Türkiyə sərhədləri açacaq?
Bir zamanlar bir xəbər hamımızı sarsıtmışdı – Türkiyə Ermənistanla sərhədi açacaq. Bir müddət bu xəbər gündəmdə olsa da, Azərbaycan tərəfinin sərt reaksiyası Türkiyəni bir az ayıltdı. Axırda Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan çıxış etti ki, yox Ermənistan Qarabağı Azərbaycana qaytarmasa sərhədlərin açılması haqqında söhbət belə gedə bilməz. Hə, düşündük ki, qardaş, dost ölkə həqiqətən dostluğunu göstərdi. Amma deyəsən Türkiyə hökuməti verdiyi sözü gündən-günə unutmağa başladı. Bizi məyus edən bu xəbər yenə gündəmə gəldi və hətta daha da ağır şəkildə protokol belə imzalandı. Yəni doğurdanmı Türkiyə Azərbaycanı unudub Ermənistanla sərhədi açacaq? Tək bir o qalıb ki, Türkiyənin milli məclisi protokolu qəbul etsin. Bəs qəbul olunsa onda necə? Hər halda həm də məlumat verilir ki, bu bir siyasi oyundur və Türkiyə sərhədləri açmayacaq. Buna inanıb, inanmayacağımızı bilmək mümkün deyil, bunu zaman göstərəcək.
Son günlər isə gündəmdə yenə iki xəbər oldu – Hadisə və Sami Yusufla bağlı. Biri qardaş dövlətin müğənnisi, digəri isə Azərbaycan əsilli müğənni Sami Yusuf.
Hadisə Açıqgöz – Azərbaycanda mahnıları dillər əzbəri olan, Eurovision 2009-da Azərbaycanın maksimum xal verdiyi bu xanım Türkiyə ilə Ermənistanın sərhədlərinin açılmasının tərəfdarıdır. Hətta Hadisə xanım “barış mələyi” belə olmaq istəyir. Bu kifayət etmir Hadisə üçün, İnqa və Anuş bacıları ilə birgə konsert vermək istəyir, bunun üçün hətta 14 oktyabr tarixini belə boş saxlayır. Belə görünür ki, onun üçün qardaş ölkənin ağrı-acısı, başına gətirilən müsibətlər bir heçdir. Azərbaycana gələndə deyirdi ki, Eurovision2009 yarışmasındakı uğuruna görə Azərbaycana borcludur. Amma deyəsən bu sözünü də unudur. Azərbaycana gələndə bu dövlətə, azərbaycanlılara çox böyük sevgisi olduğunu deyirdi. Görünür Hadisənin Azərbaycana olan sevgisi konsert verib, pul yığıb öz ölkəsinə qayıdana qədər davam edib. Bu məlumatdan sonra Hadisənin Azərbaycandakı konsertini təşkil edən Nahid Emiloğlu bildirdi ki, bir də heç vaxt Azərbaycanda onun konsertini təşkil etməyəcək.
Digər müğənni isə Azərbaycanda hər kəsin qəlbində özünə yer tapan Azərbaycan əsilli Sami Yusuf. Bu müğənni də müsahibələrində deyir ki: “ermənilərlə aramıza heç bir fərq yoxdur. Eurovision 2009-da ermənilərin çıxışını azərbaycanlı təmsilçilərin ifasından çox bəyəndim və onlara dəstək oldum”. Görəsən Sami Yusufun məlumatı varmı ki, bəyəndiyi erməni təmsilçilərinin oxuduğu Azərbaycandan oğurladıqları mahnı idi. Təbii, buna heç kim təəccüblənmədi, axı oğru deyiləndə ağla ilk gələn ermənilər olur. Və yaxşı olardı Sami Yusuf tarixi unutmazdı, ermənilərin Azərbaycana qarşı elədiklərini yadına salardı. Ən azı ona görə ki, o da Azərbaycan əsillidir.
Bütün bunlar bizi təəssüfləndirir, amma daha yaxşı düşünməyimizə səbəb olurmu görəsən? Bu qədər ürəyiaçıq olmaq bizə nə qazandırıb. Xarici bir müğənni gələn kimi ona elə münasibət göstəririk ki, ömür boyu Azərbaycandan əl çəkmək istəmir. Axırda da gedib düşmənlərimizi özünə dost hesab edir. Elə Azərbaycanı geri salan bu ürəyiaçıqlığı deyilmi? 200.000 km2 ərazidən 86.6 min km2 əraziyə qədər azaldıq, deyəsən bu ürəyiaçıqlıq hələ bizə çox baha başa gələcək.
Türkiyə Ermənistanla sərhədi açsa ola bilsin ki, nə isə qazanacaq. Amma yaxşı olardı Türkiyə düşünərdi ki, itirəcəyi qazanacağından çox olacaq – Azərbaycan kimi qardaş ölkəni itirəcək. Və heç vaxt münasibətlər əvvəlki kimi olmayacaq.
sami yusuf azeri di qoy insanlar ne deyirler qoy desinler ermeniler olurler ki patlayirlar ki ne var sami yusuf azeridi paxilliqdan guya ermanistanda konsert vermeyi dusunur elbetde bu yalandi uydurmadi o azeridi allah onu pisliklerden ve ziyanlardan qorusun amin
turkiye yaxshi devletdir,problemleri biz yaratmisik,turk is adamlari artik azerbaycandan bezibler.cunki pul toplayan organlar coxdur,gomruk ve sair,amma yenede islerini gorduler burada.onlarda tekdir bizden bashga ucuncu desdek olkesi yoxdur.vay muselmanlarin halina ki,bir araya gelmirler.xristianlar ele alib herseyi.birdeki azerbaycan kipri tanimadi, qarabaqa gore ,buda turkiyeye xosh gelmedi.amma qarabaq kipr deyilki,olkenin terkibidir.
Azerbaycanin sahesi 200.000 km yox 410.000 km
Ish gormeye gelince ise netice yoxdur.Mence eger Turkiye Ermenistan ile serhedleri acsa bunun Azerbaycan ucun xeyri var.Meselen,Rusiyada yasayan ermeni diasporasi serhedlerin acilmasini yalniz ermeni maraqlarina (Boyuk Ermenistan) uygun acilmasini isteyir.Butun bu ishleri Amerikada yashayan ermeni diasporasi gorur.Ermeniler havayi yere ozlerine “boyuk ermenistan xalqi”demirler.Her halda Obamani Turkiye ile serhedlerin acilmasinda yardimci olmasina tezyiq edirler.Ish ishden kecer.Obama hakimiyyete gelende ermeni diasporasi boyuk ishler gorub.Men yalniz onlara paxilliq edirem.Sona bu sozleri demek isteyirem “Turkun turkden bashqa dostu yoxdur”(Ataturk)Allah turkleri hemise imaninda sabit etsin.
Gunay meqalene bir az oz fikirimi bildirmek isteyirem.Turkiyenin Ermenistan ile serhedleri acib-acmamasina baxmayaraq,o bizim hemishe qardash dovletimizdir.Burada maraqli bir situasiya yaranib.Indiki Turkiye hakimiyyeti 1920-ci il M.K.Ataturkun yaratdigi dovletde yegane dinihakimiyyetidir.Bu Turkiyede demokratiyanin olmasinin bir nomreli gostericisidir.Erdogan birliyi Turkiye ucun bir cox demoktarik addimlar atib.Tebii ki,qarshdi duran muhum vezifelerden biride serhedlerin acilmasi meselesidir.Eger indiki Azerbaycan hakimiyyeti Qarabag meselesini hell etmek istemirse onda Turkiye ne etsin?Gozlesin ki, ne vaxt azerbaycan memurlari puldan doyacaq.Sen bilirsen neye Turkiye ‘Turkiye’adlanir?Cunki Turk dovletleri icinde ozunu esl turk gosteren yegane dovletdir.Biz ise danismaqda hamini geride qoymusuq.
Kim dedi ki, Türkiyə Azərbaycanı özünə qardaş ölkə hesab edirdi və ya edir? Türkiyə Ermənistala sərhədləri açacaq və bundan qazanacaq. O, ermənistanı iqtisadi cəhətdən fəth etdiyini bildirəcək, çünki sərhədlər açılan kimi Ermənistana türk iş adamlarının axını başlayacaq. Əgər Azərbaycan yenə sərt bir bəyanatla çıxış etsə türk baş nazir gəlib bir dəfə himn, iki dəfə də xalq mahnısı oxuyub gedəcək.
Amma əslinə qalsa burada nə təəccüblü, nə də məyus olacaq bir şey yoxdu. Gec tez bu hadisə olacaqdı. Nəticə etbarilə hərə öz mənafeyini güdür.
Fuad, əgər bu sadəcə ermənilərin bir uydurmasıdırsa və Sami Yusuf belə açıqlama verməyibsə, bu həqiqətən bizi çox sevindirər.
İki gündür Azərbaycan xalqını şokta saxlayan yalan xəbərlər yayıldı.Yazılan xəbərlərə görə guya Sami Yusuf Ermənistanda konsert vermeyi düşünür. Və erməniləri Eurovision yarışmasıda dəsətkləyib.
Yenə erməni yalanları aləmi qarışdırdı. Yeni Şəfəq qəzetinin yazdığı bu məlumat bütün KİV-in əsas başlığı oldu.
Sami Yusufla biz əlaqə yaratdıq. O bizə bu xəbərin yalan olduğunu bildird. Və belə bir açıqlama vermədiyini söylədi.
Sami Yusuf: “Ermənistan haqqında yazılanlar yalandır. Onlara inanmayın”
(“All the stuff about Armenian is false and lies.Don’t believe them”)