Əsas səhifə > Xəbər > Media kritikanın katalizatoru-Ramiz Mehdiyev

Media kritikanın katalizatoru-Ramiz Mehdiyev

Bir coxunuz bilir, bilmeyenlere deyim ki,  Ramiz Mehdiyev  “Azərbaycan” qəzetinin 2 oktyabr 2009-cu il sayısında “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr.” adlı məqalə dərc etdirib.  Yazının əvvəlində  dövlətin mediaya göstərdiyi yardımdan, jurnalistlərin mükafatlarla qiymətləndirilməsi, söz azadlığının təmin olunması üçün görülən tədbirlərdən danışılır. Jurnalistlərin mükafatlandırılması deyəndə bu gün medianın ələ baxan öyrənməsi, söz azadlığının yenicə tutulmuş Adnan və Eminə, tutulmuş və tutlmaqda davam edən jurnalistlərə aid olub olmadığını bilmirəm. Yazının ikinci hissəsindən danışacağam. Burada R. Mehdiyev Televiziyalarda şou biznes verlişlərinin artması və bu verlişlərin səviyyəsinin aşağı olmasından danışır. Hətta bu verlişlərin adlarını da sadalayır. Haqq  deyir. Heyif indiyənə kimi demirdi.

Ramiz müəllim öz sözünü dedi və bu söz media kritika üçün katalizator oldu. Efir məkanının durumu haqqında konfranslar görüşlərə start verildi. Yatmışlar oyandı. Bəlkə də oyanmadı gözünü açıb. Bİr azdan yenə mürgüləyəcək kim bilir. MTRŞ da R. Mehdiyevin məqaləsini bəyənir dəstəkləyir və tədbirlər planı haqqında düşünür. Axır ki, bizim şoubiznesimizin qəfəsdə meymun şousundan başqa bir şey olmadığını anladılar. Bəlkə də anlamadılar onun xoşuna gəlməyib biz kimik deyə düşünürlər.

Amma qəfəsdəki meymun dünən peydə olmayıb. Bu barədə çox yazıblar. Xeyiri olmayıb. Görünür saqqalı yoxdu yazanların. Saqqallı lazım imiş. Axır ki, o da sözünü dedi, təsir də elədi. Sözü deyən sahib idi, və ya sahiblərdən biri. İctimai və ziyalı tənqidinin  sıfır, ağanın sözü qanun olduğunu görürük. Feodal dövrlərdəki kimi. Demokratiyadan danışan bir  ölkədə. Cəmiyyətin istəyi, düşüncəsi nəzərə alınması gərəkən bi sistemdə….

Kateqoriyalar: Xəbər Etiketlər: , , , ,
  1. L-chin
    Oktyabr 8, 2009 tarixində, saat 23:32

    deyirem hec goresen ozleri bilirler ne isteyirler?!bir yannan deyir azad ol,azad fikir soyle,obirisi yannan deyir baw qaldirma,otur yerinde,indi gel bawa duwde,amma orasida duzduki arada nese bele demelidilerdeeee,yadiviza salinda plenka sohbetini,guya yigiwildi???ele hemin perdelerde qalir hemin “zatemlenniy wuweler”

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: