Arxiv
Yalnızlıq
Bəli, səbirsizliklə gözlədiyim bayram da keçdi. Neçə qəlbləri sevindirdi bu yeni il. Küsənləri barışdırdı, ayrılanları qovuşdurdu. Tortağın çoxdan gözlədiyi qar da ağ gəlinliyi hədiyyə gətirdi ona. Bu şəhər bir az da gözəlləşdi. Sevənlər əl-ələ, göz-gözə sevgilərini bəxş etdilər aləmə.
Bir rəfiqəm iki il ayrılıqdan sonra qovuşdu sevdiyinə.
Qəmdən, kədərdən dərin iz buraxmış köhnə ili yola salıb gələn yeni ilə başlamağa çalışdım amma necə? Səhər açılandan dostlar, tanışlar mənə, mən də onlara təbrik və arzularımı yetirdim. Və…bir zaman oldu ki, telefonum susdu. Gözlədim, yenə də gözlədim…Nəfsim məni bir yana, qürurum o biri yana çəkdi. Sevgi qürura baxmır deyirlər. Mən də elə etdim, zəng vurdum. Telefonu söndürdü. Ardından ürəyimdən gələn sözləri inci kimi, mesaj xanalarına düzüb o laqeydə göndərdim. Axı nə edərdim? Bilsəydim…bilsəydim ki, o andan qəlbimin dərinliklərində bir qılınc yarası açılacaq və elə həmin gündən ayrılıq yarası göynəməyə başlayacaq…barmaqlarımı da düymələrə toxundurmazdım. Yenə də xəyallarımla yaşayardım, inanardım qurub yaratdığım süni yuvaya. Ətraflı…
Mətbuat azadlığı və Azərbaycan
…Cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə və onları ata-babasının və övliyanın qərar verdikləri şeylərlə kifayətlənməyə və bunlardan kənara çıxmamağa..məcbur edərsə…bu halda onlar dəyirman atlarına bənzərlər… (M.F.Axundzadə )
Əslində mövzunun adı belə qüsurludu. Çünki mətbuat azadlığı və Azərbaycan sözlərinin eyni sərlövhə altında görmək belə Afrika səhralarında aysberq axtarmağa bənzəyir.
Cumhuriyyətimizin banisi M. Ə. Rəsulzadə mətbuatın əsl mətbuat kimi formalaşmasının üç şərtdən asılı olduğunu xüsusi qeyd edirdi. Azad mətbuat ilk olaraq yazmalı,ümumi mənafeyə xidmət etməli və geniş şəkildə yayılmalıdır. Bu üç şərtin zəncirvari şəkildə bir-birilə bağlı olduğunu yazan Rəsulzadə bunlardan birinin pozulması ilə mətbuat azadlığının da pozulacağına işarə edirdi.Ona görə yazılan, ümumi mənafeyə xidmət edən və yayılan mətbuat sırf azad mətbuatın əsas məğzini təşkil edir. Bu gün bizim KİV-də üç dəyər varmı ? Varsa ona həqiqətən əməl olunurmu? Yoxdusa niyə yoxdu? Ətraflı…
YAĞIŞ YAZACAQ…
Bax göy guruldayır, yenə yağış yağacaq. Yenə küçələrdə balaca gölməçələr doğulacaq yağışdan. Yenə külək əsəcək, ləpələndirəcək gölməçədəki suyu. Külək coşaraq yağışı pəncərəmə çırpacaq. Yağış şüşəni döyəclədikcə xəyala dalacam, səni xatırlayacam. Yağışın həzin səsinə sözlərdən naxış vuracam. Bəlkə yağış, külək məni üşüdəcək, amma tir-tir əssəm də qorxmayacam soyuqdan. Yenə xəyalım şəhəri dolaşacaq, səni arayacaq. Gəzəcəm əyri küçələrdə….baxacam tikilən körpülərə. Hərdən qorxacam, bəlkə uçurdar külək onları, bizim sevgi qalamızı uçurdan kimi deyə….
