Arxiv

Archive for the ‘Kitab’ Category

Luigi Pirandello

Luigi Pirandello 1867-ci ildə Agrigentoda doğulub. 1936-cı ildə Romada vəfat edib. O, arxasınca böyük bir sənətkar, yaxşı və qürurlu bir adam şöhrəti qoydu. Ölümündən iki il öncə Nobel Ədəbiyyat mükafatı almışdı.  Bütün dünyada müvəffəqiyyət və ün qazanmışdı, amma, olduqca gec və sıxıntılarla dolu bir həyatdan sonra oldu bunlar. Ətraflı…

Kateqoriyalar: Kitab, Maraqlı, Mədəniyyət, Xəbər

Güc Dəyişikliyi-ŞƏXSİ MÜQƏDDİMƏ

İyun 24, 2009 Bir şərh yazın

ŞƏXSİ MÜQƏDDİMƏ

Güc Dəyişikliyi. Bizi XXI əsrə aparan təəcübləndirici dəyişikləri anlamaq cəhdlərimiz 25 illik əziyyətin kuliminasiyasıdır. Gələcəyin Şok-u ilə başlanan, Üçüncü dalğa ilə davam edən trilogiyanın sonuncu cildidir.
Bu üç kitabın hər biri ayrılıqda müstəqil iş kimi oxuna bilər. Amma birlikdə onlar ardıcıl intelektual bütövlük yaradır. Əsas mövzu dəyişiklikdir- bütün cəmiyyət qəfildən yeni və gözlənilməz birşeyə çevrilən zaman insanlara nə olur. Güc Dəyişikliyi öncəki analizləri davam etdirərək , yeni hakimiyyət sisteminin köhnə sənaye hakimiyyətini əvəz edərək qalxması üzərində fokuslanır. Ətraflı…

Kateqoriyalar: Kitab Etiketlər: , ,

Powershift-МЕТАМОРФОЗЫ ВЛАСТИ

İyun 23, 2009 11 şərh
Alvin Toffler ve heyat yoldasi(Heidi)

Alven və Heidi Toffler

14775832

POWERSHIFT

Alvin Toffler

donwload

на руском

Tezliklə Azərbaycan dilndə

____________________

Элвин (Олвин) Тоффлер (англ. Alvin Toffler; родился 3 октября 1928) — американский социолог и футуролог, один из авторов концепции «сверхиндустриальной цивилизации». Ətraflı…

“Конец второй республики”

İyun 22, 2009 Bir şərh yazın

book-lamp_1

“Конец второй республики”4_zardusht_alizade

Зардушт Ализаде

скачать

Dəyişən başlar-beşinci hissə

V hissə

Hind əfsanəsi

Tomas Man

Qayalıqların içində oyulmuş ana qucağından, bayırda gözləyənlərin yanına qayıtdıqda onların əvvəl səssiz durduğunu, sonra da qısa bir yalvarış üçün içəri girib bu qədər vaxt ərzində dönməyən Şridamanın nə etdiyi haqqında bir-birinə sual verdiyini görürük.  Nandanın arxasında oturan gözəl Sita, keçi burnunu və aşağı təbəqəyə xas olan qalın dodaqlarını qoşulu heyvanlara tərəf tutan Nanda kimi susub, gah onun peysərini izləmiş, gah baxışlarını qucağına doğru endirmişdi. Amma onlar bir müddət keçdikdən sonra yerlərində tərpənməyə başladılar. Bir az da keçəndən sonra gənc qadına dönərək:
– Bizi niyə gözləttiyini, orada bu qədər uzun müddət nə etdiyini bilirsən? dedi. Ətraflı…

Dəyişən başlar – dördüncü hissə

IV hissə

Hind əfsanəsi

Tomas Man

Bundan sonra yola çıxaraq hər  biri öz işinin dalınca  getmək üçün ayrıldılar və bir müddət ayrı yollarla getdilər. Yelkənlilərin keçdiyi Camna çayına çatdıqları və üfüqdə Krukşeta şəhərinin kölgələri görünməyə başlayan zaman Şridamanın talaşa və düyü döymək üçün qab alacağı adamın şəhərin izdihamlı küçələrindən birindəki evini tapmaq üçün öküz arabaları ilə dolu olan geniş şosedən getməli idi. Ətraflı…

Dəyişən başlar – üçüncü hissə

Hind əfsanəsi

 III hissə

Bundan sonra bir müddət susdular.  Şridaman uzanaraq eləcə göyü seyr etməyi davam etdirdi. Nanda dizini sinəsinə dayayıb əlləri ilə ayaqlarını qucaqlayaraq oturduğu yerdən yoxuşdakı Kali Ananın yuyunma yerinə baxırdı.
-Sus, ilahi..! pıçıldayaraq barmağını qalın dodaqlarına tutdu. Şridaman, qardaşım yavaşca otur ora bax. Bu, yuyunmağa girənə deyirəm. Gözlərini aç, bu zəhməti çəkməyə dəyər. O bizi görmür, amma biz onu görürük. Ətraflı…

Dəyişən başlar – ikinci hissə

İyun 14, 2009 Şərhlər bağlıdır

Hind əfsanəsi

II hissə

Tomas Man

Quş cıvıltılarıyla dolu sevimli bahar fəslində Nanda ilə Şridaman, hər biri özü ilə əlaqəli bəzi şəxsi səbəblərə görə piyada yola çıxmışdılar. Atası Nandanı, dillərini bildiyi, bellərinə təkcə qamışdan qurşaq bağlayan və dəmir daşından əritmə üsulu ilə xam maddə əldə etməyi bacaran aşağı sinifdən olan insanların yanına, bir miqdar xam maddə almağa yollamışdı. Onlar Camna çayı sahilində, Şridamanın görüləsi bir işi olan izdihamlı Indraprastanın biraz şimal tərəfində, Kurukşeta qəsəbəsinin yaxınlığında və iki dostunun yurdlarından bir neçə ev şərqdə olan Kralendə yaşayırdılar. Şridaman da “İnəklərin Xoşbəxtliyi”ndə qıtlığa çevrilmiş düyü ovutma qablaları ilə xüsusi növ yağ əldə edəcək və bunları, yurdundakı qadınların incə bir ipdən toxuduqaları rəngli parçaların (mosulin) əvəzi olaraq, mümkün qədər sərfəli şəkildə alacaqdı. Ticarət edəcəyi adam da ailəsinin şəhərdəki iş dostu, özləri kimi “ev atası” mərtəbəsində olan Brahman idi. Ətraflı…

Dəyişən başlar – birinci hissə

Hind əfsanəsi

I hissə

Tomas Man

Qaramal saxlamaqla məşğul olan döyüşçü soylu Sumatranın gözəl qızı Sita ilə iki ərinin əhvalatı dinləyənlərdən ruh yüksəkliyi tələb edəcək və Mayanın qəddarca gözbağlayıcılığına qarşı bütün ağlını istifadə etdirəcək qədər qanlı və çaşdırıcıdır. Bunda başqa dinləyicilərin əhvalatı danışanın dözümlülüyünü özlərinə örnək götürmələri arzu olunur. Çünki belə bir hekayəni danışmaq, oxumaqdan daha çox cəsarət tələb edir. Hekayə əvvəldən sona kimi aşağıdakı formada olub. Ətraflı…

Tomas Man

Thomas Man

Tanınmış yazıçı Tomas Man 1875-ci il iyunun 6-da Lübek şəhərində anadan olub. O, bir müddət Münhendə yaşadıqdan sonra Almaniyanı tərk edib İsveçrəyə köçür. Üç il burada yaşadıqdan sonra isə 1936-cı ildən Amerikada məskunlaşır. İkinci Dünya Müharibəsindən sonra Almaniyaya qayıdan Man vətənində soyuq qarşılanır. Tomas Man litseydə oxuduğu zaman sənət, ədəbiyyat və fəlsəfəyə aid jurnal çap etdirir. Ətraflı…

Kateqoriyalar: Kitab, Mədəniyyət Etiketlər: , , ,