Arxiv

Archive for the ‘Düşüncə’ Category

“Siyasətlə məşğul olmuram” deyənlərə

İyul 26, 2009 10 şərh

Son zamanlar ən çox eşitdiyim cümlə – “Mən siyasətlə məşğul olmuram…” Kimlə söhbət edirsən, kimlə danışırsan – bu cavabı alırsan.

– Qazın qiymətin qaldırdılar…
– Mən siyasətlə məşğul olmuram…

– Filankəs filankəsdən filan qədər rüşvət aldı…
– Mən siyasətlə məşğul olmuram…

– Sahibkardan qanundan kənar “vergi” istəyirlər…
– Mən siyasətlə məşğul olmuram…

Bax belə-belə işlər… Nədir bu siyasət ki, heç kəs bununla məşğul olmur və olmaq istəmir?

Ətraflı…

Kateqoriyalar: Düşüncə, Siyasi Etiketlər: , ,

Azərbaycanın FM radio məkanı haqqında

İyul 25, 2009 5 şərh


Günü gündən inkişaf edən cəmiyyətdə insanların ən çox ehtiyac duyduqları şeylərdən biri də informasiya və maraqlı, ürəkaçan verilişlərdir. Bütün bunlara isə radio və televiziya vasitəsilə nail oluruq. Gəlin qısaca da olsa bu sahədə radiolarımızın fəaliyyətinə nəzər salaq.

XX əsrdə televiziyanın yaranması ilə cəmiyyətimizdə radionun sərhədləri daraldı. Lakin, müasir dövrdə radionun da öz dinləyici auditoriyası var. Sovet rejimi dağıldıqdan sonra ölkəmizdə fəaliyyət göstərən milli radiodan əlavə kommersiya radioları da meydana gəlməyə başladı. Bu sahədə özəl radiolar klassik modeldən uzaqlaşaraq Avropa dəyərlərinə doğru istiqamətləndi. Hər ölkədən bir adət götürən radiolarımız həftəbecər formasında öz fəaliyyət istiqamətini formalaşdırmış oldu. Ölkəmizdə olan özəl radioların proqram siyasətini əsasən sms cəlb edən bayağı verilişlər təşkil edir. Bütün bunların nəticəsidir ki, radiolarımızda mövzu seçimi tərbiyələndirmə, maarifləndirmə deyil, sms gəlir məqsədi güdür. Belə olan təqdirdə isə radiolarımızın nə vəziyyətdə olması yəqin ki, çoxlarına məlumdur. Ətraflı…

Kateqoriyalar: Düşüncə Etiketlər: , ,

SAXLA DÜŞEN VAR

İyul 25, 2009 2 şərh

Yaşadığımız cəmiyyətdə insanların hərəkət istiqaməti olduqca geniş və əhatəlidir. Müasir texnologiyanın isə bizlərə verdiyi tövhələr göz önündədir. Kimisi işə taksiylə, kimisi avtobusla, kimisi də metroyla getməyə üstünlük verir. Azərbaycanın nəqliyyat infrastrukturu pis deyil, ancaq heç yaxşı da deyil. Səsləndirdiyimiz iddianı əsaslandırmağa çalışaq.
Bu günlərdə Nəqliyyat Nazirliyi ölkəmizə yeni iritutumlu avtobuslar gətirdi. Bununla da əhalinin gediş gəlişində problemlər özünü biruzə verməyə başladı. Əgər kiçik tutumlu avtobuslar hər iki dəqiqədənbir hərəkət edirdisə, iritutumlu avtobuslar 4-5 dəqiqədənbir hərəkət edir. Bu şərait isə insanların narazıçılıqlarına səbəb olur. Belə olan təqdirdə isə əslində sərnişinlərin rahatlığını artırmaq üçün nəzərdə tutulan avtobuslarda köhnə qayda qanunlar hələ də hökm sürməkdədir. Bura dayanacaqdan kənarda saxlamaq, qədərindən çox sərnişin toplamaq, stop düyməsi olduğu halda ona əhəmiyyət verməmək ve lazımı ünvandan xeyli kənarda saxlamaq adətləri daxildir. Ətraflı…

Kateqoriyalar: Düşüncə, Sosial Etiketlər: , , , , ,

Kassir qabiliyyəti-yenə əfəlləndim

İyul 23, 2009 Bir şərh yazın

Hirsliyəm. Yenə aldatdılar məni kassada. Dəmiryol vağzalının kassasında. Rayona getməliyəm. Qazağa. Bu gün bilet almağa getmişdim.

5-6 ay bundan qabaq da getmişdim. Onda  düz bir manat  mənə “atmışdılar”. Kassada. Bu dəfə özümə dedim ki, belə omlayacaq. Məni aldatmalarına yol verməyəcəm.   Ətraflı…

Hind kinosi ve hakimiyyetin ssenarisi ! 2 ay həbs

İyul 10, 2009 12 şərh

Bir hind kinosu yadıma düşdü. Çoxunuz bəlkə uşaq vaxtı baxmısınız. Varlı bir hind kişisi fağır hind qadınını zorlayır. Məhkəmə olur. Məhkəmədə kişi çıxış edərək  hadisəni təsvir edir. Olanları əksinə danışmağa başlayır. Kinoda kişinin sözləri canlandırılır. Hind kişisi deyir:

” Mən istəmirdim. Onun mənə çoxdan gözü düşmüşdü. Mənim isə ondan xoşum gəlmirdi. Həmin gün o, mənə ilişməyə başladı. Mən isə dedim: “Xahiş edirəm eləmə, lazım deyil. Yox, eləmə, istəmirəm”.  O isə mənə fikir vermirdi, məni zorladı.” Ətraflı…

Bir röyanın dəhşəti

İyun 12, 2009 1 şərh
Elçin Həsənov

Üç gün əvvəl Bakının mərkəzi küçələrinin birində yerləşən 40 otaqlı, geniş, işıqlı, güllə keçirməz villanın (lap prezidentin yeni iqamətgahı kimi) uzun dəhlizi ilə addımlayırdım. Hələ binaya girməmişdən öncə dollar işarəsini müasir standartlara uyğun inşa edilmiş bu binanın fasadında gördüyümdən məndə belə bir təəssürat yaratdı ki, yəqin analoqu olmayan villanın sahibi haçansa ünlü biznes adamı olub. Ətraflı…

Kateqoriyalar: Düşüncə

Stəkanın yarısı doludur yoxsa boş ?

May 24, 2009 4 şərh

Səkannın yarısı doludur  yoxsa  boş ? Bu misalı yəgi ki əksəriyyətiniz bilirsiniz.  Stəkanın yarısının boş olduğunu duşunənləri bədbin, dolu olduğunu söyləyənləri isə nikbin adlandırırlar.

Bu misalda müəyyən mənada həqiqət  var. Amma hər cür  şərait üçün  misallar  doğru ola bilməz. Duyarlı vətandaş  nə cür  düşünməlidir. Stəkanın boş yoxs adolu hissəsini görməlidir? Ətraflı…

Kateqoriyalar: Düşüncə Etiketlər: , ,

Vətənpərvərlik yoxsa dövlətçilik ?

Aprel 2, 2009 6 şərh

Azərbaycanda həm mətbuatda (əsasən ANS-çilər), həm də siyasətçilərimizin ən çox danışdıqları mövzulardan biri vətənpərvərlikdir. Cəmiyyətdə vətənpərvərliyin səviyyəsindən, insanlara  vətənpərvərliyin aşılanmasından danışılır.  Görəsən vətənpərvərlik lazımdırmı bizə?  Bəlkə dövlətçilik lazımdır?  Ətraflı…

Dilənçilikdə də yaradıcılıq ! !

Mart 31, 2009 8 şərh

Yazının adı qəribə gəlir ?  Dilənçilikdə nə yaradıcılıq ola bilər deyə düşünürsüz ?  Əslində dilənçilikdə də yaradıcılıq ola bilir. (Doğrudur bizim ölkədə yaradıcılqda dilənçilik daha  çox olur ) Nə demək istədiyimi avropada  olanlar daha yaxşı anlayar. Aşağıdakı şəkillərdəki dilənçilərə baxın yaradıcı deyillərmi  ?

20032009_077 Ətraflı…

Bluetoothlaşdırılmışlar !

Mart 26, 2009 4 şərh

Cəmiyyətimiz inkişaf edir. Əsasən də texnologiya sahəsində. Texnologiyanın mobil bölməsində. Mobil texnologiyanın da əsasən bluetooth  sahəsində. Cəmiyyətimiz bluetoothlaşır.  Hər bir azərbaycanlı telefon alanda  çalışır  onun bluetoothu olsun. Halbuki bu mobil telefonların bir çox  müsbət xüsusiyyətləri var. İnternet, kitab  proqramları, müxtəlif formatlı mətnləri oxudan proqramlar. Bu proqramlarla  maraqlanan çox azdır. Ətraflı…