Əsas səhifə > Düşüncə, Sosial > Aradüzəldənin evində kirayənişin

Aradüzəldənin evində kirayənişin

Tiflisə gələn günü ev axtarmalı oldum. Bu işdə mənə gürcü tanışım Dato kömək eləyirdi. Onunla sülh quruculuğu ilə bağlı tədbirdə tanış olmuşduq. Əli adlı tanışım da bizimlə idi. Dato qabaqcadan  bir neçə ev tapmışdı. Həmin evlərə baxmağa gedəndə məlum oldu ki, artıq başqaları yerləşib. Dato deyir, Tiflisdə həmişə belədir. Kirayəçi tez tapılır.

Məcbur olduq “Suxoy most” deyilən yerə gedək. Evlər bahalaşmışdı. Münasib qiymətə tapa bilmirdik. Hava isə çox soyuq idi. Artıq hansı qiymətə olsa  razılaşacaqdım ki, bir nəfər yaxınlıqda 250 ABŞ dollarına  2 otaqlı “dubleks” ev olduğunu dedi. Baxmaq istədik. İtalyan məhləsinə bənzər bir məhləyə girəndə Azər buranı tanıdığını dedi. Evə girdik, iki mərtəbəli yaxşı təmirli, ev əşyaları da  içində rahat yer idi. Çox keçmədən qapı açıldı. Evə 160 sm boyunda, keçəl başlı, gözü eynəkli, dolu bir kişi daxil oldu. Ev sahibi idi. Adı da Eliko. Evi tərifləməyə başladı. 4 otaqlı bir evi də olduğunu dedi. Cəmi 300 ABŞ dollarına. O evə də baxdıq. 4 otaqlı da sərf eləyirdi. Qonşularının, özünün və ailəsinin ədəbli, mərifətli insan olmalarından danışdı. Ev sahibi bu evi də qarış-qarış gəzib tərifləməyə başladı. Həyətə çıxdıq. Qazın və işığın ayrı olduğunu göstərdi. Bu vaxt həyətdəki evlərdən birindən arıq, əsmər bir qız çıxdı. Əli onu görən kimi üzünü çevirib əlimdən tutdu. Nəsə demək istəyirdi. Qız evə qayıdanda mənə yavaşdan dedi ki, hə düzdü mən burda olmuşam özü də bu qıznan. Önəm vermədim. Həm də tez razılaşıb yerləşmək istəyirdim. Bir tərəfdən yorğunluq, digər tərəfdən soyuq əldən salmışdı məni. 4 otaqlı evi kirayəyə götürdüm.

Səhəri gün o biri iki otaqlı evə də iki qız köçdü. Həmin gün sakit keçdi. Sabahı günü axşam Dato ilə görüşmək üçün bayıra çıxdım. Eliko həyətdə idi. Ev barədə söhbət eləyirdik ki,  bu qızlardan biri gəldi. Qızdan evdən xoşu gəlib-gəlmədiyini soruşdu. Sonra da çantasından iki litrlik pivəni çıxarıb içməyi və bara getməyi təklif elədi. Qız duruxdu. 3-cü mərtəbədə barı da var imiş. Oranı işarə edərək, qorxma dedi. Qız razılaşdı. Məni də çağırdı. Rədd etməli oldum, çünki Dato gözləyirdi. Dato ilə ev üçün lazım olan əşyaları alıb qayıtdım. Səhər günorta Eliko məni səslədi. Əlində də Pivə. Barı göstərərək ardımca “gəl” dedi. Getdim. Qızlar da orda idi. Gürcüyə oxşamırdılar. Eliko bizi tanış etdi. Belarusiyadan idilər. Birinin adı Lyuda, o birinin isə Olya. “Bilirsən Rəşad bu qızları 10 ildi tanıyıram. Mənə qızım kimidilər. Bir az içdik”. Çəkmə araq da var idi. Rus əyyaşları kimi pivə + çəkmə araq. Spirt işini görmüşdü. Eliko nəsə demək istəyirdi. Amma deyə bilmirdi. Elə hey necə ədəbli ailəsi, qonşuları olduğundan danışır, arada demək istədiyi sözün ətrafında fırlanırdı. Düzü artıq nə demək istədiyini mən anlamışdım. Elə ilk gündən. Qısa dublyonka, dar şalvar. Lap amerikan kinolarında küçə qadınlarına oxşayırdılar.

Eliko dilləndi: “Bilirsən Rəşad, bu qızlar təkdi. Pulları da yoxdur. Belarusiyaya qayıtmalıdılar. İnanırsan biletlərini mən almışam. Axı onlar mənə qızım kimidilər”.

Mən isə pivədən qurtumlayıb, onun nə vaxt “mustafa” deyəcəyini gözləyirdim.

Spirt bir az da işini görəndən sonra, Eliko Lyudanı qucaqlayıb alt dodağını dişləyərək, “Rəşad bu qızlar seks üçün yaranıb. Bunları tək qoymaq olmaz” dedi. Sonra da qızın belini arxasını  əlləşdirməyə başladı. Lyuda isə ədəbli qız rolu oynayaraq: “Utanmırsan axı mən sənə öz qızın kimiyəm” deyib, gülümsədi. Bu an içəri hündürboy, əsmər bir oğlan girdi. Eliko: “Qardaşım oğludur Kaxa” dedi.

