Arxiv

Müəllif Arxivi

Афоризмы про любовь

İyul 29, 2009 3 şərh

Первый вздох любви – это последний вздох мудрости. Антони Брет.

Когда женщина влюбляется впервые, она любит своего любовника;

в дальнейшем она любит уже только любовь. Ф. Ларошфуко

Все влюбленные клянутся исполнить больше, чем могут, и не исполняют даже возможного. В. Шекспир

Разлука для любви – что ветер для огня: слабую она гасит, а большую раздувает. Р. Бюсси

Женщины созданы, чтобы их любили, а не понимали. Ətraflı…

Kateqoriyalar: Maraqlı Etiketlər: , ,

“Siyasətlə məşğul olmuram” deyənlərə

İyul 26, 2009 10 şərh

Son zamanlar ən çox eşitdiyim cümlə – “Mən siyasətlə məşğul olmuram…” Kimlə söhbət edirsən, kimlə danışırsan – bu cavabı alırsan.

– Qazın qiymətin qaldırdılar…
– Mən siyasətlə məşğul olmuram…

– Filankəs filankəsdən filan qədər rüşvət aldı…
– Mən siyasətlə məşğul olmuram…

– Sahibkardan qanundan kənar “vergi” istəyirlər…
– Mən siyasətlə məşğul olmuram…

Bax belə-belə işlər… Nədir bu siyasət ki, heç kəs bununla məşğul olmur və olmaq istəmir?

Ətraflı…

Kateqoriyalar: Düşüncə, Siyasi Etiketlər: , ,

Azərbaycanın FM radio məkanı haqqında

İyul 25, 2009 5 şərh


Günü gündən inkişaf edən cəmiyyətdə insanların ən çox ehtiyac duyduqları şeylərdən biri də informasiya və maraqlı, ürəkaçan verilişlərdir. Bütün bunlara isə radio və televiziya vasitəsilə nail oluruq. Gəlin qısaca da olsa bu sahədə radiolarımızın fəaliyyətinə nəzər salaq.

XX əsrdə televiziyanın yaranması ilə cəmiyyətimizdə radionun sərhədləri daraldı. Lakin, müasir dövrdə radionun da öz dinləyici auditoriyası var. Sovet rejimi dağıldıqdan sonra ölkəmizdə fəaliyyət göstərən milli radiodan əlavə kommersiya radioları da meydana gəlməyə başladı. Bu sahədə özəl radiolar klassik modeldən uzaqlaşaraq Avropa dəyərlərinə doğru istiqamətləndi. Hər ölkədən bir adət götürən radiolarımız həftəbecər formasında öz fəaliyyət istiqamətini formalaşdırmış oldu. Ölkəmizdə olan özəl radioların proqram siyasətini əsasən sms cəlb edən bayağı verilişlər təşkil edir. Bütün bunların nəticəsidir ki, radiolarımızda mövzu seçimi tərbiyələndirmə, maarifləndirmə deyil, sms gəlir məqsədi güdür. Belə olan təqdirdə isə radiolarımızın nə vəziyyətdə olması yəqin ki, çoxlarına məlumdur. Ətraflı…

Kateqoriyalar: Düşüncə Etiketlər: , ,

Афоризмы на тему человек

İyul 24, 2009 1 şərh

Не считай себя великим человеком по величине твоей тени при заходящем солнце.

Чего не знает человек? Человек не знает, разве, только предела своей силы.

На самого малого из людей возложен такой же долг, как и на самого великого.

Человек – все равно, что кирпич: обжигаясь, он становится твердым.

Тот, кто думает, что может обойтись без других людей, обманывается много, а кто думает, что без него обойтись нельзя, обманывается еще больше.

Когда пожелаешь узнать цену человеку, подведи его к чужой беде или к чужой радости – никогда не ошибешься. Ətraflı…

Kassir qabiliyyəti-yenə əfəlləndim

İyul 23, 2009 Bir şərh yazın

Hirsliyəm. Yenə aldatdılar məni kassada. Dəmiryol vağzalının kassasında. Rayona getməliyəm. Qazağa. Bu gün bilet almağa getmişdim.

5-6 ay bundan qabaq da getmişdim. Onda  düz bir manat  mənə “atmışdılar”. Kassada. Bu dəfə özümə dedim ki, belə omlayacaq. Məni aldatmalarına yol verməyəcəm.   Ətraflı…

Афоризмы на тему жизнь

İyul 21, 2009 4 şərh


Все в жизни взаимосвязано : живешь – хочется выпить, выпил – хочется жить.

Все великие люди мало жили. Вот и мне что-то нездоровится…

Жизнь похожа на собачью упряжку. Если вы не вожак – картина никогда не меняется.

Жизнь уходит так быстро, как будто ей с нами неинтересно.

Жизнь хитра! Когда у меня на руках все карты – она внезапно решает играть в шахматы…

Жизнь щедро умудряла его опытом, и на склоне лет он был уже довольно опытным неудачником.

Жизнь это кpосс, в котоpом каждый стpемится выpваться впеpед, чтобы пpийти к финишу последним.

Земля в солнечной системе играет роль сумасшедшего дома. Ətraflı…

Kateqoriyalar: Maraqlı Etiketlər: , , ,

Adnan ve Emili ittiham edenlerin muracieti

İyul 20, 2009 1 şərh

“Hörmətli media işçiləri!

