Əsas səhifə > Xəbər > Dayım niyə söyür?

Dayım niyə söyür?

Dayım Rusiyadan gəlib. Dedim gedim görüm. Getdim, Protokol qanunlarına əməl elədik. Öpüşüb görüşdük. Donuz gripi qorxusu olmadan. Oralardan hal-əhval tutdum. Necə gəldiyini soruşdum. Bura qədər hər şey yaxşı idi. Elə ki, bu barədə soruşdum, kişinin elə bil dərisini soydular. Açdı ağzını, yumdu gözünü. Aşağıdan yuxarı söyməyə başladı höküməti. Deyirəm niyə belə qəzəblisən?

Deyir, niyə qəzəbli olmayım? Nə gömrükdə, nə də gömrüyü keçəndən ürəkaçan münasibət  görməmişəm.  Nə qədər orda idim, Azərbaycanı TV-dən izləyirdim, həsəd aparırdım. Çalışırdım ki, vaxt eləyim gəlim vətənə. Gəlməz olaydım. Biz rusları qınayırıq, qayda-qanun yoxdur deyirik. Ruslar toya gediləsidir, bala. Sərhəddə çatanda rus polisi gəldi ki, bəs bilirik yükünüz çoxdur. Vaxtınızı almayaq deyə adama 100 manatdan yığın verin incitməyək.  İnsanfsızlar qanun saymır deyib 100 manatı verdim. Bizimkilər elə elədi ki, rusun xaç altında yatan dədəsinə rəhmət oxudum. Bütün yükləri ələk-vələk elədilər.  Hərədən bir şey qopardılar. Bir yazığın iki karobka yağı var idi. Yəgin ki, qohum-əqrabasınə pay aparırdı, bəlkə də satacaqdı. Kasıbın biri idi. Bağırda-bağırda əlindən aldılar. Həm də ikisini də.

Düşündüm. 4 il öncə mən də Rusiyaya getmişdim. Mən də təxmini eyni şeyləri yaşamışdım. Həm də yolculuq vaxtı şahidi olduğum bir hadisəni xatırladım. Mənimlə  bir  kupedə bir yaşlı dayı da gedirdi. Xarici pasportunun vərəqləri qopmuşdu.  Gömrük işçiləri bizdən 160 000 köhnə manat aldılar. Rusiya gömrüyündə pasporta baxıb dedilər: “Dayı, yaşlı kişisən. Yaşlılara hörmətimiz var. Amma gələn dəfə pasportunu dəyiş gəl. Yoxsa cərimə yazacağıq.

Hə, onu da deyim ki,  orda məndən də pul yığmışdı polislər. 50 manat istəmişdi Rusiya əskinası ilə. Məndə isə 100 manat var idi. Polis 100 manatı alıb, 50 manatını geri qaytarıb dedi: “Ya vor  nu chestniy vor”.

Deyəsən biz  yaşadığımız ortama öyrəşmişik, hər şey çox adi gəlir. Xaricdə yaşayan biri üçün bizim ölkə dəhşətli görünür.

Höküməti tənqid edəndə eşitdiyim cavabı  mən də dayıma dedim: “Dayı yuxarıdakıların bundan xəbəri yoxdur. Xırda məmurlardı hökümətin adına ləkə salır”.

Dayım sözünə davam edir: “Bu xarabanın bir sahibi yoxdumu, ildə heç olmasa bir dəfə gizlicə  çıxsın küçəyə, bir dəfə qatarla gəzsin, görsün camaatın başına nə oyun açırlar, nə zülm verirlər.

Deyirəm ay dayı, bunlar siyasətdi, siyasətdən danışma başın ağrıyar. Bir-iki günlük gəlmisən dincəl get.

Sonra da öz-özümə düşünürəm. Bizdə tənqidi danışanda deyirlər: “Bu, siyasətlə məşğul olur. Deputat olmaq istəyir”. Axı dayımın elə məqsədləri yoxdu. Fəhlə adamdı. Neçə ildən sonra  5-10 nəfərlik briqadaya rəhbər olub. Tikintidən başqa heç nə bilmir.  Özü də Rusiya vətəndaşıdır. Heç kimə də səs vermir.  Nəyinə lazımdır axı dayımın, nə üçün söyür?

Kateqoriyalar: Xəbər Etiketlər: , ,
  1. Ali Resh
    Noyabr 8, 2009 tarixində, saat 21:50

    Nostalji guclu hisdir🙂

  2. Eliko
    Noyabr 8, 2009 tarixində, saat 21:46

    Men xaricde yashayiram.bu yayi Bakidaydim.50 – 50 ye qalmishdim gelmemishden.Qalmaq fikrim var idi.amma gelen gunun seherinden getdiyim gunun seherine kimi,teyyareye oturana kimi qayitmaq isteyirdim xarice.Teyyareye oturana kimi.teyyareye girer girmez Baki uchun darixmaga bashladim.Amma indiki Baki yox,indiki insanlar yox,kohne Baki ve kohne insanlarchun.Evvelki psixologiya uchun darixdim.men Azerbaycanida,onun xalqini da,chox sevirem.gurbetde yashamaq gurbetde yashamaqdi burda shax kimi yashasanda. Amma Babekin sozu yadima dushur hemishe ; 40 il kole yashamaqdansa 1 gun azad yashamaq isteyirem.Umud eleyirem ki 30 35 yashima her shey deyisher ve men vetenime qayidaram chunku hal hazirda menim veten sevgime baxmayaraq orda yashaya bilmirem.Ona gore de dayivi men chox yaxshi basha dushurem.Umud eleyek ki duzeler.AMIN

  3. Gunay Kerimova
    Noyabr 8, 2009 tarixində, saat 20:55

    Niyə də söyməsin axı, uzun illər vətən həsrəti çəkib, gəlib bu cür haqsızlıqlar, iyrəncliklər görəndə təbii ki, söyəcək.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: