Əsas səhifə > Xəbər > “Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması hökumətə qazanc gətirər“

“Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması hökumətə qazanc gətirər“

mriMedia Hüququ İnstitutu Emin Millinin və Adnan Hacızadənin saxta ittihamlarla məhkəməyə ve¬ril-məsini və hələ də həbsdə saxlanmasını Azərbaycanda ifadə azadlığının boğulmasına yönəlik ən ağır basqılardan biri sayır. Ölkədə çoxlarına bəlli olan bir hadisə ətrafında satirik məzmunlu, ki¬nayəli videoklipin müəllifləri olan bu gəncləri açıq-aşkar qurama ittiham əsasında ağır cinayət cə¬zaları gözləyir.   Bu həbs, eləcə də iki il öncə eyni saxta ittihamlarla həbsxanaya göndərilmiş və hələ də ağır həbsxana həyatı yaşamağa məhkum edilmiş “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin, uydurma ittihamlarla ağır cəza çəkməkdə davam edən Eynulla Fətullayevin susdurulması ölkə hökumətində tənqidə dözümün sıfır həddinə çatdığına, tənqidçi şəxslərin böyük risk altında olduğuna əyani sübutdur. Tənqidi düşüncələrin ifadə olunmasına görə belə amansız addımlar hamının gözünü qorxutmaq, cəmiyyətdə, hökumətdə baş verənlər barədə diskussiyalar aparmaqdan, öz düşüncələrini açıq ifadə etməkdən çəkindirmək effektini doğurmağa xidmət edir. Media Hüququ İnstitutu hökuməti Azərbaycan xalqının sahib olduğu demokratiya və söz azad¬lı¬ğı kimi mühüm ümummilli dəyərləri dağıtmaq təhlükəsi yaradan, vətəndaşları toplumun ic¬timai və siyasi işlərində iştirakdan çəkindirən, inamsızlıq və dezinteqrasiya mühiti formalaşdıran bu ad¬dım-ların qarşısını almağa çağırır. MHİ-nin nümayəndəsi Rəşid Hacılı: “Emin Milli və Adnan Ha¬cı¬¬zadənin dərhal azad edil¬mə¬lə¬ri¬nin, onların tapdanmış hüquqlarının bərpa edilməsinin bu yöndə ilk müdrik addım olacağını dü¬şü¬nürük. Bunun ardınca hökumətin həbsdə olan bütün jurnalistləri azadlığa buraxmasını arzu edi¬rik. Hökumətin son dövrlərdə toplumda formalaşmış “tənqidçi söz deyənlərin qənimi” ob¬ra¬zı¬nın aradan qalxması, inam korpüsünün bərpa olunması üçün bu addımların zəruri olduğu qə¬na¬ə¬tin¬dəyik”.

Kateqoriyalar: Xəbər
  1. Gunay Kerimova
    Sentyabr 5, 2009 tarixində, saat 21:46

    Azərbaycan qədər, fəal gəcnlərindən qorxan bir ölkə yoxdur. Azad ölkədə yaşayırıq deyirik, ancaq azad söz deyənin aqibəti yalançı ağır ittihamlarla həbsdə yatmaq olur.

  2. Guler
    Sentyabr 5, 2009 tarixində, saat 15:21

    Butun bunlar sadece goz qorxutmaq ucundu. Bizde soz azadligi ve demokratiya sadece sozdedir. Emelde olanlar ise goz onundedir. Ne qeder ki, olkemizde yazilmamiw qanunlar quvvede olacaq, hebsler hele davam edecek. Milletimiz ise butun bunlari normal qebul edib oturub. Odur ki oyrewmek lazimdi. Butun bunlar olkemizin imicidir. Taniw olmayanlar taniya biler………..

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: