Əsas səhifə > Xəbər > “Media haqqında hər şey” əslində isə heç bir şey…

“Media haqqında hər şey” əslində isə heç bir şey…

Bura əsl bazar meydanına oxşayır. Hər gələn öz malını tərifləyir, alıcıya sırımağa çalışır. Həm ağız deyəni qulaq eşitmir, həm də ki, lalın səsindən karın qulağı batır. Bir sözlə müsibətdi… Bilirsiniz bura haradı? İctimai televiziyanın canlı yayımı…

  Dünən yaxın bir dostum mənə zəng edib İctimai televiziyanın efirində canlı yayımlanan “Media haqqında hər şey” adlı verilişə dəvət etdi. Mövzu, “Jurnalist etikası və jurnalistlərin peşəkarlıq səviyyəsi” məni maqnit kimi telekanala çəkdi. Aparıcı Vüsalə Mahirqızı qonaqları təqdim etdi. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, millət vəkili Fazil Mustafa, peşəkar jurnalist kimi dəvət olunan Azər Həsrət və  Eldəniz Qulyev. Çox gözəl. Keçək söhbətlərə.

   Əvvəlcə aparıcı: “mediaya dövlət nəzarəti olmalıdırmı?” sual Nuşirəvan müəllimə ünvanlandı.

  Nuşirəvan müəllim:  “Olmalıdır amma minimal həddə, çünki jurnalistika sahəsi xüsusi yaradıcılıq sahəsidir”

 Bu haqda hər kəsin azdan-çoxdan məlumatı var. Bu, bütün sivil ölkələrdə belə qəbul olunub. Məncə sualın qoyuluşu belə qüsurludu. Bütün bunlar aydındı. Burada gözəl bir sual meydana çıxır. Bəs Azərbaycanda bu nəzarət minimaldırmı? Əgər kimsə yoxdur və ya minimaldır desə yəqin ki, o adam son illərdə ölkəmizdə bir jurnalistin öldürülməsindən və cinayətin üstünün hələ də bağlı qalmasından, 41 jurnalistin müxtəlif maddələrlə həbs olunmasından (onlardan 5-i hələ də həbsdədir), 60-dan çox jurnalistin yazdıqlarına görə şərti həbs və cərimə olunmasından, 350-dən çox döyülmə, təhqir, təqib kimi müxtəlif təzyiq faktının baş verməsindən, elektron mediyanın az-çox müstəqil fəaliyyətinin əlindən alınmasından, Azərbaycanda yayımlanan xarici radioların fəaliyyətinin dayandırılmasından xəbəri yoxdur. Bir sözlə verilişdə disbalans deyilən məhfumdan əsər-əlamət yox idi. Dəfələrlə söz istəməmizə baxmayaraq, mikrafon üzümüzə qapalı qaldı. Odur ki, aparıcının dəfələrlə auditoriyaya yenidən qayıdacağıq sözləri artıq inandırıcı deyildi. Nəhayət, auditoriyaya qayıtdı. Amma elə bilməyin ki, hansısa normal fikri olan birinə yaxınlaşdı. Əsla, yaşlı bir kişinin sözlərinə üstünlük verdi. Görəsən bu yaşlı kişinin jurnalist peşəkarlığı ilə nə dərəcədə əlaqəsi var idi? Maraqlı fəlsəfədi. Elə cavabı da maraqlı oldu.

–         Aparıcı: siz nə düşünürsünüz?

–         Yaşlı kişi: Mənim fikrimcə bu gün peşəkar jurnalist yoxdur, bunun isə səbəbi universitetdədi. Əslində BDU hər il jurnalist yetirir…

–         Aparıcı: xahiş edirəm mövzudan kənara çıxmayaq.

–         Yaşlı kişi: Hə bu yaxınlarda cənab Ramiz Mehdiyev müəllimin bir samballı məqaləsi, bizim samballı bir mətbuat orqanımızda nəşr olunmuşdu. Mən onun fikirləri ilə tamamilə…

–         Aparıcı: xahiş edirəm mövzumuz haqda fikrinizi söyləyəsiniz!

–         Dayı: NƏƏƏƏƏƏƏƏƏƏƏƏƏ dedin ay qızım?

Bax beləcə kar çağırır, kor bağırır. Verilişin səviyyəsi isə artıq çoxlarına məlum oldu. Axı arifə bir işarə bəsdir. Elə bu gedişdə veriliş başlamazdan əvvəl studiyanı tərk edən həmkarıma haqq qazandırmışdım ki, aparıcı: “biz bu gün belə bir nəticəyə gəldik ki,… ” sual olunur Vüsalə xanım müzakirəni nə vaxt etdiniz ki, nəticəyə də gələsiniz? 

P. S. Veriliş bitdi. Və hələ də biz anlamamışıq ki, söhbət nədən gedir. Təsəvvür edirsinizmi? Bu verilişin əhəmiyyəti nə oldu?

P. P. S. Verilişdən sonra aparıcıya müraciətimiz: “Bizi niyə çağırmışdınız? ”Aparıcı: “İnşallah gələn səfər…”

Kateqoriyalar: Xəbər
  1. Oktyabr 13, 2009 tarixində, saat 12:20

    Hmm xaltura eden insanlardan peshekar ne gozlemek olar ? ?
    sadece maash almaq uchun ish gorulende bele olur. Movzu nun problemleri, sebeb ve helli onlari maraqlandirmir teki verlishin vaxti getsin ve rehberlik irad tutmasin. Ayin axirinda da hevesle gedib maashlarini alsinlar

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: