Arxiv

Müəllif Arxivi

Aprel təqvimi

1 aprel
1528 – İspan yazıçı Fransisko da Penalosa vəfat edib.
1955 – Kiprdə Türk Müqavimət Təşkilatı fəliyyətə başladı.
1970 – Riçard Nikson ABŞ-da satılan tütün məhsullarının üzərində xəbərdarlıq yazılarının olması, TV və radioda tütün məhsullarının reklam edilməsini qadağa edən fərman imzaladı.
1976 – Apple Computer Stiv Cobs və Stiv Vozniak tərəfindən qurulub.
1979 – Humeyni İran İslam Respublikasını elan etdi.
Aldatma günü
2 aprel
1805 – Məşhur danimarkalı nağıl yazarı Hans Kristian Andersen anadan olub.
1917 – ABŞ I Dünya Müharibəsinə daxil oldu.
1918 – Van Rus və Erməni işğalından xilas oldu.
3 aprel
1906 – Lümyer qardaşları rəngli fotoşəkli icad ettilər. Ətraflı…

Kateqoriyalar: Maraqlı Etiketlər: , , ,

Dünya bir pəncərədir, hər gələn bir cür baxar

Mart 29, 2009 4 şərh

old1Ocaqsız ev – Qocalar evi
Fikrimdə uzun müddət idi ki, Qocalar evinə getmək var idi. Bir gün iş yoldaşımla vaxt təyin edib getdik Qocalar evinə. İsti bir yay günü idi. Bilgəhə çatanda yolda qarşımıza çıxanlardan Qocalar evinin harada yerləşdiyini soruşduq. Bu zaman yanımızdan yaşı təxminən 70-i keçmiş, amma buna baxmayaraq, gümrah görünən bir dayı keçdi. Onun hara getdiyini bilmədən arxasınca getdik. Elə bil ürəyimizə dammışdı ki, bu dayı bizi axtardığımız yerə aparıb çıxaracaq. Elə də oldu, qapını açdı və böyük həyəti olan darvazadan içəri keçdi. Biz də onun arxasınca. Dayı bizə fikir vermədən yoluna davam edib getdi. Bu zaman qapıda bizi Əhməd dayı qarşıladı və bolluca xeyir-dua verdi. Doğmalarından uzaqda, yadlarla doğmalaşan insanlarla tanış olmaq, söhbətləşmək üçün tələsirdik. Ətraflı…

Kateqoriyalar: Maraqlı, Sosial, Xəbər Etiketlər: , , , ,

Gülən və ağlayan iki maskalı teatr

Mart 27, 2009 8 şərh

theatre2Teatr – müxtəlif teatr tamaşalarının insanlar qarşısında oynandığı yerə deyilir. Yunanca “tamaşa yeri”, “tamaşa etmək” mənasını verən “teatron” və ya “theomai” sözündən götürülüb. Teatr – həyatda olub-keçən və ya ola biləcək, xəyali hadisələrin müəyyən yerlərdə, qabiliyyətli insanlar (aktyor, aktrisa) tərəfindən tamaşaçılar qarşısında canlandırılması sənətidir. Bütün dünyada teatr gülən və ağlayan iki maskayla təmsil edilir. Ətraflı…

“Düyməcik” kitablar

Dünyada bir muzey var ki, bu muzeydən ancaq və ancaq Azərbaycandadır. Özü də Bakının göz bəbəyi olan İçərişəhərdə, XV əsrin ən məşhur abidəsi olan Şirvanşahlar sarayının yaxınlığında. Adı isə belədir – Miniatür Kitablar Muzeyi. Muzeyin rəhbəri, yaradıcısı Salahovlar ailəsinin nümayəndəsi Zərifə Salahovadır. Bu muzey Zərifə xanımın şəxsi kolleksiyasında olan kitablar əsasında yaranıb. 2002-ci il aprelin 23-də Beynəlxalq Kitablar və Müəllif Hüquqları günündə YUNESKO-nun qərarı ilə muzeyin açılışı olub. Muzey açılana qədər muzeyin rəhbəri iki min nüsxədən ibarət kolleksiyasını Milli Kitabxanada nümayiş etdirirdi. Muzey üçün yer İtaliya səfirliyinin yanındadır. Muzeyin tikintisi vaxtı İtaliya səfirliyi əməlli-başlı gərginlik keçiriblər. Elə biliblər ki, burada restoran açılacaq:) Ətraflı…

Kateqoriyalar: Kitab, Maraqlı, Xəbər Etiketlər: , ,

Faytonçuyam, yüküm ağır…

Mart 26, 2009 2 şərh

““Mama, mama, at!” deyib, çox vaxt balacalar özlərini atın ayaqları altına atırlar. Bu vaxt faytonçunun təcrübəsi az olsa vay uşağın halına. Elə faytonçunun da. Kim işini itirmək istəyər ki” deyən atını və işini çox sevən 19 yaşlı Kamrandır. O, Dənizkənarı Milli Parkda (Bulvarda) faytonçuluqla məşğuldu.
“Oxumamağıma görə peşmanam”
Kamran Həsənov Lənkəranda anadan olub. Amma Bakıda oxuyub. 9 illik şagirdlik dövründə bir neçə məktəb “gəzəsi” olub – ən sonuncu seçimi 258 saylı məktəb olub. Amma burada axıra qədər oxumağa hövsələsi çatmayıb. Vaxtında oxumamağına görə o qədər peşman olub ki… Ətraflı…