Dolaşacam, yağışda islanan, soyuqda üşüyən, mənsiz birini tapmaq istəyəcəm. Hansı küçə ilə gedəcəyimə qərar vermək çətin olacaq, vallah! Hansı qapını döyüm bilməyəcəm, səni harada tapacağımı bilmirəm! Ətraflı…
“İTV” və reallıq
“İctimai televiziya” söz birləşməsi çox gözəl səslənir. Bu günkü Azərbaycan reallığında lap adamın gözlərini yaşardır.
“İctimaiTV” dedikdə heç bir siyasi partiyanın təsiri altında olmayan, cəmiyyətin ictimai marağını güdən, səviyyəsiz şoulardan uzaq televiziya kanalı nəzərdə tutulur. Yəni daha açıq desəm bu kanalı izləyənlər qısa müddətə də olsa kommersiya xəbərlərindən və siyasi hakimiyyətdən uzaq olmalıdırlar. Amerikada ictimai televiziya qarşısında yüksək reytinq qazanmaq vəzifəsi qoyulmur. Böyük Britaniyada isə ictimai televiziyanın səlahiyyətlərini Bi-Bi-Si daşıyır. Bəs Azərbaycanda ictimai yayım növü mövcuddurmu? Ətraflı…
Payızın izi ilə…
Payız yaşıl ağacların qapısını çoxdan döymüş, yamyaşıl yarpaqlarına əvvəl sarı don geyindirmiş, sonra xəzana döndərmişdir. Əvəzsiz ekzotika yaranıb. Indi də yağış yağır…Bulud bu gecə göz yaşları ilə xəzanı nəmləndirəcək. Amandır üşüməsin yarpaqlar! Yağışla yuyunacaq onlar…
Bu yağış çuxurları dolduracaq evə qayıdanları isladacaq. Kimisi iti addımlarla evə tələsəcək, kimisi həzz alacaq, asta-asta yürüyəcək küçələrdə. Kimi romantika dolu yağışın damlalarına sirdaş olub qələmə sarılacaq. Bəlkə kiminə ayrlıqları, kiminə həsrəti, kiminə tənhalığı, kiminə ilk sevgini xatırlatmaq üçün yağır bu yağış. Ətraflı…
TELE “inciler”
Keçən dəfə milli radiolardan danışdım, bir şey çıxmadı. Deyirəm radio ilə televiziya qardaşdı, birindən danışıb o birini qoysam arada inciklik düşər. Hər nə də olsa onlar hər gün evimizin ən hörmətli qonağı hesab olunur.
Bizlər yaman toylu – bayramlı, çal – çağırlı, qonaq – qaralı millətik. Günümüz oynamaq, oxumaqla keçir. Elə verilişlərimiz də özümüzə oxşayır. Bu verilişləri hazırlayan da elə bizlərik də.
Odur ki, verlişlərin adlarını da əcaib – qəraib seçirik. Məsələn: “Çal – çağır” şou. Adına uyğun olaraq ağız deyəni qulaq eşitmir, elə hamı çalır – çağırır. Aparıcının kimdən xoşu gəlir ona tərif yağdırır, kimi də gözü götürmür o adamın sözü ağzında qalır. Efirin də öz qayda- qanunu var. Aktrisanın öz işi, aparıcının, jurnalistin də öz işi var. Bunları bir-birinə qatanda elə olur ATV kanalının məşhur bir ifadəsi kimi: “bozbaş”. Ətraflı…
Pulun varsa, kef ele
Bu dünyanın çarxı gah nala vurur, gah mıxa. Bir az pulun oldu istədin bu çarxı fırlat sağa, istədin sola, bundan sənə xələl gəlməz, vay kasıbın halına! Bu köhnə dəyirman daşının arasında un kimi üyüdülür.
Axşamüstü birtəhər avtobusa mindim, elə o yan, bu yan edib oturdum. Özümü təzəcə rahatlamışdım ki, tərslikdən avtobus xarab oldu. Biz sərnişinlər də avtobusdan düşməli olduq. Elə bu vaxt gözüm bir mənzərəyə sataşdı, mənzərə adlandırmaq olardısa?! Gördüm ki, bir neçə dayı əlində ümummilli neftimiz və kibrit iş başındadırlar. Yox, elə bilməyin ki, onlar zibil, filan yandırırdılar. Ağacları odlayırdılar. Gördüklərimlə razılaşa bilmədim. Yenə də mədəniyyət məsələsini nəzərə alaraq, səsimi çıxarmadım. Ətrafdakılardan xəbər aldım ki, bu dayılar niyə belə edir, tapşırıq haradandı?
