Arxiv

Müəllif Arxivi

Dəyişən başlar – dördüncü hissə

IV hissə

Hind əfsanəsi

Tomas Man

Bundan sonra yola çıxaraq hər  biri öz işinin dalınca  getmək üçün ayrıldılar və bir müddət ayrı yollarla getdilər. Yelkənlilərin keçdiyi Camna çayına çatdıqları və üfüqdə Krukşeta şəhərinin kölgələri görünməyə başlayan zaman Şridamanın talaşa və düyü döymək üçün qab alacağı adamın şəhərin izdihamlı küçələrindən birindəki evini tapmaq üçün öküz arabaları ilə dolu olan geniş şosedən getməli idi. Ətraflı…

Dəyişən başlar – üçüncü hissə

Hind əfsanəsi

 III hissə

Bundan sonra bir müddət susdular.  Şridaman uzanaraq eləcə göyü seyr etməyi davam etdirdi. Nanda dizini sinəsinə dayayıb əlləri ilə ayaqlarını qucaqlayaraq oturduğu yerdən yoxuşdakı Kali Ananın yuyunma yerinə baxırdı.
-Sus, ilahi..! pıçıldayaraq barmağını qalın dodaqlarına tutdu. Şridaman, qardaşım yavaşca otur ora bax. Bu, yuyunmağa girənə deyirəm. Gözlərini aç, bu zəhməti çəkməyə dəyər. O bizi görmür, amma biz onu görürük. Ətraflı…

Dəyişən başlar – ikinci hissə

İyun 14, 2009 Şərhlər bağlıdır

Hind əfsanəsi

II hissə

Tomas Man

Quş cıvıltılarıyla dolu sevimli bahar fəslində Nanda ilə Şridaman, hər biri özü ilə əlaqəli bəzi şəxsi səbəblərə görə piyada yola çıxmışdılar. Atası Nandanı, dillərini bildiyi, bellərinə təkcə qamışdan qurşaq bağlayan və dəmir daşından əritmə üsulu ilə xam maddə əldə etməyi bacaran aşağı sinifdən olan insanların yanına, bir miqdar xam maddə almağa yollamışdı. Onlar Camna çayı sahilində, Şridamanın görüləsi bir işi olan izdihamlı Indraprastanın biraz şimal tərəfində, Kurukşeta qəsəbəsinin yaxınlığında və iki dostunun yurdlarından bir neçə ev şərqdə olan Kralendə yaşayırdılar. Şridaman da “İnəklərin Xoşbəxtliyi”ndə qıtlığa çevrilmiş düyü ovutma qablaları ilə xüsusi növ yağ əldə edəcək və bunları, yurdundakı qadınların incə bir ipdən toxuduqaları rəngli parçaların (mosulin) əvəzi olaraq, mümkün qədər sərfəli şəkildə alacaqdı. Ticarət edəcəyi adam da ailəsinin şəhərdəki iş dostu, özləri kimi “ev atası” mərtəbəsində olan Brahman idi. Ətraflı…

Dəyişən başlar – birinci hissə

Hind əfsanəsi

I hissə

Tomas Man

Qaramal saxlamaqla məşğul olan döyüşçü soylu Sumatranın gözəl qızı Sita ilə iki ərinin əhvalatı dinləyənlərdən ruh yüksəkliyi tələb edəcək və Mayanın qəddarca gözbağlayıcılığına qarşı bütün ağlını istifadə etdirəcək qədər qanlı və çaşdırıcıdır. Bunda başqa dinləyicilərin əhvalatı danışanın dözümlülüyünü özlərinə örnək götürmələri arzu olunur. Çünki belə bir hekayəni danışmaq, oxumaqdan daha çox cəsarət tələb edir. Hekayə əvvəldən sona kimi aşağıdakı formada olub. Ətraflı…

Tomas Man

Thomas Man

Tanınmış yazıçı Tomas Man 1875-ci il iyunun 6-da Lübek şəhərində anadan olub. O, bir müddət Münhendə yaşadıqdan sonra Almaniyanı tərk edib İsveçrəyə köçür. Üç il burada yaşadıqdan sonra isə 1936-cı ildən Amerikada məskunlaşır. İkinci Dünya Müharibəsindən sonra Almaniyaya qayıdan Man vətənində soyuq qarşılanır. Tomas Man litseydə oxuduğu zaman sənət, ədəbiyyat və fəlsəfəyə aid jurnal çap etdirir. Ətraflı…

Kateqoriyalar: Kitab, Mədəniyyət Etiketlər: , , ,

Şuşasız, Laçınsız 17 il!!!

May 8, 2009 2 şərh

1992-ci ilin qara, ağrılarla bol olan may ayından 17 il keçir. Niyə də ağır olmasın axı? Bəyəm Şuşanı, Laçını bu ayda itirməmişik? İtirmişik – mayın 8-də Şuşamızı, 17-də isə Laçınımızı itirdik.
Şuşanın əsası XVIII əsrin 40-cı illərində Pənahəli xan tərəfindən qoyulub. Amma Pənahəli xan hardan biləydi ki, əziyyətlə qurub-yaratdığı Şuşa bir zamanlar düşmən əlinə keçəcək. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , , , ,

Şou-biznes ölənlərimizdən üstündür???