Kateqoriyalar: Maraqlı, Sosial, Xəbər Etiketlər: , ,

Kimsəsiz uşaqların sığınacaq yeri

Mart 24, 2009 31 şərh

İstədik, ya istəmədik, xoşumuza gəldi ya gəlmədi fərqi yoxdu, demək olar ki, dünyanın hər bir ölkəsində uşaq evləri var. Dünyanın hər bir ölkəsində övladsız olan, həyatı boyunva övlad sevgisi ilə alışıb-yanan valideynlər də var. Bir tərəfdə də Allahın bu gözəl nemətinə xor baxıb, aparıb öz körpəsini uşaqlar evinə atan vicdansız ata-ana da. Hərçənd ki, bəzi uşaqlar kimsəsizlər evinə hər hansı qəza nəticəsində valideynlərini itirdiyi üçün düşüblər, amma bu o qədər də deyil.

Əvvəllər uşaq evinə getmək nədi, yanından belə keçə bilmirdim. Fikirləşirdim ki, ora getsəm pis olaram, yəni ağlamaq tutar uşaqların da qəlbinə dəyər. Ona görə qorxub getmirdim. Amma sonra bütün cəsaritimi toplayıb Nizami rayonunda yerləşən 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evinə getdim. Tək getmədim rəfiqəmlə birlikdə. Ətraflı…

Ən qorxulu cinayətkarlar

Amerikanın Polis Təşkilatı 1940, 1950 və 1960-cı illərdə ölkəni sarsıdan ən dəhşətli cinayətkarların şəkillərini yayımlayıb. Yaşadıqları illər ərzində müxtəlif cinayətlər törədən bu şəxslər daha çox adam öldürmə, narkotika, mafiya və bir çox əxlaqsızlıq nəticəsində həbs ediliblər. Bu cinayətkarların bəziləri edam edilib, digərləri isə ömürlük həbs cəzası alaraq ömürlərini həbsxanada başa vurublar.  Ətraflı…

Atatürk haqqında bilmədiklərimiz…

Mart 12, 2009 6 şərh

ataturk• Mustafa Kamal Atatürkə ilk dəfə “Atatürk” deyən Türk Dil Təşkilatının başçısı olub, bir danışığında ona Atatürk deyə xitab edib. Mustafa Kamal da bu sözü çox sevib və özünə soyad götürüb. Amma ona “Ata” deyilməsindən xoşu gəlməzdi.

• Gəncliyindən qalan vərdişlə həyatı boyunca ən çox sevdiyi yemək quru paxlalı plov olub. Şirniyyat sevmirdi, amma hərdən gül cemi yeyirdi.
• Ən böyük arzusu dünya turuna çıxmaq olub. Ən çox xəyal qurduğu işlərdən biri türk dili və tarixi üzərindəki işləri genişlətmək olub.
• Minlərlə kitabı olub. Amma Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərini həyatı boyunca, hətta cəbhədə belə başucundan ayırmayıb. Hər gün kitabın təsadüfi bir səhifəsini açar və bir neçə səhifə oxuyarmış. Ətraflı…

Kateqoriyalar: Maraqlı, Siyasi, Xəbər Etiketlər: , ,

Dünyadakı qəribə qanunlar

Mart 11, 2009 3 şərh

Çikaqoda nüvə silahını partlatmağın cəzası cəmi 500 dollardır.
Ontariyoda şəhər sərhədləri daxilində xoruzların banlamağı qadağandır.
Koloradoda içki satılan yerlərdə qida maddəsi, qida satılan yerlərdə isə içki satıla bilməz.
Koloradonun Denver şəhərində qonşuya tozsoran vermək qadağandır. Həm də şəhərdə siçanlara pis davranmaq olmaz.
Floridada gözəllik salonunda saç quruducusunun altında yatan qadın və salon sahibinə pul cəzası verilir.
Floridada subay xanım bazar günü paraşütlə atlana bilməzlər. Burada at oğurluğunun cəzası edamdır. Ətraflı…

Kateqoriyalar: Maraqlı, Xəbər Etiketlər: , ,

Tarixdə olan fakt

Mart 6, 2009 2 şərh

Türkiyə mətbuatında araşdırılan bir mövzunu oxudum, çox maraqlı gəldi. Araşdırmada ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnla 35-ci prezident Con Kennedi arasında olan oxşarlıqlar ortaya çıxıb. Yəqin ki, sizə də maraqlı gələr.

Avraam Linkolnun konqresə seçildiyi il 1846.
Con Kennedinin konqrese seçildiyi il 1946.

Avraam Linkolnun ABŞ prezidenti seçildiyi il 1860.
Con Kennedinin ABŞ prezidenti seçildiyi il 1960. Ətraflı…