb, yoxsa təsir edib o qədər qəddarıq ki, bizim üçün adi hadisəyə çevrilib? Cəmi 3-4 gün bundan əvvəl ölən yaşıdlarımız da bizim kimi yaşayır, nəfəs alır, dərsə gedir, gələcəkləri haqda düşünürdü. Bir axmağın gülləsinə tuş gəlib həyatlarının ən gözəl çağlarında bu dünyadan köçmək onların istəyi deyildi. Nə də bu terrorun qurbanı olmaq onların öz günahları deyildi. Bəs biz nə etdik? Bir gün hamı ondan danışdı, hamı gah ağladı, gah da hadisə yerinə qaçıb yaxınlarından bir xəbər öyrənməyə çalışdı. Kimi yaxınının, doğmasının sağ qalmağına şükür edir, kimi də gedib doğma insanın ölüm xəbərini eşidib sarsılır. Bəs sonra. Səhərisi gün gənclər aksiya keçirir, terrora yox deyir. Bir tərəfdən də xəstəxanalarda neçə-neçə cavan insan ölüm-qalım mübarizəsi aparır. Sonra nə olur, heç nə hər gün eyni xəbərlər – bir anormal Fərda haqqında məlumat verilir. Heç kim düşünmək istəmir ki, bəlkə o tək olmayıb, başqa günahkarlar da axtarılsın. Ətraflı…

Çörək bol olarsa, basılmaz vətən

corekYolum nadir hallarda bu metroya düşürdü. Və bu metronun yanından keçəndə, metronun çıxışında balaca bir taxtanın üstünə çörək qoyub satan yaşlı bir adam diqqətimi çəkirdi. Fikirləşirdim ki, görəsən bu baba bunun insan üçün nə dərəcədə zərərli olduğunu bilirmi? Bilirdisə bəs niyə belə edirdi, yəqin ki, imkansızlıqdan. İsti, soyuq, yağış, qar – bunların heç birinin ona aidiyyatı yox idi.
73 yaşı Əyyub babanın satdığı çörəklər həm əhalinin, həm də özünün orqanizmini təhlükə qarşısında qoyurdu. Çörəklər küçədə nə qədər toz-torpaq varsa, hamısını “canına” yığırdı. Halbuki elə onunla üzbəüz ərzaq dükanında da çörək satılırdı. Bir neçə dəfə müşahidə etdim ki, demək olar dükandan çörək alanları tək-tük hallarda görmək olardı. Amma babanın bazarı, göz dəyməsin, deyəsən, yaxşı idi. Ətraflı…

Kateqoriyalar: Maraqlı, Sosial, Xəbər Etiketlər: , , , ,

Mədəniyyətin olsun agsaqqala yer ver, centlmen ol xanima yer ver !

Aprel 24, 2009 11 şərh

Milli dəyərlərimizdən biri de böyüklərə və qadınlara yer verməkdir. Bəh-bəh necə də gözəl mədəniyyət. Bu oğlanlar əzabkeş kimi gəliblər dünyaya. İşlə, qazan, avtobusda, metroda da oturma. Birisi yaşlıdır, o birisi də qadın. Amma yenə də söyülən oğlanlardır. Oğlanlarımız yaman ədəbsizləşib, ağzının danışığını bilmir deyirlər. Qızlar da tanış olmağa xarici axtarır. Axtaracaqda bəs. Azərbaycanlı oğlan dünyaya toz-torpaqda işləmək üçün gəlib. Xanımlar isə kişinin qazandığını yemək və bir xarici sevgili tapmaq üçün yaranıb ? Ətraflı…

Kateqoriyalar: Mədəniyyət, Sosial Etiketlər: , ,

Allah, bu zəhrimardan canımı qurtar

Aprel 10, 2009 2 şərh

Uzun muddət hеrоin istifadə еdən narkоmanın tükürpədici еtirafları

narkoman-ris Narkоmaniya yalnız yaşadığımız cəmiyyətin dеyil, butun bəşəriyyətin uzləşdiyi qlоbal təhlukə mənbəyinə çеvrilib. Təsadufi dеyil ki, narkоmaniyanı “ağ ölum” adlandırırlar. Sоn dövrlər isə narkоtik vasitələrin bеcərilməsi və satışı tеrrоrçuluğa yоl açmaqla yanaşı qlоbal prоblеmə çеvrilmiş QICS (SPID) хəstəliyinin miqyasının artmasına da rəvac vеrib. Qеyd еdək ki, bu gun Azərbaycanda bu bəlaya mubtəla оlanların əksəriyyəti gənclərdir. Bir vaхtlar narkоtika istifadəçisi, şərti adı Rasim оlan bugunki musahibimiz də də bu katеqоriyaya daхil оlanlardandır.  Lakin Rasim sоnradan özundə iradə taparaq “ağ ölum”un pəncəsindən хilas оla bilib. Bеləliklə, Rasim bizimlə söhbətində vaхtilə bu yоla nеcə duşduyundən, çəkdiyi iztirablardan və butun bunlardan qurtulmağın yоllarından danışdı. Ətraflı…

Vətənpərvərlik yoxsa dövlətçilik ?