BU BİZİK
Heç kəs məni kəmərimdən belə bərk qucaqlamamışdı… Bizim marşurtlar lap adamı təngə gətirir. Elə ki, oraya girirsən insanlar sanki min illik həsrətini çəkirlərmiş.Qucaqlaşma normal haldır, baxır harda, necə kiminlə… Bir də baxır adamına. Tanımadığın biri ilə qucaqlaşmaq bizim milli əxlaqımıza yaddır. Amma ayağını qoyursan bizim marşurtlara tanımadığın adamlarla istəsən də istəməsəndə qucaqlaşmalı olursan. İlk addımdan “mehribanlaşmaq” devizi altında qucaqlaşmağa doğru kiçik hərəkətlər başlayır. Adam özünü lap qəribə hiss edir. Bir neçə dəqiqədən sonra anlayırsan ki, artıq nə telefonundan, nə də pul qabından əsər- əlamət yoxdur. Bu vaxt sürücünün mehribanlaşın səsinə hələ “super salondan” cavab da gəlir: Mehribanlaşa- mehribanlaşa qonşu olduq birazdan qohum olacağıq. Ətraflı…
SAXLA DÜŞEN VAR
Yaşadığımız cəmiyyətdə insanların hərəkət istiqaməti olduqca geniş və əhatəlidir. Müasir texnologiyanın isə bizlərə verdiyi tövhələr göz önündədir. Kimisi işə taksiylə, kimisi avtobusla, kimisi də metroyla getməyə üstünlük verir. Azərbaycanın nəqliyyat infrastrukturu pis deyil, ancaq heç yaxşı da deyil. Səsləndirdiyimiz iddianı əsaslandırmağa çalışaq.
Bu günlərdə Nəqliyyat Nazirliyi ölkəmizə yeni iritutumlu avtobuslar gətirdi. Bununla da əhalinin gediş gəlişində problemlər özünü biruzə verməyə başladı. Əgər kiçik tutumlu avtobuslar hər iki dəqiqədənbir hərəkət edirdisə, iritutumlu avtobuslar 4-5 dəqiqədənbir hərəkət edir. Bu şərait isə insanların narazıçılıqlarına səbəb olur. Belə olan təqdirdə isə əslində sərnişinlərin rahatlığını artırmaq üçün nəzərdə tutulan avtobuslarda köhnə qayda qanunlar hələ də hökm sürməkdədir. Bura dayanacaqdan kənarda saxlamaq, qədərindən çox sərnişin toplamaq, stop düyməsi olduğu halda ona əhəmiyyət verməmək ve lazımı ünvandan xeyli kənarda saxlamaq adətləri daxildir. Ətraflı…
POKA QORİT SVEÇA
Yaşasa 42 yaşı tamam olacaqdı. Ancaq qismet olmadı. 38 yaşında Azerbaycan metbuatını boynu bükük qoyub, bizleri terk etdi. Çox heyf!
Onun yeri indi de görünür. O, Azerbaycan metbuatında bir çox yenilikler imza atdı, çəkinmədən, qorxmadan, teqiblərə sine gererek her zaman öz sözünü dedi. Söhbetin “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovdan getdiyini anladınız yeqin.
1967- ci ilde Bakıda anadan olan Elmar müsteqil Azerbaycan metbuatında özünemexsus bir iz qoydu, mekteb yaratdı. Nə çetinlikler, zülmler hesabına yaratdı “Monitor”u. O, “Monitor”u Azerbaycan cemiyyetinin aynası etdi. Azerbaycan hakimiyyetini, bir sözle Azerbaycan cemiyyətini olduğu kimi görüb gösterdi, tehlil etdi. Müsteqil metbuat orqanının nece yazıb yaratmasını gösterdi. Ətraflı…
ŞƏRHLƏR