Gürcü dilində nə isə danışdılar. Kaxa isə cavabında, “Mən heç vaxt qıza pul xərcləməmişəm” dedi. Mən getməli olduğumu bildirib, qalxıb sağollaşdım.

Cinsi həyatımı müzakirə etmək fikrində deyiləm amma, deməliyəm ki, vahişələrin xidmətindən istifadə etmək tərəfdarı deyiləm. Etməmişəm, etmək fikrim də yoxdur. Düzdür bu sözləri onlara demədim. Ümid edirdim ki, özləri anlayarlar.

Amma anlamamışdılar. İki gün sonra Eliko yenə məni bara dəvət elədi. Yenə də içki hazır idi. Bu dəfə Olya məni sorğu-sual etməyə başladı. Şəxsi həyatımla, qızlarla münasibətimi soruşdu. Eliko gülərək, “Rəşad danışmır, hələ az içib” dedi. Görünür sərxoş etmək istəyirdilər. Getmədim, qalıb içdim. Xoşbəxtlikdən spirt təsir eləmirdi. Eliko spirtin təsirinə düşüb, yenə sözə başladı: “Axı sən o evdə necə tək yatırsan? Çəkinmə, istəyirszn götür bu qızlardan birini, onunla yat. Yoxsa xoşuna gəlmir?”.

Düzü qızlar qəşəng idi. Bunu ona da dedim. Amma bu cür şeylər mənlik deyil.

“Hə ə ə,  ədəbli oğlansan. Elə biz də ədəbliyik. Oğlanlarım da eləcə”. Elə bu sözləri demişdi ki, Elikonun telefonuna zəng gəldi. Gürcü dilində danışmağa başladı. Səsinin tonundan və üzündən əsəbləşdiyi aydın görünürdü. Telefonu söndürüb “arvadım idi” dedi. “Bilirsən, qısqanclıq kimi başa düşmə, hərdən olur ey belə”. Spirt güclü təsir etmişdi. Elə bildi nə danışdığını anlamışam. Bir az susduqdan sonra dilləndi. “Biz elə bilirik, qadınlar bizə sadiqdir. Amma bir az keçir, baxırsan bütün dostlar evdədir. Üzünə gülürlər, amma öz işlərini görürlər bax belə”. Daha sonra mənə zəng gəldi. Gürcüstandakı digər tanışlarım görüşmək istəyirdilər. Sağollaşıb oranı tərk  elədim.

Bu gün isə özüm Elikonun barına qalxası oldum. İki gün yağan yağış sözünü dedi. Dəhlizə su damırdı. Eliko ilə Olya yenə içirdilər. Bu dəfə viski idi. “Bilirəm haranı deyirsən. Eybi yoxdu, bir qab qoy su daman yerin altına, bir şey olan deyil”. Yenə içki təklif etdi. Getmək istədiyimi bildirdim. Qal dedi, sən artıq mənim ailəmin bir üzvüsən, çəkinmə rahat ol. “Sən ədəbli oğlansan. Ədəbli oğlanlardan xoşum gəlir”.  Eliko artıq sərxoş idi. Sən Olyanı  tanıyırsan da. Laşanın arvadıdır. Laşa onun kiçik oğlu idi. Bir az sonra Elikonun arvadı gəldi.  Janna. Həyat yoldaşına təqdim elədi. Tanış ol Olya Laşanın arvadı. Jannanın sifətində heç bir ifadə yox idi. O, Elikonun da, otaqdakıların da kim olduğunu çox yaxşı bilirdi. Əsasən də həyat yoldaşı Elikonun.

Janna çox oturmayıb çıxıb getdi. Eliko yenə ədəbdən danışmağa başladı. Oğlanlarının ona hörmət etdiyini, onun oğlanları üçün yaxşı örnək olduğunu deyirdi. Axı onlar nəşəxor deyildi. İynə də vurmurdular.

Eliko çıxanda mən də onunla çıxıb evimə qayıtdım…

Kateqoriyalar: Düşüncə, Sosial Etiketlər: , , ,
  1. Fevral 11, 2010 tarixində, saat 16:04

    Yaman işə düşübsən. Təhlükəli adama oxşayırlar.

  2. ahmedphoto
    Yanvar 20, 2010 tarixində, saat 18:07

    Aaa Nata, bir sherhime gore meni bele ittiham edirsen?:)) Eslinde men mueyyen formalasahn dushuceni ifae etmeye chalishdim, ozumun isteyini yox, tebii ki.

  3. Nata
    Yanvar 20, 2010 tarixində, saat 15:26

    aha Ahmed tez gac get )) krizis di axi )) duraki vezde nujni :D, kvartplatu budesh platit’. napitki ix v bare budesh 3 raza doroje pokupat’ i za seks platit )) 2-3 neferde ozunle apar ELikonu krizistan cixart 😀

  4. ahmedphoto
    Yanvar 20, 2010 tarixində, saat 03:27

    Rəşad bu qərb yazıçılarının stilinə oxşadı eee… Xoşuma gəldi…Əsasən də onların işlətdiyi sözləri xüsusi verməyin yerindədi…Və sonda belə qərara gəlirəm ki, sənin o ədəbli qonşularınla tanış olmaq üçün Tezbazar Tbilisiyə gəlim…Qarşıla məni:))

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: