Əsas səhifə > Xəbər > Mən plan verməliyev ! ! !

Mən plan verməliyev ! ! !

Son vaxtlar avtobuslarda sürücülərdən eşitməyə adət elədiyim söz “Mən plan verməliyəm. Mənim işimə qarışmayın” olub. Avtobus ağzına kimi doludur. Sürücü yenə də, harda gəldi saxlayır(baxmayaraq ki, aynaya “DAYANACAQDAN KƏNARDA SAXLAMAQ OLMAZ”  yazılıb), müştəriləri bir-birinin belinə mindirir. Kimin başı kimin qoltuğundan, burunlar qarşıdakının peysərinə söykənir. Sürücü dəki maşşallah qaznan əyləcdən başqa heç nə bilmir sanki.  Növbəti dəfə sürücü saxlayanda  kimsə dözmür şikayətlənir.  Sürücü də açır ağzı”  A kişi mənim nəyimə lazımdır necə gedirsən Mən plan verməliyəm. Mənim işimə qarışmayın.” hirsnən də qazı basır Avtobus terpenir. Camaat  bir birne  surtulur coxu narazidir. Amma xoşbəxt olan da var. Qabağındakı qadın və ya qızdır axı.  Hələ bir neçə torpa ilə düşən olanda bəs bunlar üçün pul vermirsən ?  3 nəfərin yerini tutub.  Yazdıqlarım yalnız şəxsi avtomobili olanlar üçün qəribə görünəcək. gündəlik avtobusdan istifadə edənlər bu cür hadisələri hər dəfə avtobusa minəndə görürlər.

Yəni plan bu qədər yüksəkdir ? Səbəb nədi ? Verqi ?  Yuxarıdan tələb olunan hörmətlər ? Sahibkar acgözlüyü?  Çox güman ki, hər  üçü. Hamı narazıdır. Amma haqqım var deyim ki, biz buna layiqik. Nə vaxt narazılıq elıdik ? Söhbət daş dəmir  götürüb kimlərinsə üstünə hücum çəkməkdən getmir. Nə vaxt imza topladıq. Bələdiyəyə, icra hakimiyyətinəç deputatlara nazirliyə müraciət elədik ?

Avtobus sürücüləri birlik qurublarmı ?  PLan qane eləmirsə biz bu şərtlə işləmirik deyə etiraz edirlərmi ?

Deməli özümüz başımıza gələnlərə boyun əyirik.  Narazısan minmə, minmisənsə düş pulunu vermə. Pulu xidmətə görə veririk. Xidmət  yoxdu pul da yoxdu.  Nə olar  bir az da gec get. Hamımız tələsmirik ki.

Kateqoriyalar: Xəbər Etiketlər: , ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: