Əsas səhifə > Sosial > XİLASKAR

XİLASKAR

 “Əvvəllər gediş haqqı 5 qəpiyə olanda yaşlıları, metrotdan təsadüfən istifadə edənləri keçirirdik. İndi isə bu mümkün deyil. Yenə o adamlar aparatın yanında dayanıb mənim kimiləri gözləyir. Mən də məcburam ki, daha metro ilə getməyim. Belə olan təqdirdə özümdən başqa bir-iki nəfəri keçirəndə bu mənə 30-40 qəpiyə başa gəlir. Ondansa avtobusla getməyi üstün tuturam” – deyir dostlarımızdan biri.

Hollandiyada jurnalistikadan dərs deyən Vladimir (NJM-də bizə bir həftəlik seminar keçir) metroda gediş haqlarının qaldırılması ilə bağlı bizə reportaj hazırlamağı tapşıranda, o an fikrimizə gəldi əcnəbi bir vətəndaş da halımıza acıyır. “Çalışın milçək olun, diqqət çəkməyin. Və insanların gediş haqqı ilə bağlı fikirlərini öyrənin”. Bizi istedad və praktika baxımından üstələyən Vladimirin sözlərinə əməl edərək, NJM-in ofisini tərk edəndə elə milçək olduq.

Dostlarımız deyən kimi də oldu. Metroda aparatın yanında dayanan qoca bir qarı onu aparatdan keçirəcək xilaskarını səbirsizliklə gözləyirdi. Biz onu indi görmüşdük. Kim bilir bəlkə də səhərdən orada gözləmə mövqeyində idi. Bu cür fikirləşməyimizə əsas var idi. Çünki qoca qarı çox yorğun idi. Əlimizə bundan yaxşı fakt düşə bilməzdi. Tələbəlik illərində müəllimlərimiz deyirdi ki, ən yaxşı xəbər pis xəbərdir. Bu da elələrindən idi. Pis, ağrıdıcı xəbər idi, ancaq dəyərli idi…

Qoca qarı aparatın bir küncündə, biz isə onunla paralel digər bir küncündə dayanmışdıq. Qarıya elə gəlirdi ki, biz də xilaskarımızı  gözləyirik. O bizi acı-acı baxışlarla süzürdü. Axı biz onun fikrincə bazarına girmişik. Nəhayət yarım saatın tamamında xilaskar özünü çatdırır. Qarı aparatı adlayıb, həlim-həlim addımla eskalatorla aşağı düşür. Bizim milçək rolumuz davam edir. Qoca qarı deyinə-deyinə vaqona minir: “İmkan verin minək dəəə. Bir saatdı yuxarıda gözləmişəm indi içəri girmək olmur. Hələ də biz minib-düşmək mədəniyyətini anlaya bilmirik” – deyib qəhrəmanımızla vidalaşırıq. Bütün bunlar “Əzizbəyov” metrostansiyasında baş verdi.

Qanuna görə  6 yaşına qədər uşaqlara metro ödənişsizdir. Gördüyümüz situasiya isə lap dəhşətli idi. Orta yaşlı bir qadın kiçik uşağını ödənişsiz keçirir. Bu azmış kimi təxminən 13-14 yaşlı uşağını da keçirir.  Özü isə 20 qəpik ödəməklə turniketi adlayır. Uşaqları zarafatla: “Ana, sən də bizim kimi keçərdin dəəə”.

Bax belə… Biz milçək rolunu tamamlayırıq. Onu necə oynamağımızı isə siz qiymətləndirin.

Deyilənlərə inansaq metropoliten rəhbəri Tağı Əhmədov gediş haqlarının qiymətini 55 qəpik etmək istəyib. Son anda Tarif Şurası 15 qəpiklə işi yekunlaşdırıb. Görəsən gediş haqqı 55 qəpik olsaydı qoca qarı turniketin yanında neçə saat gözləyərdi? Və ya uşaqların anasına zarafatla dedikləri reallaşardımı?

 Gülər

DEKO

Kateqoriyalar: Sosial
  1. secretlove
    Noyabr 29, 2009 tarixində, saat 16:33

    menim fikrimce qoca qari xilaskar gozlememeli eslinde ona dovlet xilaskar olmalidir. ona kart verebilerdi metrodan kecende iwleyenlere gosterir ve her metrodan pulsuz kecebilerdi. yaxsi ki 55qepik olmayip onda bakida kropka dehwet olardi. mawrutlar cok pul kazananda cogalirdilar. dayanacaktan kenarda saxlayanlar daha cok olardi ))) bele de fikirlewmek lazim.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: