Əsas səhifə > Düşüncə, Sosial > Vağzal. Bakı-Tiflis qatarı

Vağzal. Bakı-Tiflis qatarı

Gürcüstana getməliydim. Yanvarın 7-si  yollandım vağzala, bilet dalınca.  Həmişəki kimi olmasa da, yenə kassaların qarşısında sıra var idi. Mən də sıraya düzüldüm.

40-43 yaşalarında bir kişi Ucara 3 bilet alırdı. Qiymətinini soruşdu. Kassir qadın 36 manat dedi. Kişi qısqanclıqla pulqabısını açıb içindən 40 manat çıxardıb kassanın nəfəsliyindən qadına uzatdı. Qadın pulun artıq olduğunu hiss etsə də,  saymağa başladı. Sonra isə yalançı təəccüblə  kişiyə baxıb, “Axı mən 36 manat dedim”. Kişi qururlar cavabın, “Çaypuludur”. Kassir qadın gülümsəyərək, göz süzdürdü.

Sıra mənə çatdı. Kassir sə nədlərimə baxdı. “Herbi bölmədən çük almalısınız”. Di ahaş Bu qədər sıra gözlədim. Nəysə getdim çek dalınca. Girdim hərbi bölməyə. Bir 5 il bundan qabaq rusiya səfərim yadıma düşdü. Onda bu xidmətə görə köhnə əskinasla 15000manat ödəmişdim. Dedim yox ee bu dəfə ödəməyəcəm.  Zabit çeki yazaraq, “Buyurun gedə bilərsiniz”. Pul istəmədi.  Təəcübləndim. xoş bir təəcüb idi.  Qapıdan çıxanda səsləndi, “bilet alandan sonra bura gəlin. Biletə peçat vurmalıyam”. Ahaaa … dedim.  Deyirəm axıı … deməli buna görə indi istəmədi peçat vuranda alacaq.

qayıtdım. Yenə sıra. Bu əfə bayaqkından çıx adamla. Gözlədim. Sənədlərimə baxdı. Bileti verdi. 26 manat. Əvvələr ölkə daxili biletlərə görə 50 qəpik bir manat artıq ödədiyim üçün tez biletə baxdım. Bu dəfə aldanmamalıydım. Aldatmamışdılar.

Bileti götürüb qayıtdım hərbi bölməyə. Zabit bileti alıb peçatı vuraraq. Buyurun. İndicə rüşvət üstəyəcək düşüncəsi  ilə zabitə baxıb dayandım. O da ağlımdakını hiss eləyirmiş kimi, “Gedə bilərsiz” dedi. Biletə, üstündəki peçata baxa baxa evə qayıtdım.

Yanvarın 9-u artıq qatarda idim. Vağzalda gördüklərimdən sevinsəm də qatardakılar əsəbləşdirdi. Qatarda xidmət  bərbad idi. Əvvala provadniççalarna polis özlərini harda hiss edirdilər bilmirəm, amma mən yol boyu ədəbsiz, zarafatlar, yüksək səs və gülüşləridən özümü ucuz vahişələrin işlədiyi nümunəvi bakı kafesində hiss elədim.  Səhər qatardan enərkən güclü başağrısından azad olmuş kimi hiss etdim.

Kateqoriyalar: Düşüncə, Sosial Etiketlər: , ,
  1. Noyabr 1, 2012 tarixində, saat 01:41

    Salam mümükünsə Ucar sözündə düzəliş edin böyük həriflə yazın

  2. Ali Resh
    Yanvar 15, 2010 tarixində, saat 02:07

    o da olar 🙂 vaxti gelsin. . .

  3. ahmedphoto
    Yanvar 14, 2010 tarixində, saat 22:10

    Rışaad bu yazının marağı o vaxt daha da artacaq ki, Gürcüstandan bu cür bilet alıb Bakıyayola düşərkən qarşılaşdığını bax bu cür yazasan.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: