Arxiv
Dəyişən Başlar-səkkizinci hissə
Tomas Man
Hind əfsanəsi
VIII hissə
Gözəl Sita bundan sonra bir şey demədən yerindən sıçradı və paltarının imkan verdiyi qədər sürətlə ananın evinə tərəf qaçdı. Yığıncaq salonuyla kəmərli salona keçərək müqəddəs qucağa çatdı və tanriçanın qorxunc təsviri qarşısında təyin olunan tapşırığı böyük səylə yerinə yetirməyə başladı. Başlarla bədənlər arasındakı cazibə qüvvəsi, Devinin dediyi qədər güclü deyildi. Doğrusu bu güc hiss olunan dərəcədə idi, amma qanın şappıldayaraq yenidən damarlara dönməyinə əngəl ola biləcək qədər güclü deyildi. Şübhəsiz bu müddət ərzində Sitanın bir xoş sonluq bağırtısı ilə, həm də üç dəfə ilahi adı çağıraraq qılıncla onu müqəddəsləşdirməsi, lazımı təsiri göstərmişdi. Kəsilən başları yenidən yapışmış başlar və kəsik yerləri belə bəlli olmayan iki gənc indi önündə durur, ona və öz bədənlərinə baxırdılar, daha doğrusu bunu eləmək üçün bir-birilərinin bədəninə baxmaq məcburiyyətində idilər. Çünki bədən quruluşları bunu tələb edirdilər. Ətraflı…
Dəyişən başlar – yeddinci hissə
VII hissə
Tomas Man
Hind əfsanəsi
O an ancaq Durga-Devinin, toxunulmazlardan Qalınin, qaranlıq dünyalar anasının səsinə bənzər bir səs, göydən ona səsləndi. Bu qalın, sərt və anacasına, çox danışan bir səs idi.
– Ey axmaq keçi, deyirdi. O dəqiqə də bu işdən imtina edəcəksən? Oğullarımın qanını çuxura tökdürdüyün bəs eləmir, indi də varlığımın gözəl bir nümunəsi olan bədənini, içində böyüyən sevimli, şirin, kiçicik həyat nüvəsiylə birlikdə qarğalara yem olsun deyə asmaq istəyirsən? Ağacımın bəzəyini korlayacaqsan? Yoxsa üstünü görmədiyini və oğluna hamilə qaldığını hiss eləmədin? Əgər qadınlıq baxımından üçə qədər saya bilmirsənsə, özünü as, amma burda mənim ölkəmdə yox. Sənin sərsəmliyinə görə dünyada az qala həyat qalmayacak. İnsan həyatını, eşq zövqləri köməyilə yoluxan bir xəstəlik sayan filosofların boşboğazlığıyla qulaqlarım onsuz da yetərincə doludu – bir də sən dəli arvad, qalxıb mənə oyunlar oynuyursan hə? Ya başını kəndirdən çıxarırsan, ya da silləni yeyirsən.
Sita:
– Müqəddəs tanriça, dedi. Əlbəttə, baş əyəcəyəm. Sənin göy guruldamasının səsini duyur və buyruğuna əməl edib, ümidsiz cəhdimdən imtina edirəm. Amma bunun qarşılığında onu deyim ki, məni sənin hamilə qoydurduğunu bilirəm. Ancaq övladımın onsuz da bənizi solğun və kor bir şikəst olacağını düşünmüşdüm. Ətraflı…
Luigi Pirandello – Ağzı çiçəkli adam (1923)
İŞTİRAKÇILAR:
Ağzı Çiçəkli Adam
Səssiz Müştəri
Əlavə: Sona doğru, göstərilmiş yerlərdə, başında sallaq tüklü köhnə şapqa olan, qara geyinmiş bir qadın kölgəsi, küncdə iki dəfə görünəcək.
Səhnənin dərinliyində bir prospektin ağacları görünür, yarpaqların arasından elektrik lampalarının işıqları sızır. İki tərəfdə, prospektlə birləşən bir küçənin sonuncu evləri. Soldakı evlərin altında yoxsul bir, gecələri də işləyən kafesi,kafenin qarşısında səkinin üstünə atılmış stol və stullar var idi. Sağdakı evlərin qarşısında yanan bir lampa. Geniş yolun tininə düşən soldakı son evin qarşısında da, yenə yanan bir fanar. Gecə yarısını biraz keçib. Uzaqdan, aradabir, mandolinin titrəyən səsi eşidilir.
Pərdə açılanda, Ağzı Çiçəkli Adam stolların birində oturub, yan stolda bir qamışla nanə sirobu içən Səssiz Müştərini uzun-uzadı, səssizcə incələyir.
AĞZI ÇIÇƏKLI ADAM
– A, sizə demək istəyirdim. Deməli, səssiz bir adamsınız siz… Qatara gecikmisiniz? Ətraflı…
Luigi Pirandello – Axmaq (1922)
Iştirakçılar
Luka Fazio
Leopoldo Paroni
Səyyar Satıcı
Roza Laveçiya
Birinci Yazar
İkinci Yazar
Üçüncü Yazar
Dördüncü Yazar
Beşinci Yazar
Səhnə, Kostanovada nəşr olunan “Vedetta Republicana” qəzetinin rəhbəri Leopold Paroninin orta səviyyəli iş otağını göstərir. Qəzetin redaksiyası da Respublikaçı Partiyanın bölgə rəhbəri Paroninin evində yerləşir. Təmizliyə az önəm verdiyi üçün hər yerdə köhnə, qırıq əşyalar gözə dağılmış və kir içindədi. Yazı stolunun üstü dağ boyda kağız qalağı ilə doludur, ora-bura atılmış stulların üstündə kitablar,sənədlər yığılıb,hər tərəf qəzetdir, qarmaqarışıq rəflər necə gəldi qoyulmuş kitablarla doludu. Ətraflı…
Dəyişən başlar – altıncı hissə
VI hissə
Tomas Man
Hind əfsanəsi
Bu vaxt Sita bayırda təntənəli arabada oturub, artıq qarşısında peysərinə baxılası bir nəfər olmadığı üçün vaxt heç cür getmirdi. Hər gün onu səbirsizliyə düçar edən peysərin nə halda olduğundan xəbəri yox idi. Hər nə qədər içindən zərərsiz olan bir sıra ehtimallar keçir və ona dayanmadan ayaqlarını yelləməyinə səbəb olan narahatlıq verir və gözləmək məcburiyyətində qalmasının səbəbini, qorxunc bir hadisənin öncədən hiss edirdisə də, yalnız ehtimallardan ibarət olan və ayaqlarını sallamasına mane olmayan bu hiss, səbirsizlik və hirslə qarşılanacaq qədər deyildi. Ətraflı…
Luigi Pirandello – Siciliya portağalları
SİCİLYA PORTAĞALLARI
(1910)
İştirakçılar:
Micuccio Bonavino – bandoda çalğıcı
Marta Marnis – ana
Sina Marnis – müğənni
Ferdinando – nökər
Dorina – xidmətçi
Çağrışlılar (qonaqlar)
Digər nökərlər
Şimali İtaliya şəhərlərindən birində. Bugün. Səhnədə keçid otağı görünür. Əşya azdı: Kiçik bir stol, bir neçə stul. Səhnənin (aktyora görə) sol küncü bir pərdəylə örtülüb. Sağda və solda yan çıxışlar. Dərinlikdə, böyük şüşəli qapının açıldığı qaranlıq bir otaq və bu otağı parlaq işıqlı bir salona birləşdirən bir qapı. Qapının şüşələrindən bu salonda çox zəngin bir süfrə qurulduğu görülür. Gecə, otaq qaranlıq. Pərdənin arxasında bir nəfər xoruldayır. Pərdə açıldıqdan bir az sonra, sağdakı qapıdan, əlində fanarla Ferdinando girir. Köynəkdədi, amma bir frak geyindimi süfrədə xidmət edə bilər. Arxasında da, kəndli olduğu ilk baxışda anlaşılan Micuccio Bonavino. Kürəyində, yaxasını qulaqlarına qədər qaldırdığı paltosu, ayağında dizinə qədər olan çəkməsi. Bir əlində köhnə bir torba, o birinidə köhnə bir çamadan və yorğunluqdan güclə daşıdığı bir çalğı qutusu var idi. Otaq işıqlananda pərdənin arxasından gələn xorultu kəsilir və Dorinanın səsi gəlir. Ətraflı…
Luigi Pirandello
Luigi Pirandello 1867-ci ildə Agrigentoda doğulub. 1936-cı ildə Romada vəfat edib. O, arxasınca böyük bir sənətkar, yaxşı və qürurlu bir adam şöhrəti qoydu. Ölümündən iki il öncə Nobel Ədəbiyyat mükafatı almışdı. Bütün dünyada müvəffəqiyyət və ün qazanmışdı, amma, olduqca gec və sıxıntılarla dolu bir həyatdan sonra oldu bunlar. Ətraflı…
Dəyişən başlar-beşinci hissə
V hissə
Hind əfsanəsi
Tomas Man
Qayalıqların içində oyulmuş ana qucağından, bayırda gözləyənlərin yanına qayıtdıqda onların əvvəl səssiz durduğunu, sonra da qısa bir yalvarış üçün içəri girib bu qədər vaxt ərzində dönməyən Şridamanın nə etdiyi haqqında bir-birinə sual verdiyini görürük. Nandanın arxasında oturan gözəl Sita, keçi burnunu və aşağı təbəqəyə xas olan qalın dodaqlarını qoşulu heyvanlara tərəf tutan Nanda kimi susub, gah onun peysərini izləmiş, gah baxışlarını qucağına doğru endirmişdi. Amma onlar bir müddət keçdikdən sonra yerlərində tərpənməyə başladılar. Bir az da keçəndən sonra gənc qadına dönərək:
– Bizi niyə gözləttiyini, orada bu qədər uzun müddət nə etdiyini bilirsən? dedi. Ətraflı…
Dəyişən başlar – dördüncü hissə
IV hissə
Hind əfsanəsi
Tomas Man
Bundan sonra yola çıxaraq hər biri öz işinin dalınca getmək üçün ayrıldılar və bir müddət ayrı yollarla getdilər. Yelkənlilərin keçdiyi Camna çayına çatdıqları və üfüqdə Krukşeta şəhərinin kölgələri görünməyə başlayan zaman Şridamanın talaşa və düyü döymək üçün qab alacağı adamın şəhərin izdihamlı küçələrindən birindəki evini tapmaq üçün öküz arabaları ilə dolu olan geniş şosedən getməli idi. Ətraflı…
Dəyişən başlar – üçüncü hissə
Hind əfsanəsi
III hissə
Bundan sonra bir müddət susdular. Şridaman uzanaraq eləcə göyü seyr etməyi davam etdirdi. Nanda dizini sinəsinə dayayıb əlləri ilə ayaqlarını qucaqlayaraq oturduğu yerdən yoxuşdakı Kali Ananın yuyunma yerinə baxırdı.
-Sus, ilahi..! pıçıldayaraq barmağını qalın dodaqlarına tutdu. Şridaman, qardaşım yavaşca otur ora bax. Bu, yuyunmağa girənə deyirəm. Gözlərini aç, bu zəhməti çəkməyə dəyər. O bizi görmür, amma biz onu görürük. Ətraflı…
ŞƏRHLƏR