May 3, 2009 3 şərh

Mayın 3-dü. O məlum dəhşətli terrordan cəmi 3-4 gün keçir. Bəs biz nə edirik? Ölənlərimizi, yaralılarımızı unuduruq, belə görürəm ki, hə. Bu qədər insanın ölümü deyəsən bizi ayıltmayıb, yoxsa təsir edib o qədər qəddarıq ki, bizim üçün adi hadisəyə çevrilib? Cəmi 3-4 gün bundan əvvəl ölən yaşıdlarımız da bizim kimi yaşayır, nəfəs alır, dərsə gedir, gələcəkləri haqda düşünürdü. Bir axmağın gülləsinə tuş gəlib həyatlarının ən gözəl çağlarında bu dünyadan köçmək onların istəyi deyildi. Nə də bu terrorun qurbanı olmaq onların öz günahları deyildi. Bəs biz nə etdik? Bir gün hamı ondan danışdı, hamı gah ağladı, gah da hadisə yerinə qaçıb yaxınlarından bir xəbər öyrənməyə çalışdı. Kimi yaxınının, doğmasının sağ qalmağına şükür edir, kimi də gedib doğma insanın ölüm xəbərini eşidib sarsılır. Bəs sonra. Səhərisi gün gənclər aksiya keçirir, terrora yox deyir. Bir tərəfdən də xəstəxanalarda neçə-neçə cavan insan ölüm-qalım mübarizəsi aparır. Sonra nə olur, heç nə hər gün eyni xəbərlər – bir anormal Fərda haqqında məlumat verilir. Heç kim düşünmək istəmir ki, bəlkə o tək olmayıb, başqa günahkarlar da axtarılsın. Ətraflı…

Çörək bol olarsa, basılmaz vətən

corekYolum nadir hallarda bu metroya düşürdü. Və bu metronun yanından keçəndə, metronun çıxışında balaca bir taxtanın üstünə çörək qoyub satan yaşlı bir adam diqqətimi çəkirdi. Fikirləşirdim ki, görəsən bu baba bunun insan üçün nə dərəcədə zərərli olduğunu bilirmi? Bilirdisə bəs niyə belə edirdi, yəqin ki, imkansızlıqdan. İsti, soyuq, yağış, qar – bunların heç birinin ona aidiyyatı yox idi.
73 yaşı Əyyub babanın satdığı çörəklər həm əhalinin, həm də özünün orqanizmini təhlükə qarşısında qoyurdu. Çörəklər küçədə nə qədər toz-torpaq varsa, hamısını “canına” yığırdı. Halbuki elə onunla üzbəüz ərzaq dükanında da çörək satılırdı. Bir neçə dəfə müşahidə etdim ki, demək olar dükandan çörək alanları tək-tük hallarda görmək olardı. Amma babanın bazarı, göz dəyməsin, deyəsən, yaxşı idi. Ətraflı…

Kateqoriyalar: Maraqlı, Sosial, Xəbər Etiketlər: , , , ,

“Titanik”in sirri nədir?

titanik121912-ci ilin aprelin 14-dən 15-nə keçən gecə faciə baş verdi. Əsrarəngiz gəmi “Titanik” aysberqə dəyməsi nəticəsində məhv oldu. Gəmidə 2223 nəfərdən 891 nəfəri işçi, qalan 1316-sı isə səyahətə çıxan insanlar olub. 2223 insandan cəmi 706 nəfəri sağ qalıb. Heç bir problem olmadan yol gedən əfsanəvi gəmi aprelin 14-də saat 23:40-da aysberqlə toqquşur. Kapitan bunun əhəmiyyətsiz bir şey olduğunu düşünərək yoluna davam edir. Ancaq get-gedə gəminin batmasından aydın olur ki, aysberq “Titanik”də “sağalmaz yara” qoyub. “Titanik” maksimal sürətlə getdiyi üçün aysberqə çatan zaman yolu dəyişmək və dayanmaq mümkün olmayıb. Artıq saat 00:15-də gəmi kömək istəyirdi. Gecə yarısı saat 02:20-də isə gəmi Atlantik okeanının Yeni Foundland adlanan ərazisində tədricən batmağa başlayıb. Gəmidə xilasedici geyimlərin az olması nəticəsində adamların əksəriyyəti ölüb.

Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , ,

Kosmonavtika gününün 48 yaşı oldu

qaqarin11961-ci il aprelin 12-si. Bütün dünya bu qeyri-adi, uzun müddətdir gözlədiyi hadisəni nəhayət, real şəkildə görə bildi. Ilk dəfə olaraq, kosmosa adam göndərildi. Kosmosun “ilk sakini” Sovet vətəndaşı 1934-cü il təvəllüdlü Yuri Alekseyeviç Qaqarin idi. Bu uçuş dünya sivilizasiyasında insanın ulduzlara yolunu açılışının başlanğıcı idi.
Bütün dünya bu hadisədən və Qaqarinin qəhrəmanlığından danışdı. Kiçik yaşlarında Yuri çərpələng uçurdanda “Kaş ki, mən də onun kimi göylərə uça biləydim” deyərmiş. Ətraflı…