Bizi sizə müraciət etməyə iyulun 8-də başımıza gələn hadisə vadar edib.

Həmin gün biz “Sahil” metrosunun qarşısında görüşüb, Fəvvarələr meydanına getdik. Sonra “Livan” restoranına gəlib, yemək sifariş verdik. Bu zaman zalda qonşu masada 7-8 nəfər əyləşib yemək yeyir, içki içirdi. Bir az sonra həmin adamların uca səslə söyüş söydüklərini eşitdik. Bundan narahat olub onlara iradımızı bildirdik. Lakin onlar bizim iradımıza məhəl qomadılar. Dedik ki, söyüş söyməyin, biz burda istirahət edirik. Onlardan bir-iki nəfəri “Əcəb edirik, siz bizə ağıl öyrətməyin” dedi. Sonra mübahisə qızışdı. Biz dalaşmaq istəməsək də, onlar bizim üstümüzə cumdular. Biz özümüzü müdafiə edirdik. Onlardan iki nəfər bizə xüsusi qəddarlıqla zərbə vururdu. Nəticədə biz çoxsaylı zədə aldıq. İndiyə kimi xəstəxanada müalicə olunuruq. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,

Dəyişən başlar – yeddinci hissə

İyul 20, 2009 Bir şərh yazın

VII hissə

Tomas Man

Hind əfsanəsi

O an ancaq Durga-Devinin, toxunulmazlardan Qalınin, qaranlıq dünyalar anasının səsinə bənzər bir səs, göydən ona səsləndi. Bu qalın, sərt və anacasına, çox danışan bir səs idi.

– Ey axmaq keçi, deyirdi. O dəqiqə də bu işdən imtina edəcəksən? Oğullarımın qanını çuxura tökdürdüyün bəs eləmir, indi də varlığımın gözəl bir nümunəsi olan bədənini, içində böyüyən sevimli, şirin, kiçicik həyat nüvəsiylə birlikdə qarğalara yem olsun deyə asmaq istəyirsən? Ağacımın bəzəyini korlayacaqsan? Yoxsa üstünü görmədiyini və oğluna hamilə qaldığını hiss eləmədin? Əgər qadınlıq baxımından üçə qədər saya bilmirsənsə,  özünü as, amma burda mənim ölkəmdə  yox. Sənin sərsəmliyinə görə dünyada az qala həyat qalmayacak. İnsan həyatını, eşq zövqləri köməyilə yoluxan bir xəstəlik sayan filosofların boşboğazlığıyla qulaqlarım onsuz da yetərincə doludu – bir də sən  dəli arvad, qalxıb mənə oyunlar oynuyursan hə? Ya başını kəndirdən çıxarırsan, ya da silləni  yeyirsən.

Sita:

– Müqəddəs tanriça, dedi. Əlbəttə, baş əyəcəyəm. Sənin göy guruldamasının səsini duyur və buyruğuna əməl edib, ümidsiz cəhdimdən imtina edirəm. Amma bunun qarşılığında onu deyim ki, məni sənin hamilə qoydurduğunu bilirəm. Ancaq övladımın onsuz da bənizi solğun və kor bir şikəst olacağını düşünmüşdüm. Ətraflı…

Kateqoriyalar: Kitab, Mədəniyyət Etiketlər: ,

Hind kinosi ve hakimiyyetin ssenarisi ! 2 ay həbs

İyul 10, 2009 12 şərh

Bir hind kinosu yadıma düşdü. Çoxunuz bəlkə uşaq vaxtı baxmısınız. Varlı bir hind kişisi fağır hind qadınını zorlayır. Məhkəmə olur. Məhkəmədə kişi çıxış edərək  hadisəni təsvir edir. Olanları əksinə danışmağa başlayır. Kinoda kişinin sözləri canlandırılır. Hind kişisi deyir:

” Mən istəmirdim. Onun mənə çoxdan gözü düşmüşdü. Mənim isə ondan xoşum gəlmirdi. Həmin gün o, mənə ilişməyə başladı. Mən isə dedim: “Xahiş edirəm eləmə, lazım deyil. Yox, eləmə, istəmirəm”.  O isə mənə fikir vermirdi, məni zorladı.” Ətraflı…

Yal itləri fəaliyyətdə !

İyul 8, 2009 10 şərh

Çox təəssüf, amma deyəsən yal itləri də fəaliyyətı başladı. Bu gün Adnan Hacızadə və Emin Milli restoranların birində oturarkən, iki nəfər onlara yaxınlaşıb nə üçün “dövlətin tənqidi söhbətini edirsiniz” deyə irad tutmağa başlayıblar. Dəmirlərlə yaxşıca məşq etməyə öyrəşmiş bu iki gənc Adnan və Emini cəzalandırmağa başlayıb. Hər ikisini ağır vəziyyətə salıb qaçıblar.

Hal-hazırda hadisəni törədənlər və zərərçəkənlər Səbayel Rayon Polis İdarəsindədirlər.  Zərərçəkmişlərin vəkillərini, hətta polis bölməsinə gələn Hikmət Hacızadəni də (Adnanın valideyni) içəri buraxmayıblar.  Zərərçəkmişləri də bayıra buraxmırlar.

Görünür ki, drujina dövrü başlayır. Yal itləri fəaliyyətdədir.