Əsas səhifə > Sosial > Bir ana çəkə bilərsən mənim üçün?

Bir ana çəkə bilərsən mənim üçün?

Valideyn himayəsindən məhrum olan uşaqları adətən dövlət himayəsinə götürür. Lakin bəzi uşaqlar var ki, onlar dövlət himayəsindən də məhrumdurlar. Belə uşaqlarla biz tez- tez küçələrdə, dəmiryol stansiyalarında, metro ətraflarında rastlaşırıq. Onlar küçə uşaqlarıdır. «Küçə uşaqları» anlayışı küçədə yaşayan və küçədə işləyən uşaqları əhatə edir. Onlar arasında həm baxımsız, həm də  kasıb ailələrdən olan uşaqlar var.

“ Küçə uşaqları ” ilə bağlı yaranmış problemləri sosial-iqtisadi vəziyyətin ağır olması səbəblərinə aid etmək olar. Amma cəmiyyətin bu gün yazılmış və yazılmayan qanun və qaydalarla yaşaması da küçə uşaqları ordusunun ilbəil artmasına gətirib çıxarır.

Bu uşaqları bir araya toplayan yeganə yer Azərbaycan Uşaqlar Birliyinin nəzdində yaradılmış Uşaq sığınacağı Reinteqrasiya mərkəzidir.

 Hər küçə uşaqğının bir ölküsü var.

Arzular müxtəlifdir. Sığınacaq evində tanış olduğumuz uşaqlardan Ramazan Həsənovun ən böyük arzusu isə anasına qovuşmaqdır. Sığınacaq evində daimi qalan 4 uşaqdan biridir Ramazan. O deyir: “Əvvəllər kley (tikintidə istifadə olunan, bihuşedici qoxusu olan yapışqan-red.)  iyləyirdim. Lakin indi atmışam dedi. Çünki tanış olduğum yeni dostlarım kley iyləyirsənsə bizə qoşulma dedilər. Mən də başladım onlar kimi maşın yuyub, təkər qaraltmağa. Gündüzlər dönərlə, peraşkiylə qarnımızı doyururduq, gecələr də 1 manat verib internet-klublarda qalırdıq. Pulumuz olmayanda da transformator quraşdırılmış bir yer var, orada yatırdıq”. 

Ramazan bir ara xaricə işləməyə getmək fikrinə düşüb. . Gizli yolla 8 yoldaşı ilə bərabər. Orda tutulublar. 4 nəfəri saxlayıb, digərlərini Azərbaycana yollayıblar. Ramazan da saxlanılanların içində olub. 4 ay həbsdə qaldıqdan sonar qayıdıb.

Ramazanın  böyük arzusu anasına qovuşmaqdı. Lakin 6 aydır ki, ondan xəbər ala bilmir. Deyir ki, əgər anamı tapsam bird aha işləməyə qoymayacam, özüm işləyib ona baxacam.

Digər 2 usağın sözlərinə görə isə “Binəqədi rayonunda kirayə qalırdıq. Bir gün dərsdən gəldik anamıxı evdə tapa bilmədik. O biz məktəbdə ikən evi tərk edib getmişdi. O gündən  bəri anamızı axtarırıq. Amma bütün axtarışlarımız nəticəsiz qalıb. 1 ay qohumlarımızın evində, internet klublarda yaşadıq. Sonra isə küçə uşaqlarına qoşulduq. İndi bu sığınacağa gəlirik hər axşam. Qarnımızı doyurub yenə küçələrə üz tuturuq. 

Hətta küçə uşaqları arasında qızlar da var. Yalnız onlar danışmaqdan imtina etdilər. 297 küçə uşağının 67-i nəfəri qızdır.

Kateqoriyalar: Sosial
  1. Guler
    İyun 15, 2010 tarixində, saat 14:48

    Fikirleriniz ucun teshekkurler. Calishacam sizler ucun daha anlashiqli dilde yazim.

  2. muharrem
    İyun 15, 2010 tarixində, saat 14:31

    çok guzel olmuş turkiyeden kardeş azarebaycandaki olayları okuyabilmek çok guzel inşallah bu site daha fazla buyur etkinlikleriniz çoğalır bizde elimizden geldiyi kadar yardımçı olmaya çalışırız yazıları biraz daha turkçe yazarsanız bizim anlamamızda kolay olur saygılarla

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: