Arxiv

Müəllif Arxivi

Qaz, “qazan” və qazanc…

İyul 7, 2009 Bir şərh yazın


Cəmiyyət sosial ədalətsizlik məngənəsində sıxılır

07.07.2009. Tarif Şurasının iyunun 30-da keçirilən iclasında ölkənin bugünki sosial-iqtisadi vəziyyətinə baxmayaraq, mavi qazın min kubmetrinin 47,20 manatdan 100 manata qaldırılması ictimaiyyətin ciddi narazılığına səbəb olub. Həqiqətən də bu gün dünyada baş verən iqtisadi proseslər, eləcə də Azərbaycanda zavod və fabriklərin bağlanması əhalinin iqtisadi durumuna ciddi təsir edib. Bu vəziyyətdə hökumət nəinki qazın qiymətini qaldırmalı, əksinə kommunal xidmətlərin xərcini azaltmaq istiqamətində addımlar atması vacib idi. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , ,

GÜC DƏYİŞİKLİYİ-BİRİNCİ HİSSƏ

İyul 7, 2009 Bir şərh yazın

BİRİNCİ HİSSƏ

GÜCÜN YENİ ANLAYIŞI

Güc  silahın lüləsindən böyüyür.

—MAO Çe-Dun

Money talks.(pul danışır)

—Naməlum şəxs

Bilik özü-üzlüyündə gücdür.

— Frensis Bekon

1

GÜC DƏYİŞİKLİYİ ERASI

Bu kitab 21-ci əsrin astanasındakı güc dəyişikliyi barədədir. O, zorakılıq, sərvət, bilik  və bizim həyatda oynadıqları rolu gözdən keçirir. Həlledici məqamda dünyanın gücə açdığı yollardan xəbər verir.

Düzgün istifadə olunmadığına görə gücün ətrafını saran pis qoxuya baxmayaraq, güc özü-özlüyündə nə yaxşıdır, nə də pis. Bu, hər bir insan münasibətinin qaçılmaz  aspektidir və  o bizim cinsi münasibətlərimiz – səndən tutmuş çalışdığımız işimizə, sürdüyümüz maşına, izlədiyimiz televizora, ümidlərimizə kimi hər şeyə təsir edir. Ətraflı…

Kateqoriyalar: Kitab Etiketlər: , ,

Azərbaycan Media Mərkəzində qalmaqal baş verib

İyun 29, 2009 Bir şərh yazın

29.06.2009. Bu gün Azərbaycan Media Mərkəzində qalmaqal baş verib. Hüquq Siyasəti və Dövlət Quruculuğu Parlament komissiyasının sədri Əli Hüseynov İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu ilə “QHT-ın  böhrandan  çıxış yolu” mövzusunda debatda üz-üzə gəlməyib. Brifinqdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkli Azay Quluyev sabah parlamentdə müzakirə olunacaq QHT haqqında qanuna yenidən əlavə və dəyişikliklər barədə məlumat verib: Ətraflı…

Həsən Əli Yücəl tərcümə haqqında

İyun 29, 2009 Bir şərh yazın

Humanizm ruhunu anlamaq ve hiss etməkdə ilk mərhələ, insan varlığının ən maddi izahı olan sənət əsərlərinin mənimsənilməsidir. Sənət bölmələri içində  ədəbiyyat, bu izahın düşüncə elementinin ən zəngin olanıdır. Buna görə də bir xalqın, digər xalqların ədəbiyyatlarını öz dilində, daha doğrusu öz düşüncəsində yeniləməsi, zəka və dərrakə gücünü o əsərlər nisbətində artırması, canlandırması və yenidən yaratması deməkdir. Bax biz tərcümə fəaliyyətini bu baxımdan önəmli və mədəniyyət davamız üçün təsirli sayırıq. Ətraflı…

Kateqoriyalar: Maraqlı Etiketlər: ,

Cibimizdən çıxan manatlar !

