Arxiv
Dəyişən başlar – dördüncü hissə
IV hissə
Hind əfsanəsi
Tomas Man
Bundan sonra yola çıxaraq hər biri öz işinin dalınca getmək üçün ayrıldılar və bir müddət ayrı yollarla getdilər. Yelkənlilərin keçdiyi Camna çayına çatdıqları və üfüqdə Krukşeta şəhərinin kölgələri görünməyə başlayan zaman Şridamanın talaşa və düyü döymək üçün qab alacağı adamın şəhərin izdihamlı küçələrindən birindəki evini tapmaq üçün öküz arabaları ilə dolu olan geniş şosedən getməli idi. Ətraflı…
Dəyişən başlar – üçüncü hissə
Hind əfsanəsi
III hissə
Bundan sonra bir müddət susdular. Şridaman uzanaraq eləcə göyü seyr etməyi davam etdirdi. Nanda dizini sinəsinə dayayıb əlləri ilə ayaqlarını qucaqlayaraq oturduğu yerdən yoxuşdakı Kali Ananın yuyunma yerinə baxırdı.
-Sus, ilahi..! pıçıldayaraq barmağını qalın dodaqlarına tutdu. Şridaman, qardaşım yavaşca otur ora bax. Bu, yuyunmağa girənə deyirəm. Gözlərini aç, bu zəhməti çəkməyə dəyər. O bizi görmür, amma biz onu görürük. Ətraflı…
Dəyişən başlar – ikinci hissə
Hind əfsanəsi
II hissə
Tomas Man
Quş cıvıltılarıyla dolu sevimli bahar fəslində Nanda ilə Şridaman, hər biri özü ilə əlaqəli bəzi şəxsi səbəblərə görə piyada yola çıxmışdılar. Atası Nandanı, dillərini bildiyi, bellərinə təkcə qamışdan qurşaq bağlayan və dəmir daşından əritmə üsulu ilə xam maddə əldə etməyi bacaran aşağı sinifdən olan insanların yanına, bir miqdar xam maddə almağa yollamışdı. Onlar Camna çayı sahilində, Şridamanın görüləsi bir işi olan izdihamlı Indraprastanın biraz şimal tərəfində, Kurukşeta qəsəbəsinin yaxınlığında və iki dostunun yurdlarından bir neçə ev şərqdə olan Kralendə yaşayırdılar. Şridaman da “İnəklərin Xoşbəxtliyi”ndə qıtlığa çevrilmiş düyü ovutma qablaları ilə xüsusi növ yağ əldə edəcək və bunları, yurdundakı qadınların incə bir ipdən toxuduqaları rəngli parçaların (mosulin) əvəzi olaraq, mümkün qədər sərfəli şəkildə alacaqdı. Ticarət edəcəyi adam da ailəsinin şəhərdəki iş dostu, özləri kimi “ev atası” mərtəbəsində olan Brahman idi. Ətraflı…
Dəyişən başlar – birinci hissə
Hind əfsanəsi
I hissə
Tomas Man
Qaramal saxlamaqla məşğul olan döyüşçü soylu Sumatranın gözəl qızı Sita ilə iki ərinin əhvalatı dinləyənlərdən ruh yüksəkliyi tələb edəcək və Mayanın qəddarca gözbağlayıcılığına qarşı bütün ağlını istifadə etdirəcək qədər qanlı və çaşdırıcıdır. Bunda başqa dinləyicilərin əhvalatı danışanın dözümlülüyünü özlərinə örnək götürmələri arzu olunur. Çünki belə bir hekayəni danışmaq, oxumaqdan daha çox cəsarət tələb edir. Hekayə əvvəldən sona kimi aşağıdakı formada olub. Ətraflı…
Şou-biznes ölənlərimizdən üstündür???
Mayın 3-dü. O məlum dəhşətli terrordan cəmi 3-4 gün keçir. Bəs biz nə edirik? Ölənlərimizi, yaralılarımızı unuduruq, belə görürəm ki, hə. Bu qədər insanın ölümü deyəsən bizi ayıltmayıb, yoxsa təsir edib o qədər qəddarıq ki, bizim üçün adi hadisəyə çevrilib? Cəmi 3-4 gün bundan əvvəl ölən yaşıdlarımız da bizim kimi yaşayır, nəfəs alır, dərsə gedir, gələcəkləri haqda düşünürdü. Bir axmağın gülləsinə tuş gəlib həyatlarının ən gözəl çağlarında bu dünyadan köçmək onların istəyi deyildi. Nə də bu terrorun qurbanı olmaq onların öz günahları deyildi. Bəs biz nə etdik? Bir gün hamı ondan danışdı, hamı gah ağladı, gah da hadisə yerinə qaçıb yaxınlarından bir xəbər öyrənməyə çalışdı. Kimi yaxınının, doğmasının sağ qalmağına şükür edir, kimi də gedib doğma insanın ölüm xəbərini eşidib sarsılır. Bəs sonra. Səhərisi gün gənclər aksiya keçirir, terrora yox deyir. Bir tərəfdən də xəstəxanalarda neçə-neçə cavan insan ölüm-qalım mübarizəsi aparır. Sonra nə olur, heç nə hər gün eyni xəbərlər – bir anormal Fərda haqqında məlumat verilir. Heç kim düşünmək istəmir ki, bəlkə o tək olmayıb, başqa günahkarlar da axtarılsın. Ətraflı…
Çörək bol olarsa, basılmaz vətən
Yolum nadir hallarda bu metroya düşürdü. Və bu metronun yanından keçəndə, metronun çıxışında balaca bir taxtanın üstünə çörək qoyub satan yaşlı bir adam diqqətimi çəkirdi. Fikirləşirdim ki, görəsən bu baba bunun insan üçün nə dərəcədə zərərli olduğunu bilirmi? Bilirdisə bəs niyə belə edirdi, yəqin ki, imkansızlıqdan. İsti, soyuq, yağış, qar – bunların heç birinin ona aidiyyatı yox idi.