Aprel 2, 2009 6 şərh

Azərbaycanda həm mətbuatda (əsasən ANS-çilər), həm də siyasətçilərimizin ən çox danışdıqları mövzulardan biri vətənpərvərlikdir. Cəmiyyətdə vətənpərvərliyin səviyyəsindən, insanlara  vətənpərvərliyin aşılanmasından danışılır.  Görəsən vətənpərvərlik lazımdırmı bizə?  Bəlkə dövlətçilik lazımdır?  Ətraflı…

Qızıl balığını axtaranlar

Aprel 2, 2009 15 şərh

d0b8d184d0b4d188d0b9d181d180d188Burada yer tutmaq üçün yuxularına haram qataraq gecə saat 3-dən gəlirlər. 300 nəfər arasında yer tutmaq elə də asan iş deyil. Bunu özləri də etiraf edirlər. Söhbət Dənizkənari parkda dənizin içərisinə (köhnə “Sadko” restoranına tərəf) gedən yolda balıq tutan balıqçılardan gedir. Deyilənə görə, könlü balıq istəyənin quyruğu suda gərək. Balıqçıların da könlünə balıq düşəndə və ya boş vaxtlarında tilovlarıni qoltuqlarına vurub gəlirlər bura. Qismət Allahdandır deyib, saatlarla öz balıqlarının yolunu gözləyirlər. Onların çoxu peşəkar deyil, həvəskar balıqçılardır. Ətraflı…

Kateqoriyalar: Maraqlı, Sosial Etiketlər: , , ,

Cibimizdən çıxan qəpiklər və ya qədrini bilmədiyimiz sərvət

Aprel 1, 2009 5 şərh

Bir çoxumuzun tanıdığı Aynur Elgünəşin başına bu yaxınlarda, metroda  bir hadisə gəlmişdi. Metro kartına  pul yükləyərkən, bir nəfər 20 qəpik uzadıb onu da  keçirtməyini xahiş edib.  Aynur  kartı alıb çekə baxanda  görür  ki, 15 qəpik  əskik gəlir.  Bu hadisəni mənimlə bölüşdü və işdən qayıdarkən bu məsələni araşdırmaq  fikrinə düşdük. Metronun Elmlər Akademiyası, Məşədi Əzizbəyov,  Neftçilər və Xalqlar dostluğu stansiyalarını təcrübədən keçirtdik. Neftçilər metrostansiyasından başqa  bütün kassalarda pul əskik qaytarıldı.  Ətraflı…

Kateqoriyalar: Maraqlı, Sosial Etiketlər: , , , ,

Müdafiə nazirliyindən müsbət addım !

Aprel 1, 2009 Bir şərh yazın

Müdafiə Nazirliyi rüşvətxorluğa qarşı müsbət addım atıb. Bu ildən çağırışçıları hərbi hissələrə Hərbi Komissarlıq yox Müdafiə Nazirliyi bölüşdürəcək. Bu qərardan sonra saldırma məsələsində rüşvətin 20-30%-ə qədər enəcəyini təxmin etmək olar.
Bununla yanaşı görüləsi iş çoxdur. Mətbuatda  çıxan məlumatlardan və şəxsi təcrübəmdən onu deyə bilərəm ki, hərbidə saldırmaq məsələsi ilə ən sıx məşğul  olan komissarlıq idi. Hərbi hissəyə düşən çağırışçının işi bitmiş hesab olunmur. Hərbi hissənin özündə də rahat yerlərə saldırmaq məsələsi var. Nazirliyin yeni qərarından sonra komissarlığın saldırmaq imkanları daraldı. (İndi nazirlikdə yaxın tanışları, qohumları olan insanlar saldırma əməliyyatına girişəcəklər). İndi nazirlik gərək Hərbi Hissələrdə saldırma əməliyyatının qarşısını almaq haqqında  baş sındırsın. (Oranın da kadr məsələsinə nazirlik baxsın?)

Dilənçilikdə də yaradıcılıq ! !

Mart 31, 2009 8 şərh

Yazının adı qəribə gəlir ?  Dilənçilikdə nə yaradıcılıq ola bilər deyə düşünürsüz ?  Əslində dilənçilikdə də yaradıcılıq ola bilir. (Doğrudur bizim ölkədə yaradıcılqda dilənçilik daha  çox olur ) Nə demək istədiyimi avropada  olanlar daha yaxşı anlayar. Aşağıdakı şəkillərdəki dilənçilərə baxın yaradıcı deyillərmi  ?

20032009_077 Ətraflı…

Dünya bir pəncərədir, hər gələn bir cür baxar

Mart 29, 2009 4 şərh

old1Ocaqsız ev – Qocalar evi
Fikrimdə uzun müddət idi ki, Qocalar evinə getmək var idi. Bir gün iş yoldaşımla vaxt təyin edib getdik Qocalar evinə. İsti bir yay günü idi. Bilgəhə çatanda yolda qarşımıza çıxanlardan Qocalar evinin harada yerləşdiyini soruşduq. Bu zaman yanımızdan yaşı təxminən 70-i keçmiş, amma buna baxmayaraq, gümrah görünən bir dayı keçdi. Onun hara getdiyini bilmədən arxasınca getdik. Elə bil ürəyimizə dammışdı ki, bu dayı bizi axtardığımız yerə aparıb çıxaracaq. Elə də oldu, qapını açdı və böyük həyəti olan darvazadan içəri keçdi. Biz də onun arxasınca. Dayı bizə fikir vermədən yoluna davam edib getdi. Bu zaman qapıda bizi Əhməd dayı qarşıladı və bolluca xeyir-dua verdi. Doğmalarından uzaqda, yadlarla doğmalaşan insanlarla tanış olmaq, söhbətləşmək üçün tələsirdik. Ətraflı…

Kateqoriyalar: Maraqlı, Sosial, Xəbər Etiketlər: , , , ,