İyun 26, 2009 Bir şərh yazın

İndicə qapı döyüldü.  Qapını açdım, Azerisudan gəldiyini deyən bir xanım idi. Sayğacın sənədini gətirmişdi. Sayğacın plombu aşılsa bu sənədəi göstərmək lazım imiş. Qol çəkdim sənədi də götürdüm. Qapını açıdım ki, getsin.

Xanım: “İki manat verməlisiniz”.

Soruşuram nə üçün.  Deyir ki, bilmirsiniz veriməlisiniz də. Axı nə üçün, hansı qanuna görə? axı bunun bir səbəbi olmalıdır. Deyir bizdə belədir.

Xanım: “Yaxşı onda  bir manat verin”. Ətraflı…

Kateqoriyalar: Xəbər

Nazim Məmmədov “Avtoqarant” ASC-ni zəbt edib

İyun 25, 2009 3 şərh

Şikayətçi: “Nazim Məmmədov “Avtoqarant” ASC-ni zəbt edib”

Səhmdar Cəmiyyətinin 62% səhminin sahibi millət vəkilinin təzyiqlərinə məruz qaldığını bildirib

 

25.06.2009. Bu gün “Avtoqarant” Açıq Səhmdar Cəmiyyətinin kollektivi Azərbaycan Media Mərkəzində mətbuat konfransı keçirib. Konfransda sözügedən cəmiyyətin millət vəkili Nazim Məmmədov və qohumları tərəfindən zəbt edildiyi bildirilib. Konfrans Ətraflı…

Kateqoriyalar: Xəbər

Arzu Abdullayeva Zakir Qaralova müraciət etdi

İyun 25, 2009 Bir şərh yazın

26 iyun 2009-cu il, Bakı. Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının həmsədri, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin (HVA AMK) sədri Arzu Abdullayeva “Yüksəliş Naminə” və “Mühakimə” qəzetlərinin müxbiri Elçin Yusif oğlu Həsənovun döyülməsi ilə əlaqədar respublikanın baş prokuroru Zakir Qaralova müraciət ünvanlayıb. Ətraflı…

Güc Dəyişikliyi-ŞƏXSİ MÜQƏDDİMƏ

İyun 24, 2009 Bir şərh yazın

ŞƏXSİ MÜQƏDDİMƏ

Güc Dəyişikliyi. Bizi XXI əsrə aparan təəcübləndirici dəyişikləri anlamaq cəhdlərimiz 25 illik əziyyətin kuliminasiyasıdır. Gələcəyin Şok-u ilə başlanan, Üçüncü dalğa ilə davam edən trilogiyanın sonuncu cildidir.
Bu üç kitabın hər biri ayrılıqda müstəqil iş kimi oxuna bilər. Amma birlikdə onlar ardıcıl intelektual bütövlük yaradır. Əsas mövzu dəyişiklikdir- bütün cəmiyyət qəfildən yeni və gözlənilməz birşeyə çevrilən zaman insanlara nə olur. Güc Dəyişikliyi öncəki analizləri davam etdirərək , yeni hakimiyyət sisteminin köhnə sənaye hakimiyyətini əvəz edərək qalxması üzərində fokuslanır. Ətraflı…

Kateqoriyalar: Kitab Etiketlər: , ,

Powershift-МЕТАМОРФОЗЫ ВЛАСТИ

İyun 23, 2009 11 şərh
Alvin Toffler ve heyat yoldasi(Heidi)

Alven və Heidi Toffler

14775832

POWERSHIFT

Alvin Toffler

donwload

на руском

Tezliklə Azərbaycan dilndə

____________________

Элвин (Олвин) Тоффлер (англ. Alvin Toffler; родился 3 октября 1928) — американский социолог и футуролог, один из авторов концепции «сверхиндустриальной цивилизации». Ətraflı…

“Конец второй республики”

İyun 22, 2009 Bir şərh yazın

book-lamp_1

“Конец второй республики”4_zardusht_alizade

Зардушт Ализаде

скачать