Reket jurnalistləri düşünməkdənsə Peşəkar jurnalistləri düşünək
Azərbaijan Media Mərkəzində debat clubunun növbəti debatında iştirak etdim. Dekabrın 25-i baş tutan debatda BDU-nun jurnalistika fakültəsinin tələbələri Diffamasiya haqqında qanunu müzakirə edirdi. Tural Qurbanov yeni qanun layihəsinin qəbul olunmasını istəmir və bu qanunun ziyan gətirəcəyini sübut eləməyə çalışdı. Əks tərəfdə isə Əvəz Zeynalov Diffamasiya haqqında qanunun Azerbaijan mediası üçün vacib olduğuna inandırmağa çalışırdı.
Fəal keçən debat bitdikdə, hər kəs Turalın arqumentlərinin daha güclü və inandırıcı olduğunu bildirirdi. O deyir ki, yeni qanun qəbul olunsa Azərbaycan mediasında anarxiya olacaq.“ Qanun qəbul olunarsa, jurnalistlər qorxmadan istədikləri şəxslərə qarayaxma ilə mə.ğul olacaq. Həbsə düşməyəcəklərini bildikləri üçün insanların arvadı bacısı tənqid edəcəklər” deyir. Diffamasiya qanunu qəbul olunmuş ölkələrin mediasında anarxiyanın olmamasını, böyük demokratiya təcrübəsi olması ilə izah edir. Bizim isə hələ hazır olmadığımız fikrindədir.
Debatda Arif Əliyev və Qulu Məhərrəmli ekspert kimi iştirak edirdi. Arif Əliyevin sondakı çıxışı bir çox suallara cavab oldu. O, bildirdi ki bu cür qanunlar qəbul olunanda hər zaman daha pis olacağını düşünürük. Ölüm hökmünün ləğvi haqqında qanunu missal göstərir. O zaman da hökmü ləğv olunarsa cinayətlərin sayının artacağını düşünürdülər. Amma heç də, belə olmadı. Diffamasiya haqqında qanun da düşündüyümüz kimi problemləri gətirməyəcəyini bildirdi. Bu qanun peşəkar jurnalistləri qoruyacağını və onların fəaliyyətini asanlaşdıracağını vurğuladı.
ŞƏRHLƏR