73 yaşı Əyyub babanın satdığı çörəklər həm əhalinin, həm də özünün orqanizmini təhlükə qarşısında qoyurdu. Çörəklər küçədə nə qədər toz-torpaq varsa, hamısını “canına” yığırdı. Halbuki elə onunla üzbəüz ərzaq dükanında da çörək satılırdı. Bir neçə dəfə müşahidə etdim ki, demək olar dükandan çörək alanları tək-tük hallarda görmək olardı. Amma babanın bazarı, göz dəyməsin, deyəsən, yaxşı idi. Ətraflı…
Kosmonavtika gününün 48 yaşı oldu
1961-ci il aprelin 12-si. Bütün dünya bu qeyri-adi, uzun müddətdir gözlədiyi hadisəni nəhayət, real şəkildə görə bildi. Ilk dəfə olaraq, kosmosa adam göndərildi. Kosmosun “ilk sakini” Sovet vətəndaşı 1934-cü il təvəllüdlü Yuri Alekseyeviç Qaqarin idi. Bu uçuş dünya sivilizasiyasında insanın ulduzlara yolunu açılışının başlanğıcı idi.
Bütün dünya bu hadisədən və Qaqarinin qəhrəmanlığından danışdı. Kiçik yaşlarında Yuri çərpələng uçurdanda “Kaş ki, mən də onun kimi göylərə uça biləydim” deyərmiş. Ətraflı…
Kibrit satışından başlanan sərvət
İsveçdə, kiçik bir ferması olan ortabab ailədə doğulmuşdu. Uşaqlıqdan çalışqan idi. İlk dəfə işləməyə başlayanda 13-14 yaşı vardı. Velosipedinə minər və qonşuluqdakı evləri qapı-qapı gəzib kibrit satardı. Yaşıdları onu bəyənməsə də, o, gördüyü işdən həzz alardı. Bir müddət keçdikdən sonra anladı ki, şəhərdən topdan kibrit alsa, daha çox xeyir götürə bilər. Belə də elədi. Sonradan qazandığı pullarla balıq, yeni il üçün şam ağacları, toxum, daha sonralar qələm və karandaş da alıb satmağa başladı. İşləməklə yanaşı, dərslərini də unutmurdu. Elə bu səbəbdən 17 yaşında atası onu məktəbdəki uğurlarına görə pulla mükafatlandırdı. Atasının verdiyi pullar böyük biznesə qapı açdı. Beləcə o, mebel satışı ilə məşğul olmağa başladı… Ətraflı…
Türkiyəsiz Yaparteid
Son günlərin ən aktual məsələsi heç şübhəsiz Amerika Birləşmiş Ştatlarının ilk qaradərili və yeni seçilmiş prezidenti Barak Obamanın aprelin 6-da Türkiyəyə səfəri və bu səfərin fonunda Türkiyaə-Ermənistan sərhədlərinin açılması məsələsidir.Ermənistanla müharibə şəraitində olan və Türkiyəni özünə böyük qardaş hesab edən məmləkətimiz Azərbaycanın müxtəlif dairələrində də bu böyük səfər çox müxtəlif prizmalardan böyük narahatçılıqla izah edilir. Ətraflı…
Aprel təqvimi
1 aprel
1528 – İspan yazıçı Fransisko da Penalosa vəfat edib.
1955 – Kiprdə Türk Müqavimət Təşkilatı fəliyyətə başladı.
1970 – Riçard Nikson ABŞ-da satılan tütün məhsullarının üzərində xəbərdarlıq yazılarının olması, TV və radioda tütün məhsullarının reklam edilməsini qadağa edən fərman imzaladı.
1976 – Apple Computer Stiv Cobs və Stiv Vozniak tərəfindən qurulub.
1979 – Humeyni İran İslam Respublikasını elan etdi.
Aldatma günü
2 aprel
1805 – Məşhur danimarkalı nağıl yazarı Hans Kristian Andersen anadan olub.
1917 – ABŞ I Dünya Müharibəsinə daxil oldu.
1918 – Van Rus və Erməni işğalından xilas oldu.
3 aprel
1906 – Lümyer qardaşları rəngli fotoşəkli icad ettilər. Ətraflı…
ŞƏRHLƏR