Tənqidçi tələbə universitetə bərpa olundu.
“Cənub xəbərləri” qəzetinin Lənkəran Dövlət Universitetindən (LDU) qovulmuş əməkdaşı Pərviz Əzimov ali təhsil müəsisəsinin tələbələri sırasına bərpa olunmalıdır. Pərviz Əzimovun Lənkəran Dövlət Universitetinin tələbələri sırasından xaric olunması barədə universitet rektorunun əmrindən verilmiş iddiaya baxan Lənkəran şəhər Məhkəməsi bu gün (10 sentyabr) belə qərar verib. Məhkəmə qərarına görə, universitet rektorunun 5 mart 2009-cu il tarixli əmri qanunsuz hesab edilməli, “Cənub xəbərləri” qəzetinin əməkdaşı LDU-ya bərpa olunmalıdır. Lənkəran Dövlət Univer¬si¬te¬ti¬nin Tə¬biyyat fakültəsinin IV kurs tələbəsi P.Əzimov martın 5-də uni¬¬ver¬sitetdaxili nizam-intizam qaydalarını pozması əsas göstərilərək LDU-dan qo¬vul¬muş, əmrlə razılaşmayan P.Əzimov məhkəməyə müraciət etmişdi. Jurnalist-tə¬lə¬bə¬nin hüquqlarını məhkə¬mə¬də Media Hüququ İnstitutu müdafiə edib. Jurnalistin müdafiəçiləri məhkəməyə təqdim olunan iddia ərizəsində LDU rektorunun əmrinin qa-nunsuz olduğunu bildiriblər. İddia ərizəsinə görə, Pərviz Əzimov universitetdə nizam intizam qay¬dalarının pozuntusuna yol verməyib. Jurnalist-tələbə əslində ictimai həyatda fəallığına (o həmdə “Dalğa” Gənclər Hərəkatının koordinatoru olub), ali təh¬sil müəsisəsində rüşvətxorluq hallarını araşdıran yazılarına görə LDU-dan xaric edilib. LDU-dan bəhs edən tənqidi yazılar fevral ayının sonlarında “Cənub xəbərləri”, “Alma” qəzetlərində dərc¬ olunub. Həmin yazılar ölkənin digər kütləvi mətbu orqanlarında da işıqlandırılıb. Jurnalistin müdafiəçiləri həmçinin ilk dəfə nizam-intizam qaydalarının pozuntusuna yol verən tələbənin belə ali təhsil müəsisəndən xaric edilməsinin qanuni olmadığını, “Təhsil haqqında” Qanunda tələbələrin ali təhsil müəsisəsindən xaric edilməsi mexanizminin nəzərdə tutulmadığını məhkəmənin diqqətinə çatdırıblar. Məhkəmədən Lənkəran Dövlət Universitetinin rektorunun əmrinin ləğv edilməsi, P.Əzimovun Universitetin tələbələri sırasına bərpa olunması haqqında namə qəbul etməsi xahiş olunub. Lənkəran Məhkəməsi iddianı təmin edən qərar çıxarıb. Məhkəmə qərarını “Təhsil haqqında” Qanunda tələbənin ali təhsil müəsisəsindən xaric edilməsini nəzərdə tutan normaların olmaması ilə izah edib. Məhkəmə həmçinin ilk dəfə kiçik insidentə yol vermiş tələbəni tələbələr sırasından xaric etməyin qanuni olmadığı qənaətinə gəlib. P.Əzimovun hüquqlarını müdafiə edən hüquqşunas, Media Hüququ İnstitutunun nümayəndəsi Xalid Ağaliyev Lənkəran Məhkəməsinin qərarının bir örnək hesab edərək alqışlayıb: “Tənqidi baxışlarına görə təhsil hüququna müdaxilə hallarına əvvəllər də rastlanıb. Təəsüflər olsun ki, belə müdaxilələrə məhkəmə təcrübəmizdə bir qayda olaraq haqq qazandırılmışdı. Ən son 2005-ci ildə müxalifyönü ilə tanınan gənclər təşkilatının üzvü Turan Əliyevin təhsil hüququnun pozuntusuna məhkəmələr haqq qazandırmışdılar. Bütün bunların fonunda Lənkəran Məhkəməsinin ədalətli qərarını alqışlayırıq, oxşar mübahisələr yarandıqda digər məhkəmələrə örnək olmasını diləyirik”
Tebrik edirik